“6 yaşında uşaqdan niyə Eynşteyn düzəltmək istəyirsiniz?!” – Pediatrdan valideynlərə ÇAĞIRIŞ

Son illərin ən çox narahatlıq doğuran problemlərindən biri də yaddaş pozğunluğudur.
Yetkin insanlarda müxtəlif səbəblərdən tez-tez rast gəlinən bu fəsad bəzən azyaşlı övladı olan valideynləri də əndişələndirir. Uşağının hansısa vacib olmayan məlumatı unutması, dərsə hazırlığında nəyisə yadda saxlaya bilməməsi onları bədgüman eləyir. Bu səbəbdən də uşağının yaddaşını gücləndirə biləcək yaxşı həkim soraqlamağa, güclü dava-dərman axtarmağa başlayırlar.

Bəs, uşaqların yaddaşsızlığının səbəbi nədir? Bu diqqətsizlikdir, yoxsa patologiya?

“Cüzi davranış pozğunluğu görən kimi autizm diaqnozu qoyuruq, yazıq valideynlər qapılarda qalır”

Mövzu ilə bağlı Bizim.Media-ya danışan tanınmış pediatr Vaqif Qarayev bildirib ki, valideynlər çox zaman uşaqlarda yaddaş zəifliyini təhsillə bağlayırlar:

“Kimsə soruşanda ki, uşaq necə oxuyur, deyirlər, oxumur, yaddaşı yoxdur. Onda valideyndən soruşuram, evdə buyura bilirsiz, gedib mağazadan nəsə ala bilir, yadında nəsə qalır? Deyir, hə, onların hamısını yaxşı bilir. O zaman problem nədədir? Əslində gerçək yaddaş pozğunluğu çox ciddi problemdir. Böyüklərdə bunun səbəbləri bəllidir. Amma uşaqlarda yaddaş niyə pozulsun ki?!

İndi bir autizm bəlası var. Onlarda həm yaddaş, həm davranış, həm də nitq pozğunluğu görünür.
 

Bizim autizmə fərqli bir yanaşmamız var, bu da bir başqa problemdir. Cüzi bir davranış pozğunluğu görən kimi mütləq autizm diaqnozu qoyuruq. Yazıq valideyn də qapılarda qalır. Amma son zamanlar bizim psixoloqlar, bu yöndəki mütəxəssislər bir az insafa gəlib autizm yox, autizm spektri yazıb diaqnozu bir qədər yüngülləşdirirlər.


Bütün hallarda uşaqla anadan olan gündən məşğul olmaq, danışmaq lazımdır! Hər yaşın özünə görə inkişaf parametrləri var. Tutaq ki, 1 yaşında uşaq bir neçə heca, bir neçə söz deyirsə, ananı tanıyırsa, dediklərinə reaksiya verirsə, bu, normaldır.

Ancaq 2 yaşından sonra uşaq heç nə anlamırsa, danışmırsa, bax, bu, artıq ciddi problemdir. Danışanda yaşına uyğun olmayan hərəkətlər eləyirsə, narahat olmağa əsas var. O halda dərhal sahə həkiminə, o lazım bilərsə, psixoloqa, psixiatra və yaxud digər mütəxəssislərə müraciət edilməlidir. Amma bizim anaların kütləvi surətdə narahat olduğu və yaddaş pozğunluğu dedikləri o deyil”.

“Poema əzbərləyən uşaq var ki, ikiyə vurmanı yadda saxlaya bilmir”

Həkim bildirib ki, uşaqların yaddaşları fərqli, individual olur: “Məsələn, riyazi hesablamaları əla bilən uşaq iki hecalıq şeri yadda saxlaya bilmir. Yaxud da bir poemanı əzbər bilən uşaq 2 dəfə 2 neçə eləyir, onu bilmir. Belə hallar var, amma bunu ciddi problem kimi qəbul etmək doğru deyil.

Uşağın yaşına uyğun nəyi qavraya bilirsə, biz onunla razılaşmalıyıq. Yoxsa “yanındakı hər şeyi bilir, sən niyə bilmirsən” deyə uşağı sıxma-boğmaya salmaq olmaz. Bilmir də... O da belə yaranıb. Buna görə uşağı əzmək kökündən yanlışdır.
 

İndi elə siniflər var 40 uşaq olur. Bu qədər uşaq olan sinifdə müəllim yazıq hamısını öyrədə bilmir axı... Uşaq da hər şeyi yadda saxlaya bilmir, öyrənə bilmir. Ona görə də yük valideynlərin boynuna düşür. Bizim valideynlər də bir az kampaniyaçılığa meyllidirlər. Həmin dəqiqə əl-ayağa düşüb başlayırlar filan hazırlığa aparım, bu biri kursa qoyum... Daha deyən yoxdur ki,  6 yaşında uşaqdan niyə Eynşteyn düzəltmək istəyirsiz?! Qoyun, uşaqlığını eləsin!


Əgər uşaq öz paltarını, oyuncaqlarını tanıyırsa, özünə aid olanları müəyyənləşdirə bilirsə, həmin əşyalarla normal davranırsa, burda yaddaş pozğunluğundan söhbət gedə bilməz. Demək ki, onun psixikası normaldır və intellekt var. Ona görə də uşağın yaddaşı zəifdir deyə onu həkimlərə, kurslara daşımaq gərəksizdir”.

“Yaddaş dərmanları faydasızdır”

Pediatr onu da bildirib ki, uşaqlara yaddaş gücləndirmək üçün dərman preparatlarının verilməsi də doğru deyil: “Uşaqların təhsil yükü ağırdır. Bəzən mənə irad tuturlar ki, təhsilin əleyhinə çıxıram, amma bu, mənim işimin bir hissəsidir. Çünki analar uşağın yaddaşsızlığından çox şikayət edir və həkimdən normal cavab gözləyir ki, qavraması niyə belədir. Onlara izah edirəm ki, bu, yaddaşsızlıq deyil.

Yeri gəlmişkən, onu da deyim ki, apteklərdə nə qədər desəniz, “yaddaş dərmanı” var, hamısı faydasızdır. Baha və faydasız. Uşağın yaddaşını dərmanla gücləndirmək olmaz, bu, mümkünsüzdür. Yaşlı insanlarda bu, başa düşüləndir. Beyin damarları kirəcləşir, bu təbiidir. Onlara dərmanla kömək eləmək, sklerotik proseslər daha dərinə getməsin deyə əlac eləmək olar. Amma bunu uşağa niyə verək?

“Zavallı uşaqların beynini yükləyir, sonra deyirlər, yaddaşı yoxdur”

Autistik spektri demirəm, cüzi davranış pozğunluğu olan uşaqlar var ki, kompüteri, telefonu əla bilirlər. Yenə deyirəm, çünki İQ var. Amma qonşunun uşağı, sinifdə yanında oturan uşaq bunu daha yaxşı bilirsə, onu problem eləmək doğru deyil. 6 yaşında uşağın məktəbə ayağını qoyan kimi dərnəklərə, kurslara, hazırlıqlara yazdırıb yormaq olmaz. Zavallı uşağın beynini yükləyirlər, sonra da şikayət eləyirlər ki, yatmır, yemir, oyanıqdır, aqressivdir, ya da da özünə qapılır.

Yükləməyin uşaqları, buraxın, qoy uşaqlığını yaşasınlar. Amma nə edəsən ki, bu yanaşma uşaq məktəbi qurtarana qədər davam edir. İndi qəbul imtahanlarının vaxtıdır, evlərdə bal davası gedir. Deyən yoxdur ki, tutaq ki, 600 bal yığdı, sonra? Sonrasını kim izah edəcək? Bizdəki gərgin təhsil modeli heç yerdə yoxdur. Bu nə kampaniyaçılıqdı axı...”

“Bizdə valideynlər təhsili sağlamlıqdan öndə tuturlar”

Həkim valideynlərə çağırış etməyi də unutmadı: “Məişətdə uşağın yaddaşı varsa, təhsilə görə onun üstünə getməyin! Kim olacaqsa, olacaq. Heç bir uşağın sağlamlığını təhsilə dəyişmək olmaz! Valideynə də, həkimə də, cəmiyyətə də sağlam uşaq lazımdır. Təhsil ondan sonra gəlir. Amma təəssüf ki, bizdə birinci yerə təhsili qoyurlar. Sağlamlığa gələndə də artıq gec olur.

Hər il may ayından övladı abituriyent yaşına çatan valideynlər psixoloq axtarışına çıxır. Çünki uşaq yorulub. Beyin adekvat reaksiya vermir. Qəbul kampaniyasından sonra da intiharlar, canına qəsd etmələr başlayır. Çünki uşaqlar bu basqıya dözmür”.

Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şəmkirdə VAZ və “Volkswagen” toqquşdu: Xəsarət alanlar var - FOTO

Şəmkirdə VAZ və “Volkswagen” toqquşdu: Xəsarət alanlar var - FOTO

Argentina - İngiltərə matçı öncəsi siyasi QƏRAR: Azarkeşlərə qadağa qoyuldu

Argentina - İngiltərə matçı öncəsi siyasi QƏRAR: Azarkeşlərə qadağa qoyuldu

ABŞ-İran müharibəsinin qiyməti: Pentaqon hərbi əməliyyata nə qədər pul xərcləyəcək?

ABŞ-İran müharibəsinin qiyməti: Pentaqon hərbi əməliyyata nə qədər pul xərcləyəcək?

Ağdam, Cəbrayıl və Laçında "ASAN xidmət" mərkəzlərinin yaradılması planlaşdırılır - VİDEO

Ağdam, Cəbrayıl və Laçında "ASAN xidmət" mərkəzlərinin yaradılması planlaşdırılır - VİDEO

Yenilənmiş 100 manatlıq əsginas əvvəlkindən nəyi ilə seçilir? - VİDEO

Yenilənmiş 100 manatlıq əsginas əvvəlkindən nəyi ilə seçilir? - VİDEO

Paytaxta axının qarşısı belə alınacaq — Açıqlandı

Paytaxta axının qarşısı belə alınacaq — Açıqlandı

“Camış göstərsən tanımazlar, fermerin nələr çəkdiyini bilmirlər”

“Camış göstərsən tanımazlar, fermerin nələr çəkdiyini bilmirlər”

Argentinanı DÇ-2026-dan uzaqlaşdırmaq üçün 9 milyon insan İMZA ATDI

Argentinanı DÇ-2026-dan uzaqlaşdırmaq üçün 9 milyon insan İMZA ATDI

“YAŞAT” Fondu yalnız bu sahəyə fokuslandı

“YAŞAT” Fondu yalnız bu sahəyə fokuslandı

İki ölkə nüvə silahını qəbul etməyə hazır olduğunu ELAN ETDİ

İki ölkə nüvə silahını qəbul etməyə hazır olduğunu ELAN ETDİ

Məşhur müğənnidən villasını 100 dollara satdı – FOTO

Məşhur müğənnidən villasını 100 dollara satdı – FOTO

Ülvi Mehdiyev: “Bu günə qədər heç kim deməyib ki, “ASAN xidmət”ə getdim rüşvət istədilər”

Ülvi Mehdiyev: “Bu günə qədər heç kim deməyib ki, “ASAN xidmət”ə getdim rüşvət istədilər”

Bəqai İranın ABŞ-la bağlı yeni hərbi taktikasını AÇIQLADI

Bəqai İranın ABŞ-la bağlı yeni hərbi taktikasını AÇIQLADI

“Yazırlar ki, bu nə boydadır?” - VİDEO

“Yazırlar ki, bu nə boydadır?” - VİDEO

SSRİ-nin ən böyük sirlərindən biri: Brejnevi kim öldürdü?

SSRİ-nin ən böyük sirlərindən biri: Brejnevi kim öldürdü?

Azərbaycana uçuş həyata keçirən aviaşirkətlərin diqqətinə!

Azərbaycana uçuş həyata keçirən aviaşirkətlərin diqqətinə!

Müəllimlərdən bu sənədlər tələb OLUNMAYACAQ

Müəllimlərdən bu sənədlər tələb OLUNMAYACAQ

Zinəddin Zidan Fransa millisinə başçılıq edəcək

Zinəddin Zidan Fransa millisinə başçılıq edəcək

Hüseyn Əsgərli rəhbər vəzifəyə gətirildi

Hüseyn Əsgərli rəhbər vəzifəyə gətirildi

Almaniya Kansleri parlamentdə qadın azlığından ŞİKAYƏTLƏNDİ

Almaniya Kansleri parlamentdə qadın azlığından ŞİKAYƏTLƏNDİ

Zelenski Baş nazir postuna ən uyğun namizədi AÇIQLADI

Zelenski Baş nazir postuna ən uyğun namizədi AÇIQLADI

Mərdəkanda nəzafətsiz dəniz ərazisində bir nəfər batdı

Mərdəkanda nəzafətsiz dəniz ərazisində bir nəfər batdı

Bu ölkə rus dilini qadağan edir - Kremldən reaksiya

Bu ölkə rus dilini qadağan edir - Kremldən reaksiya

Gəncədə universitet müəllimi vəfat etdi - FOTO

Gəncədə universitet müəllimi vəfat etdi - FOTO

End of content

No more pages to load

RADİO