Zaqatala şəhər ərazisində baş verən qəzada iki nəfər xəsarət alıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Zaqatala şəhəri Faiq Əmirov küçəsində KİA və OPEL markalı avtomobillər toqquşub.
Qəza zamanı KİA-nın sürücüsü 64 yaşlı Samirat Əliyeva və OPEL-in sürücüsü 43 yaşlı Zöhrab Qardaşov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Zaqatala rayon polis şöbəsində araşdırma aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu