Kürdəmirdə 18 yaşlı gənci elektrik cərəyanı vurub.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayon ərazisindən keçən dəmir yolunda qeydə alınıb.
2007-ci il təvəllüdlü Həsənov Cavid Fəzail oğlu qatarın altından keçmək istəyərkən onu cərəyan vurub. Ətrafdakı insanlar onu dərhal Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.
Həkimlər ona ilkin tibbi yardım göstəriblər.
Fakt araşdırılır.
Bizim.Media, Aran bürosu