Hisə verilmiş qidalarla bağlı XƏBƏRDARLIQ

Metro çıxışlarında, hərəkət intensivliyi olan yerlərdə hisə verilmiş qida məhsulları satılır. Bu məhsullar çox zaman qablaşdırılmadan, açıq  şəkildə müştərilərə təklif olunur. Təbii ki, həmin məhsulların üzərində heç bir məlumat olmur.

Bu da ciddi narahatlıq doğurur.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyir ki, bu gün müxtəlif yerlərdə hisə verilmiş balıq, ət və pendir satılır:

“Qoxusuna görə çox insan bu məhsullara həvəs göstərir. Yaxşı olar ki, bu məhsulları alarkən onun mənşəyinə, istehsal və son istifadə tarixinə fikir verilsin. Bütün hallarda keyfiyyətli şəkildə hisə verilmiş məhsullardan istifadə məqsədəuyğundur. Amma bir çox hallarda bu məhsullar ev şəraitində, kustar üsullarla hazırlanır. Belə məhsullar daha çox təhlükə mənbəyidir”.

Müsahibimiz qeyd edib ki, əsasən bu məhsullar hazırlanarkən quru ağacların budaqlarından istifadə edilməlidir:

“Amma çox zaman bu qayda gözlənilmir. Quru taxtadan, mebel qırıntılarından, laklı-boyalı talaşalardan istifadə edilir. Belə oduncaqdan istifadə edərkən ortaya zərərli maddələr çıxır ki, bu da bir başa hazırlanan məhsullara çökür. Bu da zəhərlənmə  və sağlamlıq problemləri yaradır. Eyni zamanda hisə verilmiş məhsulları uzun müddət saxlamaq üçün kimyəvi maddələrdən, konservantlardan, rəngləndiricilərdən istifadə edirlər ki, bu da insan sağlamlığı üçün təhlükəlidir. Ona görə də adı çəkilən məhsulları alarkən çox diqqətli olmaq lazımdır.

Hisə verilmiş məhsullar tez xarab olan qidalar sırasındadır.
 

Bu səbəbdən məhsulların üzərində istehsal və son istifadə tarixi hökmən olmalıdır. Ən əsası soyuq şəraitdə saxlanılmalıdır. Ümumiyyətlə bu qidaların hazırlanma, soyudulma və saxlanılma prosesinə ciddi riayət edilməlidir.


Belə olmayan təqdirdə həmin məhsulların tərkibində mikroorqanizmlər çoxala bilər ki, bu da ağır zəhərlənməyə və digər sağlamlıq problemlərinə gətirib çıxara bilər. Hətta xərçəng riskini artırar.

Bundan əlavə, bu məhsullar hazırlanarkən duzdan çox istifadə edilir. Bu da orqanizmdə duz-su balansının pozulmasına, hiportaniya və böyrək xəstəliyinin yaranmasına səbəb olur. Həssas, allergiyaya meylilli, həzm problemləri olan insanlarda hisə verilmiş qidaları qəbul edərkən müəyyən həzm problemləri, qarın nayihəsində ağrı, şişkinlik və baş ağrısı yarana bilir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yayda bunu heç vaxt etməyin - İstidə ətrin əsas təhlükəsi

Yayda bunu heç vaxt etməyin - İstidə ətrin əsas təhlükəsi

Ronaldo və Messinin şəfərinə qızıl örtüklü telefon: “Əfsanələr” kolleksiyası - VİDEO

Ronaldo və Messinin şəfərinə qızıl örtüklü telefon: “Əfsanələr” kolleksiyası - VİDEO

Niyə köhnə mesajları təkrar oxuyuruq? - Səbəbi

Niyə köhnə mesajları təkrar oxuyuruq? - Səbəbi

Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub

Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub

Neymar DÇ-2026-dan sonra 23 milyon dollara YAXTA ALDI

Neymar DÇ-2026-dan sonra 23 milyon dollara YAXTA ALDI

Ağlayan uşağı sakitləşdirən "sehrli" söz

Ağlayan uşağı sakitləşdirən "sehrli" söz

İsrailin xarici işlər naziri İngiltərə millisinin azarkeşlərini ƏLƏ SALDI

İsrailin xarici işlər naziri İngiltərə millisinin azarkeşlərini ƏLƏ SALDI

Biləsuvarda ağır yol qəzası: Ölən var

Biləsuvarda ağır yol qəzası: Ölən var

Qusarda böyük toplantı: 30-dan çox media qurumunun təmsilçiləri və din xadimləri iştirak etdilər - FOTO

Qusarda böyük toplantı: 30-dan çox media qurumunun təmsilçiləri və din xadimləri iştirak etdilər - FOTO

Qırıcılar insanların 5 metrliyindən keçdi – VİDEO

Qırıcılar insanların 5 metrliyindən keçdi – VİDEO

Avqust ayının qeyri-iş günləri - TƏQVİM

Avqust ayının qeyri-iş günləri - TƏQVİM

“Temu” Azərbaycanda bağlanır? - AÇIQLAMA

“Temu” Azərbaycanda bağlanır? - AÇIQLAMA

ABŞ İrana qarşı yeni zərbələr dalğasına başladı - FOTO

ABŞ İrana qarşı yeni zərbələr dalğasına başladı - FOTO

Hərbi xidmətdən yeni qayıdan gənc dənizdə batdı – TƏFƏRRÜAT - VİDEO

Hərbi xidmətdən yeni qayıdan gənc dənizdə batdı – TƏFƏRRÜAT - VİDEO

Nazilə Səfərli Suraxanıdakı tıxacdan şikayətləndi – FOTO

Nazilə Səfərli Suraxanıdakı tıxacdan şikayətləndi – FOTO

Sabah Bakının iki böyük rayonunda qaz olmayacaq

Sabah Bakının iki böyük rayonunda qaz olmayacaq

Nikaraqua İtaliya ilə diplomatik əlaqələri kəsdiyini ELAN ETDİ

Nikaraqua İtaliya ilə diplomatik əlaqələri kəsdiyini ELAN ETDİ

Ağ Ev: İran ABŞ ilə razılaşma əldə etmək istəyir

Ağ Ev: İran ABŞ ilə razılaşma əldə etmək istəyir

Ronaldo DÇ-2026-da antirekorda imza atıb

Ronaldo DÇ-2026-da antirekorda imza atıb

Zelenski Hakan Fidanı ordenlə təltif etdi – FOTO/VİDEO

Zelenski Hakan Fidanı ordenlə təltif etdi – FOTO/VİDEO

Tramp DÇ-2026-nın Final oyununu stadiondan İZLƏYƏCƏK

Tramp DÇ-2026-nın Final oyununu stadiondan İZLƏYƏCƏK

Bakıda qadın plastik qabla DÖYÜLDÜ

Bakıda qadın plastik qabla DÖYÜLDÜ

Ayanın İstanbuldakı evi – VİDEO

Ayanın İstanbuldakı evi – VİDEO

Sumqayıtda sahibsiz itlərin davası kameraya düşdü – VİDEO

Sumqayıtda sahibsiz itlərin davası kameraya düşdü – VİDEO

End of content

No more pages to load

RADİO