BİZİM TƏQVİM: Mayın 7-də baş vermiş tarixi hadisələr

2012-ci ilin bu günündə unikal memarlıq nümunəsi- “Baku Crystal Hall” istifadəyə verilib.

“Eurovision-2012” mahnı müsabiqəsi burada keçirilib. “Baku Crystal Hall” "ALPINE Bau Deutschland AG" şirkəti tərəfindən tikilib. Əsasən yığma metal konstruksiyadan istifadə olunmaqla tikilən bina Bakının ən güclü küləyinə belə davamlıdır.

Bəs, mayın 7-də daha hansı hadisələr baş verib?

1. 7 may radionun yaranma günüdür. 1895-ci il mayın 7-də rus fiziki və elektrotexniki Aleksandr Popovun ixtira etdiyi, məftilsiz siqnal sistemi üçün yararlı, həssas və etibarlı qəbuledici Rusiyanın fizika-kimya cəmiyyətinin iclasında nümayiş olundu.

2. 7 may 1905-ci ildə erməni silahlı quldurları Naxçıvan qəzasının Tumbul erməni-müsəlman kəndində (bu kəndin əhalisinin böyük əksəriyyəti azərbaycanlılar idi) 1 nəfər azərbaycanlını amansızlıqla qətlə yetirirlər.

3. 7 may 1915-ci ildə İngiltərənin transatlantik “Lusitania” gəmisi Birinci Dünya Müharibəsi zamanı Atlantik okeanında Almaniyanın bir sualtı gəmisi tərəfindən batırıldı. Hadisə zamanı 1198 nəfər həlak oldu.

4. 1921-ci ilin 7 mayında Türkiyə Müəllimə və Müəllim Cəmiyyətləri İttifaqı yaradıldı.

5. 7 may 1938-ci ildə Azərbaycan SSR Ali Soveti yerli əhalinin etirazına baxmayaraq, Laçın, Qubadlı, Kəlbəcər, Qazax bölgələrindən 2000 hektar torpaq sahəsinin Ermənistan SSR-ə verilməsi haqqında qərar qəbul edir.Qərar həyata keçmir, amma 7 may 1969-cu il tarixində Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti onu yenidən təsdiq edir.

6. 7 may 1945-ci ildə alman generalı Alfred Jodl Almaniyanın qeyd-şərtsiz təslim olması ilə bağlı sənədi imzaladı. Bununla da İkinci Dünya Müharibəsi sona çatdı.

7. 1990-cı ilin 7 may tarixində Türkiyədə ilk özəl televiziya kanalı test yayımlarına başladı.

8. 7 may 1992-ci ildə Füzuli rayonunun Hoğa (Üçbulaq) kəndi ərazisində gedən döyüşlərdə 6 nəfər azərbaycanlı ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilir, 10 nəfər yaralanır.

9. 7 may 1992-ci ildə  erməni yaraqlıları Şuşa rayonunun Xəlfəli, Kosalar, Qaybalı və Zarıslı kəndlərinə güclü hücuma keçirlər. Dağıntılar və tələfat olur.

Mayın 7-də həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. 1943-cü ilin 7 mayında Türkiyə Cümhuriyyətini quran qabaqcıl kadrlar arasında özünəməxsus yer tutan, baş nazir və məclis sədri vəzifələrini daşımış siyasi xadim Fethi Okyar dünyasını dəyişib. (1880-1943)

2. Böyük rus bəstəkarı Pyotr İliç Çaykovski 1840-cı il mayın 7-də anadan olub.  Məşhur “Sonalar gölü”nün müəllifi olan Çaykovskinin “Orlean qızı”, “Mazepa”, “Yatmış gözəl” və “Şelkunçik” baletləri də dünya şöhrəti qazanıb və teatrların repertuarında mühüm yer tutur(1840-1893).

3. Böyük hind yazıçısı, Nobel mükafatı laureatı Rabirdranat Taqor 1861-ci ilin bu günü dünyaya gəlib. Romanları dünyanın bir çox dillərinə, o cümlədən Azərbaycan dilinə tərcümə edilib və geniş yayılıb. (1861-1941)

4. Tanınmış Azərbaycan rəssamı, satirik qrafika və illüstrasiya ustası Əzim Əzimzadə 7 may 1880-ci ildə doğulub. 1906-cı ildən “Molla Nəsrəddin”, 1910-cu ildən isə Bakıda çıxan digər satirik jurnallara karikatura və yumorisrik rəsmlər çəkib. Əzim Əzimzadənin Sabirin “Hophopnamə”sinə illüstrasiyaları onun ən yüksək sənət nümunələridir. İkinci Dünya Müharibəsi dövründə rəssam siyasi plakat janrında da yaddaqalan əsərlər yaradıb. (1880-1943) 

5. 7 may 1926-cı ildə tanınmış rəssam Cəbrayıl Əzimov (1926 - 10.7.1969) anadan olub. 1953-cü ildən “Azərbaycanfilm” kinostudiyasında çalışıb, “Görüş”, “O olmasın, bu olsun” (Nadir Zeynalovla birgə), “Leyli və Məcnun” , “Qızmar günəş altında”, “Qanun naminə”, “İnsan məskən salır” və s. filmlərin quruluşçu rəssamı olub. 

6. 7 may 1998-cı ildə kinorejissor, operator, ssenarist, Xalq artisti Muxtar Dadaşov (11.9.1913 - 1998) vəfat edib. «Qanun naminə», «Bakıda küləklər əsir» və s. filmlərə quruluş verib. “Yeni horizont”, “Arşın mal alan” (1945, Əlisəttar Atakişiyevlə birgə) filmlərinin operatorudur.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Argentina - İngiltərə matçı öncəsi siyasi QƏRAR: Azarkeşlərə qadağa qoyuldu

Argentina - İngiltərə matçı öncəsi siyasi QƏRAR: Azarkeşlərə qadağa qoyuldu

ABŞ-İran müharibəsinin qiyməti: Pentaqon hərbi əməliyyata nə qədər pul xərcləyəcək?

ABŞ-İran müharibəsinin qiyməti: Pentaqon hərbi əməliyyata nə qədər pul xərcləyəcək?

Ağdam, Cəbrayıl və Laçında "ASAN xidmət" mərkəzlərinin yaradılması planlaşdırılır - VİDEO

Ağdam, Cəbrayıl və Laçında "ASAN xidmət" mərkəzlərinin yaradılması planlaşdırılır - VİDEO

Yenilənmiş 100 manatlıq əsginas əvvəlkindən nəyi ilə seçilir? - VİDEO

Yenilənmiş 100 manatlıq əsginas əvvəlkindən nəyi ilə seçilir? - VİDEO

Paytaxta axının qarşısı belə alınacaq — Açıqlandı

Paytaxta axının qarşısı belə alınacaq — Açıqlandı

“Camış göstərsən tanımazlar, fermerin nələr çəkdiyini bilmirlər”

“Camış göstərsən tanımazlar, fermerin nələr çəkdiyini bilmirlər”

Argentinanı DÇ-2026-dan uzaqlaşdırmaq üçün 9 milyon insan İMZA ATDI

Argentinanı DÇ-2026-dan uzaqlaşdırmaq üçün 9 milyon insan İMZA ATDI

“YAŞAT” Fondu yalnız bu sahəyə fokuslandı

“YAŞAT” Fondu yalnız bu sahəyə fokuslandı

İki ölkə nüvə silahını qəbul etməyə hazır olduğunu ELAN ETDİ

İki ölkə nüvə silahını qəbul etməyə hazır olduğunu ELAN ETDİ

Məşhur müğənnidən villasını 100 dollara satdı – FOTO

Məşhur müğənnidən villasını 100 dollara satdı – FOTO

Ülvi Mehdiyev: “Bu günə qədər heç kim deməyib ki, “ASAN xidmət”ə getdim rüşvət istədilər”

Ülvi Mehdiyev: “Bu günə qədər heç kim deməyib ki, “ASAN xidmət”ə getdim rüşvət istədilər”

Bəqai İranın ABŞ-la bağlı yeni hərbi taktikasını AÇIQLADI

Bəqai İranın ABŞ-la bağlı yeni hərbi taktikasını AÇIQLADI

“Yazırlar ki, bu nə boydadır?” - VİDEO

“Yazırlar ki, bu nə boydadır?” - VİDEO

SSRİ-nin ən böyük sirlərindən biri: Brejnevi kim öldürdü?

SSRİ-nin ən böyük sirlərindən biri: Brejnevi kim öldürdü?

Azərbaycana uçuş həyata keçirən aviaşirkətlərin diqqətinə!

Azərbaycana uçuş həyata keçirən aviaşirkətlərin diqqətinə!

Müəllimlərdən bu sənədlər tələb OLUNMAYACAQ

Müəllimlərdən bu sənədlər tələb OLUNMAYACAQ

Zinəddin Zidan Fransa millisinə başçılıq edəcək

Zinəddin Zidan Fransa millisinə başçılıq edəcək

Hüseyn Əsgərli rəhbər vəzifəyə gətirildi

Hüseyn Əsgərli rəhbər vəzifəyə gətirildi

Almaniya Kansleri parlamentdə qadın azlığından ŞİKAYƏTLƏNDİ

Almaniya Kansleri parlamentdə qadın azlığından ŞİKAYƏTLƏNDİ

Zelenski Baş nazir postuna ən uyğun namizədi AÇIQLADI

Zelenski Baş nazir postuna ən uyğun namizədi AÇIQLADI

Mərdəkanda nəzafətsiz dəniz ərazisində bir nəfər batdı

Mərdəkanda nəzafətsiz dəniz ərazisində bir nəfər batdı

Bu ölkə rus dilini qadağan edir - Kremldən reaksiya

Bu ölkə rus dilini qadağan edir - Kremldən reaksiya

Gəncədə universitet müəllimi vəfat etdi - FOTO

Gəncədə universitet müəllimi vəfat etdi - FOTO

Bakıda səfirlik sürücü axtarır: saatı 11 manat

Bakıda səfirlik sürücü axtarır: saatı 11 manat

End of content

No more pages to load

RADİO