Baş redaktor:“Cənab Prezident peşəkar və azad fəaliyyəti təmin etmək üçün mətbuatımızı qayğılardan xilas edib”

Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının 150 illik yubileyinin geniş şəkildə qeyd olunması ilə bağlı sərəncam imzaladı. Sərəncama əsasən, Prezident Administrasiyasına Medianın İnkişafı Agentliyi və Mətbuat Şurası ilə birlikdə yubiley tədbirlərinin keçirilməsini təmin etmək tapşırığı verilib. Bu, dövlət başçısının milli mətbuatımıza verdiyi dəyərin real nümunəsidir. 

150 il öncə - 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin nəşrinə başlamaqla milli mətbuatımızın təməlini atan Həsən bəy Zərdabinin ən böyük arzusu müstəqil Azərbaycanın milli mətbuatının olması idi. Onun maarifçiliyə söykənən bütün fəaliyyəti də buna həsr olunmuşdu.

Böyük maarifçiyə Azərbaycanı müstəqil görmək qismət olmadı, lakin qoyduğu miras inkişaf etdi və günümüzə qədər gəlib çatdı. Artıq müstəqil Azərbaycanın milli mətbuatının 150 illiyini qeyd edirik. Bir əsr yarımlıq bu tarixdə milli mətbuatımızın inkişafı naminə gördüyü işlərlə Prezident İlham Əliyev də adını tarixə yazdırıb.
 

Dövlət başçısının yürütdüyü siyasətin təməlini qoyan ümumilli lider Heydər Əliyev mətbuatın inkişafı istiqamətində mühüm addımlar atmışdı. Prezident İlham Əliyev də məhz bu addımları davam etdirdi, milli mətbuatımızı daha yüksək səviyyəyə qaldırdı.


Prezidentin bununla bağlı tarixi qərarları var. 2005-ci ildə “Əməkdar jurnalist” adı bərpa olundu, “Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında”, “Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında”, “Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında” sərəncamlar imzalandı. Dövlət başçısı kütləvi informasiya vasitələrinə birdəfəlik yardımın göstərilməsi haqqında qərar qəbul etdi. Mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı verilən sərəncamlar mətbuatın inkişafında mühüm mərhələlərdən biri hesab oluna bilər. Sərəncama uyğun olaraq mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atıldı. Həm jurnalistlərə mənzillərin verilməsi, həm də güzəştli ipoteka şəraitinin yaradılması belə nümunələrdəndir.

Mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, o cümlədən jurnalistlərin sosial probleminin həll edilməsi dünyanın mövcud informasiya müharibəsindəki şərtlər baxımından xüsusilə əhəmiyyətlidir. Çünki ölkənin informasiya mühitinə kənar müdaxilələr adətən maliyyə axınının təmin edilməsi ilə həyata keçirilir və sosial problemləri olan jurnalistlər bu cür müdaxilə cəhdlərində potensial iştirakçıya çevrilə bilirlər. Bu, təcrübə ilə təsdiq olunub. Sosial problemləri həll edilmiş jurnalistlər isə daha azad olurlar.

Bu, həm kənar müdaxilə cəhdlərinin qarşısını böyük ölçüdə alır, həm də mətbuatın peşəkar fəaliyyətini stimullaşdırır. Onlayn media subyektləri də daxil olmaqla mətbuatımızın dövlət tərəfindən dəstəklənməsi də inkişafa və peşəkarlığa yol açan amillərdəndir.

Prezident İlham Əliyev peşəkar və azad fəaliyyəti təmin etmək məqsədilə belə demək mümkünsə, mətbuatımızı qayğılardan xilas edib. Nəticə ortadadır, xüsusilə son beş ildə yazılı və onlayn medianın, ümumiyyətlə milli mətbuatımızın inkişafı hər şeyi ifadə edir.

2020-ci ildə Vətən müharibəsi isə milli mətbuatımızın sınaq mərhələsi idi və mediamız bu sınaqdan uğurla çıxmağı bacardı. Prezident İlham Əliyev də imzaladığı Sərəncamda bu məsələyə toxunur. Bildirir ki, mediamız müharibə dövründə haqq səsimizi dünyaya çatdırdı.

“Azərbaycan Vətən müharibəsində şanlı Zəfər qazanaraq və unikal antiterror əməliyyatı ilə hərb tarixinə yeni səhifə yazaraq, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Müharibə dövründə mediamız əsl vətənpərvərlik, həmrəylik nümunəsi ortaya qoymuş, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, düşmənin və onun havadarlarının saxta məlumatlarının ifşası üçün xüsusi səy göstərmiş, Milli Ordumuzun, əsgər və zabitlərimizin rəşadəti, qəhrəmanlığı ilə bağlı zəngin salnamə yaratmışdır”, - deyə dövlət başçısı vurğulayıb.

Vətən müharibəsindən sonra “Media haqqında” qanunun qəbul edilməsi, Medianın İnkişafı Agentliyinin yaradılması, agentliyin qısa müddətdə mətbuatın problemlərinin həlli və peşəkarlaşması istiqamətində gördüyü işlər ən mühüm addımlardan biri oldu. Agentlik üzərinə qoyulan missiyasını uğurla icra edir. Həm jurnalistlərin sosial və mənzil-məişət problemlərinin həllinə töhfə verir, həm mediamızın peşəkarlığının artırılması istiqamətində işləyir. Bu gün MEDİA dövlətlə jurnalistlər arasında mühüm körpü rolunu oynayır. Bütün bunlar informasiya müharibəsində Azərbaycanın mövqeyinin güclü olmasına zəmin yaradır. Bütün bunlar məhz Prezident İlham Əliyevin milli mətbuatımıza göstərdiyi qayğı və diqqətin nəticəsidir.
 

Dövlət başçısı qeyd edir ki, bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirmiş, rəqabət qabiliyyətini artırmışdır.


Lakin Prezident dünya nizamının dəyişikliklərə məruz qaldığı, siyasi proseslərin intensivləşdiyi, habelə yeni fəaliyyət prinsiplərinin bərqərar olduğu müasir dövr Azərbaycan mediası qarşısında da yeni vəzifələr müəyyənləşdirir.

1. Qabaqcıl texnologiyaların tətbiqi, sosial media platformalarında fəallığın artırılması, rəqəmsallaşma, süni intellekt, media savadlılığının yüksəldilməsi, dezinformasiya və saxta xəbərlərlə mübarizə, effektiv kommunikasiyanın həyata keçirilməsində yaxından iştirak və s. mediamızın inkişaf perspektivini və qarşıdan gələn dövrdə qlobal informasiya məkanında yerini müəyyənləşdirəcək məsələlərdir.

2. Media müasir tendensiyaları nəzərə almaqla Azərbaycanın dövlət maraqlarını həmişə uca tutmalı, ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu, həyatımızda baş verən pozitiv dəyişikliklər ilə bağlı ictimaiyyətimizin məlumatlandırılması sahəsində daha fəal olmalıdır.

Prezidentin mediadan yalnız bir istəyi var: milli maraqlarımızın əleyhinə olan informasiya zibilliyini sıradan çıxarmaq, peşəkar fəaliyyətlə qlobal informasiya bazarına daxil olmaq. 150 yaşı olan milli mətbuatımızın gələcəyi işıqlıdır, çünki Prezident İlham Əliyevin qoyduğu təməl kifayət qədər sağlamdır.

Vasif Həsənli
Demokrat.az xəbər portalının baş redaktoru


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yayda bunu heç vaxt etməyin - İstidə ətrin əsas təhlükəsi

Yayda bunu heç vaxt etməyin - İstidə ətrin əsas təhlükəsi

Ronaldo və Messinin şəfərinə qızıl örtüklü telefon: “Əfsanələr” kolleksiyası - VİDEO

Ronaldo və Messinin şəfərinə qızıl örtüklü telefon: “Əfsanələr” kolleksiyası - VİDEO

Niyə köhnə mesajları təkrar oxuyuruq? - Səbəbi

Niyə köhnə mesajları təkrar oxuyuruq? - Səbəbi

Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub

Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub

Neymar DÇ-2026-dan sonra 23 milyon dollara YAXTA ALDI

Neymar DÇ-2026-dan sonra 23 milyon dollara YAXTA ALDI

Ağlayan uşağı sakitləşdirən "sehrli" söz

Ağlayan uşağı sakitləşdirən "sehrli" söz

İsrailin xarici işlər naziri İngiltərə millisinin azarkeşlərini ƏLƏ SALDI

İsrailin xarici işlər naziri İngiltərə millisinin azarkeşlərini ƏLƏ SALDI

Biləsuvarda ağır yol qəzası: Ölən var

Biləsuvarda ağır yol qəzası: Ölən var

Qusarda böyük toplantı: 30-dan çox media qurumunun təmsilçiləri və din xadimləri iştirak etdilər - FOTO

Qusarda böyük toplantı: 30-dan çox media qurumunun təmsilçiləri və din xadimləri iştirak etdilər - FOTO

Qırıcılar insanların 5 metrliyindən keçdi – VİDEO

Qırıcılar insanların 5 metrliyindən keçdi – VİDEO

Avqust ayının qeyri-iş günləri - TƏQVİM

Avqust ayının qeyri-iş günləri - TƏQVİM

“Temu” Azərbaycanda bağlanır? - AÇIQLAMA

“Temu” Azərbaycanda bağlanır? - AÇIQLAMA

ABŞ İrana qarşı yeni zərbələr dalğasına başladı - FOTO

ABŞ İrana qarşı yeni zərbələr dalğasına başladı - FOTO

Hərbi xidmətdən yeni qayıdan gənc dənizdə batdı – TƏFƏRRÜAT - VİDEO

Hərbi xidmətdən yeni qayıdan gənc dənizdə batdı – TƏFƏRRÜAT - VİDEO

Nazilə Səfərli Suraxanıdakı tıxacdan şikayətləndi – FOTO

Nazilə Səfərli Suraxanıdakı tıxacdan şikayətləndi – FOTO

Sabah Bakının iki böyük rayonunda qaz olmayacaq

Sabah Bakının iki böyük rayonunda qaz olmayacaq

Nikaraqua İtaliya ilə diplomatik əlaqələri kəsdiyini ELAN ETDİ

Nikaraqua İtaliya ilə diplomatik əlaqələri kəsdiyini ELAN ETDİ

Ağ Ev: İran ABŞ ilə razılaşma əldə etmək istəyir

Ağ Ev: İran ABŞ ilə razılaşma əldə etmək istəyir

Ronaldo DÇ-2026-da antirekorda imza atıb

Ronaldo DÇ-2026-da antirekorda imza atıb

Zelenski Hakan Fidanı ordenlə təltif etdi – FOTO/VİDEO

Zelenski Hakan Fidanı ordenlə təltif etdi – FOTO/VİDEO

Tramp DÇ-2026-nın Final oyununu stadiondan İZLƏYƏCƏK

Tramp DÇ-2026-nın Final oyununu stadiondan İZLƏYƏCƏK

Bakıda qadın plastik qabla DÖYÜLDÜ

Bakıda qadın plastik qabla DÖYÜLDÜ

Ayanın İstanbuldakı evi – VİDEO

Ayanın İstanbuldakı evi – VİDEO

Sumqayıtda sahibsiz itlərin davası kameraya düşdü – VİDEO

Sumqayıtda sahibsiz itlərin davası kameraya düşdü – VİDEO

End of content

No more pages to load

RADİO