"Neftçi" şəhid övladları üçün yay düşərgəsi açdı - FOTO

“Neftçi” klubu, “ASAN Könüllüləri” Təşkilat, “YAŞAT” Fondunun birgə təşkilatçılığı ilə Vətən müharibəsindəki şəhid və sosial baxımdan həssas ailələrin 7-12 yaşlı övladları üçün nəzərdə tutulmuş III “Neftçili Yay” Futbol Düşərgəsi start götürüb.

Bizim.Media xəbər verir ki, “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan düşərgənin açılış mərasimində “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, fondun qazi heyəti, “ASAN Xidmət”in İnsan Resursları və Təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev, “ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya Bayramova, “Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev, klub prezidenti Kamran Quliyev və Müşahidə Şurasının üzvü Səməd Qurbanov iştirak edib.

16 gün davam edəcək düşərgədə pandemiya qaydaları nəzərə alınaraq 100-dən çox iştirakçı qruplar üzrə bölünəcək, onların düşərgəyə gəlişi və gedişi təşkil olunacaq.

Düşərgədə hər qrupun ilk iki günündəki proqrama müxtəlif müsabiqələr, toplu və topsuz idman hərəkətləri daxildir. Bundan əlavə, uşaqlarla psixoloqlar tərəfindən ruhlandırıcı görüşlər keçiriləcək, peşəkar məşqçilər tərəfindən futbol qaydaları öyrədiləcək. Üçüncü gün isə düşərgədə iştirak edən uşaqlara təşkilatçılar tərəfindən sertifikat və hədiyyələr veriləcək.

Qeyd edək ki, “Neftçili Yay” Futbol Düşərgəsi bundan əvvəl də “ASAN Könüllüləri” Təşkilatının dəstəyi ilə keçirilib.

Düşərgəyə “Neftçi”nin əməkdaşlarının və media nümayəndələrinin övladları, o cümlədən uşaq evlərinin sakinləri də qatılıblar. Lakin pandemiya səbəbindən ötən yay düşərgə baş tutmayıb. (report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Livanda ölənlərin siyahısına daha 30 nəfər əlavə olundu

Livanda ölənlərin siyahısına daha 30 nəfər əlavə olundu

Bu 4 BÜRCÜ var-dövlət gözləyir

Bu 4 BÜRCÜ var-dövlət gözləyir

Bakıdakı bu universitetlərin diplomları xaricdə üstünlük yaradır — AÇIQLAMA

Bakıdakı bu universitetlərin diplomları xaricdə üstünlük yaradır — AÇIQLAMA

Azərbaycanda kitabxanalar bağlanır? - VİDEO

Azərbaycanda kitabxanalar bağlanır? - VİDEO

Dünyanın ən təhlükəsiz 10 ölkəsi - SİYAHI

Dünyanın ən təhlükəsiz 10 ölkəsi - SİYAHI

Bəzi ərazilərdə qaz olmayacaq

Bəzi ərazilərdə qaz olmayacaq

Vuçiç Serbiya prezidenti postundan GEDİR

Vuçiç Serbiya prezidenti postundan GEDİR

Trampdan Hörmüz boğazına nəzarətlə bağlı AÇIQLAMA

Trampdan Hörmüz boğazına nəzarətlə bağlı AÇIQLAMA

Suyu bu halda içmək mədə-bağırsağın DÜŞMƏNİDİR

Suyu bu halda içmək mədə-bağırsağın DÜŞMƏNİDİR

Konor Makqreqor: Miqrantların İrlandiyaya girişi qadağan olunsun

Konor Makqreqor: Miqrantların İrlandiyaya girişi qadağan olunsun

Avstraliyada minlərlə vəhşi at odlu silahla məhv ediləcək

Avstraliyada minlərlə vəhşi at odlu silahla məhv ediləcək

Gəncədə kütləvi DAVA: xəsarət alanlar var

Gəncədə kütləvi DAVA: xəsarət alanlar var

Azərbaycanda ən çirkli ərazilərin adı AÇIQLANDI

Azərbaycanda ən çirkli ərazilərin adı AÇIQLANDI

Gədəbəyə güclü dolu düşdü

Gədəbəyə güclü dolu düşdü

Araz Nəsirov vəzifəsindən AZAD OLUNDU

Araz Nəsirov vəzifəsindən AZAD OLUNDU

Pezeşkian Trampa: İran hər cür təhdid qarşısında qətiyyətlə dayanacaq

Pezeşkian Trampa: İran hər cür təhdid qarşısında qətiyyətlə dayanacaq

Dünya Çempionatı sabah başlayır - TƏQVİM

Dünya Çempionatı sabah başlayır - TƏQVİM

Azərbaycan və Avstriya arasında ilk konsulluq məsləhətləşmələri keçirildi

Azərbaycan və Avstriya arasında ilk konsulluq məsləhətləşmələri keçirildi

Azərbaycan BMT-də 19 dövlətin adından ÇAĞIRIŞ ETDİ

Azərbaycan BMT-də 19 dövlətin adından ÇAĞIRIŞ ETDİ

Müğənni işsizlikdən gileyləndi: “Müraciət etdim, xeyri yoxdur”

Müğənni işsizlikdən gileyləndi: “Müraciət etdim, xeyri yoxdur”

DÇ-2026-nın rəsmi himni təqdim edildi – VİDEO

DÇ-2026-nın rəsmi himni təqdim edildi – VİDEO

Tramp: Pakistanın xahişi ilə İrana "nəfəs almaq üçün vaxt" verdim

Tramp: Pakistanın xahişi ilə İrana "nəfəs almaq üçün vaxt" verdim

ABŞ İranda su anbarlarını VURDU – 10 kənd susuz qaldı

ABŞ İranda su anbarlarını VURDU – 10 kənd susuz qaldı

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb - VİDEO

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb - VİDEO

End of content

No more pages to load

RADİO