Xəzərdəki suitilər ölür, yoxsa ÖLDÜRÜLÜR?

Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq Komitəsi məlumat yayıb ki, Qazaxıstanın Mangistau vilayətinin Tupkaraqan rayonunda Xəzər dənizi sahilində 88 ölü suiti aşkarlanıb.

Suitilər aprelin 29-da sahilyanı monitorinq zamanı aşkar olunub. Qeyd olunur ki, heyvanların cəmdəkləri çürümə mərhələsindədir, bu isə ölüm səbəbinin müəyyənləşdirilməsini çətinləşdirir.

Mütəxəssislər hesab edir ki, miqrasiya edən suitilər qanunsuz balıq ovu məqsədilə qurulmuş torlara ilişərək boğulurlar. Suitilərin məhv olmasının digər səbəbi qida zəncirindəki dəyişikliklər, Xəzər dənizinin ekosisteminə yeni növlərin gətirilməsi, isti keçən qış, iqlim dəyişməsi səbəbindən təbii çoxalma dövrünün pozulması, müxtəlif xəstəliklər, o cümlədən suiti vəbası, balıq ovunda istifadə edilən qadağan olunmuş ov vasitələri və brokonyerlikdir.

Xəzərin dəyişən ekosistemi

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun əməkdaşı Süleyman Süleymanov deyib ki,  Xəzər dənizində suitilərin kütləvi şəkildə məhv olmasının bir neçə səbəbi var:

“Əsas Xəzər dənizində ekosistemin dəyişməsidir. Son illər Xəzər sürətlə çirklənir. Bu çirklənmə də dənizdəki faunanı məhv edir. Yəni təkcə suitilər deyil, Xəzərdəki digər canlılar da məhv olur.

Bilirsiniz ki, suitilər balıqlarla qidalanır. Son illər Xəzərdə balıqların azalması suitilər üçün qida problemi yaradıb. Ona görə suitilərin kütləvi şəkildə ölməsi həm də qida çatışmamazlığı ilə bağlıdır”.

İnstitutun əməkdaşı digər bir səbəbin suitilərin məcburən ovlanması olduğunu söyləyib:

“Son illər apardığımız müşahidələr göstərir ki, dəniz sahillərində aşkar edilən suiti leşlərinin üzərində zorakılıq əlamətləri var. Bu da onunla bağlıdır ki, ac suitlər balıqçıların torlarına hücum edir. Tora düşmüş balıqları yeyirlər. Belə vəziyyətdə isə özləri də tora düşürlər. Balıqçılarsa tora düşmüş suitiləri xilas yox, sadəcə məhv edirlər.

Son günlər Mahaçqala yaxınlığında qeydə alınan kütləvi məhv olmada balıqçı faktoru da ehtimal edilir. Çünki suitilər döl tökmək üçün şimala çayların deltasına kütəvi şəkildə axın edirlər.

Bu zaman gəmilərlə böyük ov edən balıqçıların toruna tuş gəlirər”.

Surxay Atakişiyev, Bizim.Media


 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Argentina - İngiltərə matçı öncəsi siyasi QƏRAR: Azarkeşlərə qadağa qoyuldu

Argentina - İngiltərə matçı öncəsi siyasi QƏRAR: Azarkeşlərə qadağa qoyuldu

ABŞ-İran müharibəsinin qiyməti: Pentaqon hərbi əməliyyata nə qədər pul xərcləyəcək?

ABŞ-İran müharibəsinin qiyməti: Pentaqon hərbi əməliyyata nə qədər pul xərcləyəcək?

Ağdam, Cəbrayıl və Laçında "ASAN xidmət" mərkəzlərinin yaradılması planlaşdırılır - VİDEO

Ağdam, Cəbrayıl və Laçında "ASAN xidmət" mərkəzlərinin yaradılması planlaşdırılır - VİDEO

Yenilənmiş 100 manatlıq əsginas əvvəlkindən nəyi ilə seçilir? - VİDEO

Yenilənmiş 100 manatlıq əsginas əvvəlkindən nəyi ilə seçilir? - VİDEO

Paytaxta axının qarşısı belə alınacaq — Açıqlandı

Paytaxta axının qarşısı belə alınacaq — Açıqlandı

“Camış göstərsən tanımazlar, fermerin nələr çəkdiyini bilmirlər”

“Camış göstərsən tanımazlar, fermerin nələr çəkdiyini bilmirlər”

Argentinanı DÇ-2026-dan uzaqlaşdırmaq üçün 9 milyon insan İMZA ATDI

Argentinanı DÇ-2026-dan uzaqlaşdırmaq üçün 9 milyon insan İMZA ATDI

“YAŞAT” Fondu yalnız bu sahəyə fokuslandı

“YAŞAT” Fondu yalnız bu sahəyə fokuslandı

İki ölkə nüvə silahını qəbul etməyə hazır olduğunu ELAN ETDİ

İki ölkə nüvə silahını qəbul etməyə hazır olduğunu ELAN ETDİ

Məşhur müğənnidən villasını 100 dollara satdı – FOTO

Məşhur müğənnidən villasını 100 dollara satdı – FOTO

Ülvi Mehdiyev: “Bu günə qədər heç kim deməyib ki, “ASAN xidmət”ə getdim rüşvət istədilər”

Ülvi Mehdiyev: “Bu günə qədər heç kim deməyib ki, “ASAN xidmət”ə getdim rüşvət istədilər”

Bəqai İranın ABŞ-la bağlı yeni hərbi taktikasını AÇIQLADI

Bəqai İranın ABŞ-la bağlı yeni hərbi taktikasını AÇIQLADI

“Yazırlar ki, bu nə boydadır?” - VİDEO

“Yazırlar ki, bu nə boydadır?” - VİDEO

SSRİ-nin ən böyük sirlərindən biri: Brejnevi kim öldürdü?

SSRİ-nin ən böyük sirlərindən biri: Brejnevi kim öldürdü?

Azərbaycana uçuş həyata keçirən aviaşirkətlərin diqqətinə!

Azərbaycana uçuş həyata keçirən aviaşirkətlərin diqqətinə!

Müəllimlərdən bu sənədlər tələb OLUNMAYACAQ

Müəllimlərdən bu sənədlər tələb OLUNMAYACAQ

Zinəddin Zidan Fransa millisinə başçılıq edəcək

Zinəddin Zidan Fransa millisinə başçılıq edəcək

Hüseyn Əsgərli rəhbər vəzifəyə gətirildi

Hüseyn Əsgərli rəhbər vəzifəyə gətirildi

Almaniya Kansleri parlamentdə qadın azlığından ŞİKAYƏTLƏNDİ

Almaniya Kansleri parlamentdə qadın azlığından ŞİKAYƏTLƏNDİ

Zelenski Baş nazir postuna ən uyğun namizədi AÇIQLADI

Zelenski Baş nazir postuna ən uyğun namizədi AÇIQLADI

Mərdəkanda nəzafətsiz dəniz ərazisində bir nəfər batdı

Mərdəkanda nəzafətsiz dəniz ərazisində bir nəfər batdı

Bu ölkə rus dilini qadağan edir - Kremldən reaksiya

Bu ölkə rus dilini qadağan edir - Kremldən reaksiya

Gəncədə universitet müəllimi vəfat etdi - FOTO

Gəncədə universitet müəllimi vəfat etdi - FOTO

Bakıda səfirlik sürücü axtarır: saatı 11 manat

Bakıda səfirlik sürücü axtarır: saatı 11 manat

End of content

No more pages to load

RADİO