Ağsuda mikroavtobus qəzaya düşüb
Bizim.Media-nı Aran bürosu xəbər verir ki, gecə saatlarında Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunun Ağsu rayonundan keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
İlkin məlumata görə, hərəkətdə olan mikroavtobus naməlum səbəbdən yoldan çıxaraq qəzaya uğrayıb.
Qəza nəticəsində bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Kürdəmir və Ağsu Rayon Mərkəzi Xəstəxanalarına yerləşdirilib.
Hadisənin başvermə səbəbləri və digər təfərrüatlar araşdırılır.
Bizim Media, Aran bürosu