xa010 noyabr, saat 10.Bu adicə tarix, adicə təqvim günüxa0 deyil.xa0 Lənkəranda keçiriləcəkxa0 ikinci “Çay,xa0 çəltik, sitrus” festivalıxa0 məhz bu tarixdə, şəhərin mərkəzi H.Əliyev xatirə parkında , “Cəngi” sədaları altındaxa0 start götürəcək.Qızılıxa0 payızda bahar, bayram ovqatı yaşamaq , təbiətin ilahixa0 gözəlliklərindən zövq almaq , bəxş etdiyi naz- nemətlərdən dadmaq, zəhmət adamları ilə üzbəüz görüşüb,xa0 sevinclərinə şərik olmaqxa0 istəyirsinizsə, bu tarixi qaçırmayın. Yolunuzu bu şənbəxa0 xan Lənkərandan salın. Ürəkdən deyirəm, ürəyinizcə olacaq bir bayrama şahidlik edəcəksiniz,xa0 bu tarix ömrünüzdəxa0 özəl, gözəl bir gün kimi yaddaqalan olacaq.xa0

Bəsxa0 Lənkəran şəhər icra hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı iləxa0 xa0keçirilənxa0 bu ilkixa0 festivalda iştirakçıları hansı sürprizlər gözləyir? Təşkilat komitəsi vəd edir-bayram ötən ilkindən də rəngarəng olacaq. Məhsul bayramındaxa0 Lənkəranda istehsal olunan coxşeşidlixa0 məhsullar və təbiətin bəxş etdiyi nemətlər nümayiş olunacaq, iştirakçılara istehsalçılarlaxa0 yaxından tanışlıq , birbaşa ünsiyyət imkanıxa0 yaradılacaq. Yerlixa0 xa0çay fabriklərində istehsal olunmüş,xa0 ekoloji cəhətdən tam təmiz, qatqısızxa0 Lənkəran çayını tədbir boyunca dada bilərsiniz. Lənkəran xanımlarının bişirdiyi dadlı şirniyyatlarla, mürəbbələrlə , bişmişlərlə. Limonlu samovarxa0 çayından içəndə bir daha əmin olacaqsınız ki,bu diyarınxa0 xa0məxməri çayınınxa0 xa0həqiqətən də,xa0 misli yoxdur, min bir dərdəxa0 dərmandır.
xa0

Dərman demişkən, əgər təbiətin bu qədər möcüzəli nemətləri varsa, dərmana nə ehtiyac? Xəstəsi də şəfa tapar Lənkəranın limonundan, narıngisindən, feyxoa, kivi, portaxalından.Həm də əsil məqamıdır.İlin bu fəslində Lənkəran büsbütün narıngi qoxuyur, havadan limon ətri gəlir.Barlı-bəhərli portağal bağları ağız sulandırır.Bu mənzərənin sözlə təsviri yox, gərək göz görsün, ürək duyğulansın, könül sevsin.Lənkəranlılar yurdlarını cox sevirlər və inanırlar ki,xa0 bu ilahi nemətlər saflıqlarına, zəhmətsevərliklərinə, xoş məziyyətlərinə , Allahsevərliklərinə, yurdsevərliklərinə görə onlara tanrının lütfüdür.

Yeri gəlmişkən, Lənkəranxa0 xa0təkcə çayı, sitrus meyvələri ilə deyil,xa0 ta qədimlərdənxa0 həm də ətirli düyüsü, bu düyülərdən bişirilən növbənöv plovlarıxa0 ilə məşhurdur. “Akulə”, “Sədri”, “Haşımi” düyülərindən bişirilmiş plovların dadına baxmaq istəyinizixa0 festival günü reallaşdıra bilərsiniz.Plovların çeşidini, cənub mətbəxinin ləziz təamlarınıxa0 bir-bir sadalamaqla günaha batmaq istəmirəm.Ən yaxşısı gəlin, görün,dadın, qiymət verin.Necə deyərlər, həm ziyarət, həm ticarət!
Məhsul bayramı əmək adamlarınınxa0 qiymətləndirilməsi ilə dəxa0 yaddaqalan olacaq.xa0 Festivalda rayon icra hakimiyyətixa0 əlinin zəhməti ilə tanınıb seçilən bir qrup əmək adamınıxa0 fəxri –fərman və qiymətlixa0 hədiyyələrlə mükafatlandıracaq.

...Lənkəranın payızı bir özgə aləmdir, təbiətin qızıl vaxtıdır.İlin bu çağındaxa0 ilahi gözəllikdən zövq almaq, qızılı-qırmızı donlu dəmirağaclarının möhtəşəm mənzərəsini görmək istəyirsinizsə, vaxt itirməyin, bu şənbə qonağımız olun!

Cənub hərarətlixa0 xa0festivaldaxa0 təkcə xan lənkəranlıların zəngin mətbəxi ilə deyil, zəngin mədəniyyəti ilə də tanış olmaq imkanınız olacaq.Burada dinləyəcəyinizxa0 xa0, bu yerlərin ab-havası hopmuş qədimxa0 xa0əmək-bicar nəğmələrini çətin ki, bir ayrı məkanda eşitmək imkanınız ola. Bu nəğmələri sizəxa0 üzü nurlu “Nənələr”imizxa0 oxuyacaq, “ Halay” ansamblıxa0 unudulmaqda olan”Şalı-şalı “ rəqsini ifa edəcək , yerli musiqiçilər cənub folklorunun ən yaxşı nümunələrini səsləndirəcəklər.Qol götürübxa0 süzməyi öz ixtiyarınızaxa0 buraxırıq.

Festivalın təşkilatçıları iştirakçıların ötən ilki təkliflərini də nəzərə alıblar.Lənkəranda yetişdirilən və istehsal olunan məhsulların satış yarmarkası da təşkil olunacaq.Məhsul bayramı axşam şəhər mədəniyyət mərkəzinin böyük zalında respublikanın tanınmış incəsənət ustalarının ifasında bayram konserti və atəşfəşanlıqla yekunlaşacaq.

Bəli, elliklə yığışıbxa0 məhsul bayramı keçirmək keçmiş sovet məkanının ən yaxşı ənənələrindən biri idi vəxa0 əsası daxa0 məhz Lənkərandaxa0 qoyulmuş, bəyənilərək ölkə miqyasına yayılmışdı.Nə xoş ki, bu ənənəxa0 yenidən yaşarı olub!Yolunuzu gözləyirik-xan Lənkəranın adına layiq qonaqpərvərliklə!
Esmira İsmayılova.
Lənkəran