Göygöldə 68 yaşlı kişi bədbəxt hadisə nəticəsində ağır xəsarətlər alıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Üç Təpə kəndində baş verib.
1957-ci il təvəllüdlü Novruz Quliyev həyətindəki ot tayasından yıxılaraq, müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu