“28 Mall”un qarşısında plakat açan təriqət üzvləri həbs edildi – FOTO/VİDEO

Bakının mərkəzində qeyri-ənənəvi dini təriqəti təbliğ edən 2 nəfər həbs edilib.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu Azadlıq prospektində - “28 Mall” ticarət mərkəzinin qarşısında baş verib.

1987-ci il təvəllüdlü Teymur Əliyev və 2001-ci ildə anadan olmuş Həsən Cavadov 2 metr enində plakat açıb.

Plakatın üzərində Əhmədi Sülh və İşıq dinini (AROPL) təbliğ edən şüarlar, eləcə də “Abdullah Haşim zühur edib” kimi ifadələr yer alıb. Ticarət mərkəzinin qarşısında açılmış plakat oradan keçənlərin diqqətini cəlb edib və həmin şəxslərlə bir neçə vətəndaş arasında mübahisə yaranıb.
 

Əraziyə yaxınlaşan polis əməkdaşları plakatın yığışdırılmasını tələb edib və T.Əliyevlə H.Cavadovu ərazi üzrə 22-ci Polis Şöbəsinə dəvət ediblər. Lakin onlar polisin qanuni tələbinə tabe olmayaraq əməllərinə davam ediblər.


Saxlanılan şəxslər daha sonra şöbəyə aparılaraq barələrində inzibati protokol tərtib edilib. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxs 10 sutkalıq həbs edilib.

Qeyd edək ki, saxlanılan şəxslər özlərini ABŞ-də yaşayan Abdullah Haşim Aba El-Sadıkın qurucusu olduğu AROPL (Sülh və İşıq dini) dininin mənsubu kimi təqdim edirlər.

1983-ci il təvəllüdlü Abdullah Haşim bir müddət əvvəl özünü İkinci İmam Mehdi kimi təqdim edərək yaratdığı dini elan edib.

Qeyd edək ki, bir müddət əvvəl AROPL dininə sitayiş edənlər Fəvvarələr Meydanında da aksiya keçirmişdi.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Quzu əti niyə fərqli qiymətlərə satılır? - VİDEO

Quzu əti niyə fərqli qiymətlərə satılır? - VİDEO

Bu il hansı universitetdə neçə tələbə fərqlənmə diplomu alıb? – RƏQƏMLƏR

Bu il hansı universitetdə neçə tələbə fərqlənmə diplomu alıb? – RƏQƏMLƏR

Yayda bunu heç vaxt etməyin - İstidə ətrin əsas təhlükəsi

Yayda bunu heç vaxt etməyin - İstidə ətrin əsas təhlükəsi

Ronaldo və Messinin şəfərinə qızıl örtüklü telefon: “Əfsanələr” kolleksiyası - VİDEO

Ronaldo və Messinin şəfərinə qızıl örtüklü telefon: “Əfsanələr” kolleksiyası - VİDEO

Niyə köhnə mesajları təkrar oxuyuruq? - Səbəbi

Niyə köhnə mesajları təkrar oxuyuruq? - Səbəbi

Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub

Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub

Neymar DÇ-2026-dan sonra 23 milyon dollara YAXTA ALDI

Neymar DÇ-2026-dan sonra 23 milyon dollara YAXTA ALDI

Ağlayan uşağı sakitləşdirən "sehrli" söz

Ağlayan uşağı sakitləşdirən "sehrli" söz

İsrailin xarici işlər naziri İngiltərə millisinin azarkeşlərini ƏLƏ SALDI

İsrailin xarici işlər naziri İngiltərə millisinin azarkeşlərini ƏLƏ SALDI

Biləsuvarda ağır yol qəzası: Ölən var

Biləsuvarda ağır yol qəzası: Ölən var

Qusarda böyük toplantı: 30-dan çox media qurumunun təmsilçiləri və din xadimləri iştirak etdilər - FOTO

Qusarda böyük toplantı: 30-dan çox media qurumunun təmsilçiləri və din xadimləri iştirak etdilər - FOTO

Qırıcılar insanların 5 metrliyindən keçdi – VİDEO

Qırıcılar insanların 5 metrliyindən keçdi – VİDEO

Avqust ayının qeyri-iş günləri - TƏQVİM

Avqust ayının qeyri-iş günləri - TƏQVİM

“Temu” Azərbaycanda bağlanır? - AÇIQLAMA

“Temu” Azərbaycanda bağlanır? - AÇIQLAMA

ABŞ İrana qarşı yeni zərbələr dalğasına başladı - FOTO

ABŞ İrana qarşı yeni zərbələr dalğasına başladı - FOTO

Hərbi xidmətdən yeni qayıdan gənc dənizdə batdı – TƏFƏRRÜAT - VİDEO

Hərbi xidmətdən yeni qayıdan gənc dənizdə batdı – TƏFƏRRÜAT - VİDEO

Nazilə Səfərli Suraxanıdakı tıxacdan şikayətləndi – FOTO

Nazilə Səfərli Suraxanıdakı tıxacdan şikayətləndi – FOTO

Sabah Bakının iki böyük rayonunda qaz olmayacaq

Sabah Bakının iki böyük rayonunda qaz olmayacaq

Nikaraqua İtaliya ilə diplomatik əlaqələri kəsdiyini ELAN ETDİ

Nikaraqua İtaliya ilə diplomatik əlaqələri kəsdiyini ELAN ETDİ

Ağ Ev: İran ABŞ ilə razılaşma əldə etmək istəyir

Ağ Ev: İran ABŞ ilə razılaşma əldə etmək istəyir

Ronaldo DÇ-2026-da antirekorda imza atıb

Ronaldo DÇ-2026-da antirekorda imza atıb

Zelenski Hakan Fidanı ordenlə təltif etdi – FOTO/VİDEO

Zelenski Hakan Fidanı ordenlə təltif etdi – FOTO/VİDEO

Tramp DÇ-2026-nın Final oyununu stadiondan İZLƏYƏCƏK

Tramp DÇ-2026-nın Final oyununu stadiondan İZLƏYƏCƏK

Bakıda qadın plastik qabla DÖYÜLDÜ

Bakıda qadın plastik qabla DÖYÜLDÜ

End of content

No more pages to load

RADİO