Ağsuda baş verən qəzada xəsarət alanlardan 6 nəfəri Ağsu rayon Mərkəzi Xəstəxanasına, biri isə 16 yaşlı qız Kürdəmirə gətirilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qəza zamanı xəsarət alan sərnişinlərdən biri 2009-cu il təvəllüdlü Ağsu rayon Padarqışlaq kənd sakini Səmədova Dürdanə Səməndər qızı Kürdəmir rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Ona tibbi yardım göstərilib.
Qeyd edək ki, gecə saatlarında Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunun Ağsu rayonundan keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Hərəkətdə olan mikroavtobus naməlum səbəbdən yoldan çıxaraq qəzaya uğrayıb.
Bizim.Media, Aran bürosu