Dünyanın 20-dən artıq ölkəsindən məşhur ürək-damar cərrahları Bakıya toplaşır

Məlum olduğu kimi, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti tərəfindən 16-18 may 2025-ci il tarixlərdə "Gülüstan" sarayında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresi təşkil ediləcək.

Bizim.Media xəbər verir ki, Konqresin keçirilməsində əsas məqsəd Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir. “Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresində dünyanın 20 ölkəsindən 400-ə yaxın yerli və əcnəbi kardioloq və kardioccərahın iştirakı ilə ürək-damar xəstəlikləri və onların müalicəsindəki ən aktual məsələlər müzakirə ediləcək.

Dünyanın ən məşhur kardiocərrahlarından  Böyük Britaniyadan olan Prof. Dr. David Taggart və Yaponiyadan Prof. Dr. Şiqeyuki Ozaki fəxri qonaq kimi Konqresdə iştirak edəcək. Konqres çərçivəsində əməliyyatxanadan birbaşa bağlantı ilə ürək əməliyyatının canlı yayımı da təşkil olunacaq.  

Konqresin proqramına əsasən, 16 may tarixində gənc ürək-damar cərrahları və rezidentlər üçün EVAR-TEVAR mövzusunda ekspert görüşü, mitral qapaq təmiri və cərrahi anastomoz kursu, tibb bacıları və perfüzionistlər üçün öyrədici kurslar təşkil ediləcək. 

17-18 may tarixlərində isə təşkil olunacaq 21 elmi sessiyada kardioloq və kardiocərrahların iştirakı ilə səhiyyənin bu sahəsindəki ən son elmi yeniliklərin müzakirəsi baş tutacaq. Proqramda həmçinin, Türkiyə Ürək-Damar Cərrahiyyəsi Dərnəyi, Avropa Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti və Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyəti ilə ortaq sessiyaların keçirilməsi də nəzərdə tutulub. 

Konqres zamanı Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşəbbüsü ilə ötən il Türkiyədə təsis edilmiş Türk Dünyası ürək-damar cərrahiyyəsi Birliyinin Zirvə toplantısı da təşkil olunacaq. 

“Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Davamlı Tibbi Təhsil verən tədbir kimi tanınıb və Konqres iştirakçıları 20 DTT balı əldə edəcək. 

"Konqresdə iştirak etmək istəyən mütəxəssislər www.bakuheartdays.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər. Konqresdə çıxış üçün göndərilmiş elmi məqalələr və abstraktlar Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının dövri nəşrlər siyahısında olan "Azərbaycan Ürək və Damar Cərrahiyyəsi" elmi jurnalında dərc ediləcək." 

Xatırladaq ki, AÜDCC 2009-cu ildən etibarən hər iki ildən bir Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Bakı Ürək Günləri” Beynəlxalq Konqresini təşkil edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şəmkirdə VAZ və “Volkswagen” toqquşdu: Xəsarət alanlar var - FOTO

Şəmkirdə VAZ və “Volkswagen” toqquşdu: Xəsarət alanlar var - FOTO

Argentina - İngiltərə matçı öncəsi siyasi QƏRAR: Azarkeşlərə qadağa qoyuldu

Argentina - İngiltərə matçı öncəsi siyasi QƏRAR: Azarkeşlərə qadağa qoyuldu

ABŞ-İran müharibəsinin qiyməti: Pentaqon hərbi əməliyyata nə qədər pul xərcləyəcək?

ABŞ-İran müharibəsinin qiyməti: Pentaqon hərbi əməliyyata nə qədər pul xərcləyəcək?

Ağdam, Cəbrayıl və Laçında "ASAN xidmət" mərkəzlərinin yaradılması planlaşdırılır - VİDEO

Ağdam, Cəbrayıl və Laçında "ASAN xidmət" mərkəzlərinin yaradılması planlaşdırılır - VİDEO

Yenilənmiş 100 manatlıq əsginas əvvəlkindən nəyi ilə seçilir? - VİDEO

Yenilənmiş 100 manatlıq əsginas əvvəlkindən nəyi ilə seçilir? - VİDEO

Paytaxta axının qarşısı belə alınacaq — Açıqlandı

Paytaxta axının qarşısı belə alınacaq — Açıqlandı

“Camış göstərsən tanımazlar, fermerin nələr çəkdiyini bilmirlər”

“Camış göstərsən tanımazlar, fermerin nələr çəkdiyini bilmirlər”

Argentinanı DÇ-2026-dan uzaqlaşdırmaq üçün 9 milyon insan İMZA ATDI

Argentinanı DÇ-2026-dan uzaqlaşdırmaq üçün 9 milyon insan İMZA ATDI

“YAŞAT” Fondu yalnız bu sahəyə fokuslandı

“YAŞAT” Fondu yalnız bu sahəyə fokuslandı

İki ölkə nüvə silahını qəbul etməyə hazır olduğunu ELAN ETDİ

İki ölkə nüvə silahını qəbul etməyə hazır olduğunu ELAN ETDİ

Məşhur müğənnidən villasını 100 dollara satdı – FOTO

Məşhur müğənnidən villasını 100 dollara satdı – FOTO

Ülvi Mehdiyev: “Bu günə qədər heç kim deməyib ki, “ASAN xidmət”ə getdim rüşvət istədilər”

Ülvi Mehdiyev: “Bu günə qədər heç kim deməyib ki, “ASAN xidmət”ə getdim rüşvət istədilər”

Bəqai İranın ABŞ-la bağlı yeni hərbi taktikasını AÇIQLADI

Bəqai İranın ABŞ-la bağlı yeni hərbi taktikasını AÇIQLADI

“Yazırlar ki, bu nə boydadır?” - VİDEO

“Yazırlar ki, bu nə boydadır?” - VİDEO

SSRİ-nin ən böyük sirlərindən biri: Brejnevi kim öldürdü?

SSRİ-nin ən böyük sirlərindən biri: Brejnevi kim öldürdü?

Azərbaycana uçuş həyata keçirən aviaşirkətlərin diqqətinə!

Azərbaycana uçuş həyata keçirən aviaşirkətlərin diqqətinə!

Müəllimlərdən bu sənədlər tələb OLUNMAYACAQ

Müəllimlərdən bu sənədlər tələb OLUNMAYACAQ

Zinəddin Zidan Fransa millisinə başçılıq edəcək

Zinəddin Zidan Fransa millisinə başçılıq edəcək

Hüseyn Əsgərli rəhbər vəzifəyə gətirildi

Hüseyn Əsgərli rəhbər vəzifəyə gətirildi

Almaniya Kansleri parlamentdə qadın azlığından ŞİKAYƏTLƏNDİ

Almaniya Kansleri parlamentdə qadın azlığından ŞİKAYƏTLƏNDİ

Zelenski Baş nazir postuna ən uyğun namizədi AÇIQLADI

Zelenski Baş nazir postuna ən uyğun namizədi AÇIQLADI

Mərdəkanda nəzafətsiz dəniz ərazisində bir nəfər batdı

Mərdəkanda nəzafətsiz dəniz ərazisində bir nəfər batdı

Bu ölkə rus dilini qadağan edir - Kremldən reaksiya

Bu ölkə rus dilini qadağan edir - Kremldən reaksiya

Gəncədə universitet müəllimi vəfat etdi - FOTO

Gəncədə universitet müəllimi vəfat etdi - FOTO

End of content

No more pages to load

RADİO