"Bu sərəncam Milli mətbuatımıza verilən önəmin bariz nümunəsidir" - Famil Fərhadoğlu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli mətbuatımızın 150 illik yubileyinin geniş şəkildə qeyd olunması ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Prezidentinin Administrasiyasına Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurası ilə birgə yubiley tədbirlərinin hazırlanması və həyata keçirilməsi tapşırılıb.

Bu sərəncam dövlət başçısının milli mətbuatımıza verdiyi böyük önəmin və dəstəyin bariz nümunəsidir.
 

Azərbaycan mətbuatı zəngin tarixi və mübarizə yolu ilə hər zaman xalqın səsi, milli ideyaların daşıyıcısı olub. Həsən bəy Zərdabinin rəhbərliyi ilə 1875-ci ildə “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımız ötən əsrlər boyunca milli şüurun formalaşmasında, maarifçiliyin inkişafında, dövlətçiliyin möhkəmlənməsində mühüm rol oynayıb.


Müstəqillik illərində Azərbaycan mətbuatının inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər jurnalistikanı cəmiyyətin güzgüsü adlandırır, söz və fikir azadlığını demokratik dövlət quruculuğunun əsas sütunlarından biri kimi qiymətləndirirdi. Məhz onun tapşırığı ilə 1998-ci ildə ölkəmizdə tarixi bir addım atıldı və senzura rəsmi şəkildə ləğv olundu. Bu, Azərbaycan mətbuatının azad fəaliyyətinə geniş imkanlar yaratdı. Bundan bir il sonra, 1999-cu ildə qəbul olunan “Kütləvi İnformasiya Vasitələri haqqında” Qanun isə jurnalistlərin hüquqlarının qorunmasına və fəaliyyətlərinin hüquqi çərçivəyə salınmasına böyük təkan verdi.

Ulu Öndər Heydər Əliyev mətbuata daim hörmətlə yanaşır, jurnalistlərin sərbəst və müstəqil fəaliyyətini dəstəkləyirdi. Onun bu siyasəti bu gün də uğurla davam etdirilir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə mətbuatın inkişafı daim dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. 2021-ci ildə qəbul olunan “Media haqqında” Qanun müasir dövrün tələblərinə cavab verən hüquqi baza formalaşdıraraq medianın inkişafını yeni mərhələyə yüksəltdi. Elə həmin il yaradılan Medianın İnkişafı Agentliyi isə jurnalistlərin peşəkarlığının artırılması, təlim proqramlarının təşkil olunması və media subyektlərinə dəstəyin gücləndirilməsi istiqamətində uğurla fəaliyyət göstərir.

44 günlük Vətən müharibəsi dövründə isə Azərbaycan mətbuatı informasiya cəbhəsində böyük qəhrəmanlıq nümayiş etdirdi. Dəqiq, operativ və doğru məlumatların çatdırılması, dezinformasiyalara qarşı qətiyyətli mübarizə aparılması Azərbaycanın informasiya savaşında üstünlük qazanmasına mühüm təsir göstərdi.
 

Jurnalistlər cəbhə bölgələrindən, ön xətdən, azad edilən torpaqlardan peşəkar reportajlar hazırlayaraq xalqımıza ruh verdilər, dünya ictimaiyyətinə isə Azərbaycanın haqq səsini çatdırdılar.


Milli mətbuatın 150 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması həm də keçmişə dərin ehtiramın, milli mətbuat tariximizin layiqli şəkildə qiymətləndirilməsinin təzahürüdür. Qarşıdan gələn yubiley tədbirləri çərçivəsində müxtəlif konfranslar, mükafatlandırma mərasimləri və digər irimiqyaslı layihələrin keçirilməsi planlaşdırılır. Bu tədbirlər yeni nəsil jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılmasına, milli mətbuat ənənələrinin yaşadılmasına mühüm töhfə verəcək.
 

Azərbaycan mətbuatı ötən 150 ildə çətin və şərəfli bir yol keçərək bu gün daha da güclənmiş, beynəlxalq media məkanında layiqli yerini tutmuşdur. Prezident İlham Əliyevin milli mətbuatımıza göstərdiyi diqqət və dəstək isə bu sahənin daha da inkişaf edəcəyinə, söz və fikir azadlığının bundan sonra da qorunacağına dərin inam yaradır. Cənab Prezidentin yerli televiziya kanallarına verdiyi müsahibələr bu qayğının aydın göstəricisidir.


Bu münasibət yerli mətbuata olan inamı və güvəni daha da artırır, mətbuat nümayəndələrinin fəaliyyətinə əlavə stimul verir.

Milli mətbuatımızın 150 illik yubileyi Azərbaycan mediasının dünəninə ehtiram, bu gününə dəstək və gələcəyinə inamın parlaq ifadəsidir.

Famil Fərhadoğlu, Manşet.az xəbər portalının direktoru

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ronaldo və Messinin şəfərinə qızıl örtüklü telefon: “Əfsanələr” kolleksiyası - VİDEO

Ronaldo və Messinin şəfərinə qızıl örtüklü telefon: “Əfsanələr” kolleksiyası - VİDEO

Niyə köhnə mesajları təkrar oxuyuruq? - Səbəbi

Niyə köhnə mesajları təkrar oxuyuruq? - Səbəbi

Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub

Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub

Neymar DÇ-2026-dan sonra 23 milyon dollara YAXTA ALDI

Neymar DÇ-2026-dan sonra 23 milyon dollara YAXTA ALDI

Ağlayan uşağı sakitləşdirən "sehrli" söz

Ağlayan uşağı sakitləşdirən "sehrli" söz

İsrailin xarici işlər naziri İngiltərə millisinin azarkeşlərini ƏLƏ SALDI

İsrailin xarici işlər naziri İngiltərə millisinin azarkeşlərini ƏLƏ SALDI

Biləsuvarda ağır yol qəzası: Ölən var

Biləsuvarda ağır yol qəzası: Ölən var

Qusarda böyük toplantı: 30-dan çox media qurumunun təmsilçiləri və din xadimləri iştirak etdilər - FOTO

Qusarda böyük toplantı: 30-dan çox media qurumunun təmsilçiləri və din xadimləri iştirak etdilər - FOTO

Qırıcılar insanların 5 metrliyindən keçdi – VİDEO

Qırıcılar insanların 5 metrliyindən keçdi – VİDEO

Avqust ayının qeyri-iş günləri - TƏQVİM

Avqust ayının qeyri-iş günləri - TƏQVİM

“Temu” Azərbaycanda bağlanır? - AÇIQLAMA

“Temu” Azərbaycanda bağlanır? - AÇIQLAMA

ABŞ İrana qarşı yeni zərbələr dalğasına başladı - FOTO

ABŞ İrana qarşı yeni zərbələr dalğasına başladı - FOTO

Hərbi xidmətdən yeni qayıdan gənc dənizdə batdı – TƏFƏRRÜAT - VİDEO

Hərbi xidmətdən yeni qayıdan gənc dənizdə batdı – TƏFƏRRÜAT - VİDEO

Nazilə Səfərli Suraxanıdakı tıxacdan şikayətləndi – FOTO

Nazilə Səfərli Suraxanıdakı tıxacdan şikayətləndi – FOTO

Sabah Bakının iki böyük rayonunda qaz olmayacaq

Sabah Bakının iki böyük rayonunda qaz olmayacaq

Nikaraqua İtaliya ilə diplomatik əlaqələri kəsdiyini ELAN ETDİ

Nikaraqua İtaliya ilə diplomatik əlaqələri kəsdiyini ELAN ETDİ

Ağ Ev: İran ABŞ ilə razılaşma əldə etmək istəyir

Ağ Ev: İran ABŞ ilə razılaşma əldə etmək istəyir

Ronaldo DÇ-2026-da antirekorda imza atıb

Ronaldo DÇ-2026-da antirekorda imza atıb

Zelenski Hakan Fidanı ordenlə təltif etdi – FOTO/VİDEO

Zelenski Hakan Fidanı ordenlə təltif etdi – FOTO/VİDEO

Tramp DÇ-2026-nın Final oyununu stadiondan İZLƏYƏCƏK

Tramp DÇ-2026-nın Final oyununu stadiondan İZLƏYƏCƏK

Bakıda qadın plastik qabla DÖYÜLDÜ

Bakıda qadın plastik qabla DÖYÜLDÜ

Ayanın İstanbuldakı evi – VİDEO

Ayanın İstanbuldakı evi – VİDEO

Sumqayıtda sahibsiz itlərin davası kameraya düşdü – VİDEO

Sumqayıtda sahibsiz itlərin davası kameraya düşdü – VİDEO

Uqandada Ebolaya yoluxan sonuncu pasiyent evə buraxıldı

Uqandada Ebolaya yoluxan sonuncu pasiyent evə buraxıldı

End of content

No more pages to load

RADİO