Dünəndən ölkə gündəmini zəbt edən Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun işdən qovulması və buna səbəb olan sensasion faktlar ətrafında müzakirələri və açıqlamaları mən də diqqətlə izləyirəm.xa0
A.Məhərrəmovun işdən çıxarılmasına səbəb olan amillər barədə indi hərə öz səviyyəsində və malik olduğu informasiyalar çərçivəsində mülahizələr yürüdür. Qeyd edim ki, səbəblərin nə olmasından asılı olmayaraq hər hansı bir rektorun və ya məmurun bu və ya digər məqamda işdən çıxarılması məhz cənab Prezidentin müstəsna səlahiyyətlərinə aiddir. Odur ki, bizim bütün bu müzakirələrimiz sadəcə postfaktum xarakteri daşıyır. Deyilənlər doğrudursa, heç şübhəsiz ki, A.Məhərrəmov layiqli cəzasını alacaq. Gəlin hadisələri qabaqlamağa tələsməyək. Rəsmi qurumların araşdırmalarının nəticələrini gözləyək.
Əlisahib Hüseynov -xa0
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri