BİZİM TƏQVİM: Mayın 2-də baş vermiş tarixi hadisələr

Mayın 2-i Ümumdünya Astma ilə Mübarizə Günüdür. Bu günün yaranma tarixi 1993-cü ildə ABŞ-ın Milli Ürək, Ağciyər və Qan İnstitutu, Milli Sağlamlıq İnstitutu və Ümumdünya Sağlamlıq Mərkəzi tərəfindən “Bronxial astmanın müalicəsi və profilaktikası qlobal strategiyası”nı müəyyənləşdirən işçi qrupunun formalaşdırılması ilə əlaqədardır. 

Bəs, 2 mayda dünya daha hansı hadisələr baş verib?

1. 2 may 1808-ci ildə İspanyanın paytaxtı Madriddə məşhur "Dos de Mayo" qiyamı başladı. Madridin Fransa qoşunları tərəfindən işğalı və Napoleonun qardaşını İspaniya kralı elan etməsinə reaksiya göstərən yerli xalqın mücadiləsi zamanı yüzlərlə adam həlak oldu. 

2. 1885-ci ilin 2 may tarixində Kastamonu Əbdürrəhman Paşa liseyinin təməli atıldı. Bu məktəb Türkiyədə açılan ilk rəsmi lisey sayılır.

3. 2 may 1892-ci ildə Rusiya İmperiyasında, Kiyevdə ilk dəfə elektrikli tramvay işə düşüb. Bu tramvay hərbi mühəndis, sahibkar Amand Struve tərəfindən yaradılıb.

4. 1919-cu ilin bu günündə ABŞ-da ilk sərnişin hava xətti açılıb. “Mercury Air Service” aviaşirkəti “Junkers-Larsen JL-6” təyyarəsi ilə Los-Ancelesdən San-Dieqoya və Santa-Katalina adasına uçuşlar həyata keçirib.

5. 1926-cı ilin 2 mayında Atlantik okeanının iki sahili arasında ilk faks mesajı göndərilib.

6. 1982-ci ildə Folklend adası uğrunda müharibənin gedişatında Britaniyaya məxsus “Konkverer” sualtı qayığı Argentinanın hərbi dəniz qüvvələrinin iftixarı sayılan “General Belqrano” kreyserini batırdı. Üç torpedo atəşindən 36 saat sonra gəmi Cənubi Atlantikanın sularına qərq olub.

7. 2 may 2011-ci ildə Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələrinin Pakistanın Abbottabad şəhərində açdığı atəş nəticəsində Usame bin Laden öldürülüb.

8. 2 May- Ümumdünya Ton Balığı Günüdür. Bu qərar 2016-cı ilin dekabrında BMT Baş Assambleyasının qərarı ilə planetimizin əhalisinə bu növ balıqların dəyərini, qarşılaşdığı təhlükələri, iqtisadi və sosial faydaları barədə məlumatlandırılmaları məqsədilə qəbul edilmişdir.

2 mayda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Bu gün Avropada intibah dövrü incəsənətinin dahi nümayəndələrindən biri – rəssam, şair, ixtiraçı və mühəndis Leonardo de Vinçinin xatirə günüdür. O, 1519-cu ilin bu günündə vəfat edib.

2. “Fizikada eksperiment dahisi” adlanan amerikalı alim Robert Vud 1868-ci ilin bu günü Konkord şəhərində dünyaya gəlib.

3. Azərbaycanın ilk qadın rejissoru Qəmər Salamzadə 1908-ci ilin 2 mayında dünyaya gəlib. 

4. Azərbaycanın teatr və kino aktyoru, Əməkdar artist Məmməd  Sadıqov  2 may 1913-cü ildə dünyaya göz açıb.

5. Azərbaycan teatr və kino aktrisası, Əməkdar artist Ətayə Əliyeva 1920-ci ilin bu günündə anadan olub.

6. Azərbaycan Xarici İşlər nazirinin müavini, diplomat, “ADA Universitetinin rektoru. Hafiz Paşayev 2 may 1941-ci ildə dünyaya gəlib.

7. Azərbaycan əsilli opera müğənnisi, dramatik tenor, Azərbaycanın Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov 1977-ci ilin bu günündə anadan olub.

8. Azərbaycan dirijoru, Azərbaycan televiziyası və radiosunun kamera orkestrinin rəhbəri, Azərbaycan SSR xalq artisti, Dövlət mükafatları laureatı, professor Nazim Rzayev 2006-cı ildə vəfat edib.

9. Azərbaycanlı heykəltaraş, Xalq rəssamı, Əməkdar incəsənət xadimi Tokay Məmmədov 2 may 2018-ci ildə 91 yaşında dünyasını dəyişib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kənardan mələk kimi görünsələr də... - Qəzəbi dünyanı alovlandıra biləcək BÜRCLƏR

Kənardan mələk kimi görünsələr də... - Qəzəbi dünyanı alovlandıra biləcək BÜRCLƏR

Pasport şəklini telefonda saxlamayın- XƏBƏRDARLIQ

Pasport şəklini telefonda saxlamayın- XƏBƏRDARLIQ

Yeni rəqəmsal platforma yaradılır - Komitə sədrindən AÇIQLAMA

Yeni rəqəmsal platforma yaradılır - Komitə sədrindən AÇIQLAMA

Bu il korrupsiya cinayəti törədən 13 şəxs cinayət başında yaxalanıb – RƏSMİ

Bu il korrupsiya cinayəti törədən 13 şəxs cinayət başında yaxalanıb – RƏSMİ

Cəlilabadda AĞIR QƏZA – Yaralanan var

Cəlilabadda AĞIR QƏZA – Yaralanan var

Dəhşətli virus YAYILIR – Ölənlərin sayı 800 nəfərə ÇATDI

Dəhşətli virus YAYILIR – Ölənlərin sayı 800 nəfərə ÇATDI

Narkotik ittihamı ilə saxlanılan İlyas Yalçıntaşın evindən görün nə tapıldı – FOTO

Narkotik ittihamı ilə saxlanılan İlyas Yalçıntaşın evindən görün nə tapıldı – FOTO

İlham Əliyev Donald Trampa təşəkkür etdi – FOTO

İlham Əliyev Donald Trampa təşəkkür etdi – FOTO

Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR

Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR

İran İordaniya və Omandakı ABŞ bazalarını belə məhv edib – FOTOLAR

İran İordaniya və Omandakı ABŞ bazalarını belə məhv edib – FOTOLAR

Xəstəxanaya yerləşdirilən Nəriman Həsənzadənin SON DURUMU

Xəstəxanaya yerləşdirilən Nəriman Həsənzadənin SON DURUMU

Tərtərdə AĞIR QƏZA – Ölənlər var

Tərtərdə AĞIR QƏZA – Ölənlər var

Dünyanın ən çox ziyarət edilən 4 ölkəsi — BUNLARDIR

Dünyanın ən çox ziyarət edilən 4 ölkəsi — BUNLARDIR

Süni intellektlə şəkillər düzəldib, qadınları şantaj etdilər – VİDEO

Süni intellektlə şəkillər düzəldib, qadınları şantaj etdilər – VİDEO

İrandan husilərə TAPŞIRIQ – Enerji infrastrukturuna zərbə endirilsə...

İrandan husilərə TAPŞIRIQ – Enerji infrastrukturuna zərbə endirilsə...

"Ronaldo səndən yaxşıdır" dedi, Messi belə cavab verdi

"Ronaldo səndən yaxşıdır" dedi, Messi belə cavab verdi

Bir iynə, iki faciə - 5 aylıq hamilə qadının öldüyü evdən VİDEOREPORTAJ

Bir iynə, iki faciə - 5 aylıq hamilə qadının öldüyü evdən VİDEOREPORTAJ

50 ildən sonra İLK DƏFƏ - Britaniya ballistik raket istehsalına başlayır

50 ildən sonra İLK DƏFƏ - Britaniya ballistik raket istehsalına başlayır

Bu il Bakıda törədilən cinayətlərin SAYI AÇIQLANDI

Bu il Bakıda törədilən cinayətlərin SAYI AÇIQLANDI

Argentina-İngiltərə matçı ilə bağlı daha bir insident – VİDEO

Argentina-İngiltərə matçı ilə bağlı daha bir insident – VİDEO

Azərbaycan, Gürcüstan və Türkiyə birgə təlim KEÇİRƏCƏK

Azərbaycan, Gürcüstan və Türkiyə birgə təlim KEÇİRƏCƏK

Dünya cəhənnəmə ÇEVRİLİR?

Dünya cəhənnəmə ÇEVRİLİR?

Ülkər İsmayılova yüksək vəzifəyə TƏYİN OLUNDU

Ülkər İsmayılova yüksək vəzifəyə TƏYİN OLUNDU

Ukrayna müharibədə süni intellektdən necə istifadə edir?

Ukrayna müharibədə süni intellektdən necə istifadə edir?

End of content

No more pages to load

RADİO