Alper Gezeravcı: “Azərbaycan yaxın gələcəkdə kosmik ekosistemin əsas iştirakçılarından olacaq”

Aprelin 24-də"Azərkosmos"un Kosmik Akademiyasında Türkiyənin ilk astronavtı Alper Gezeravcı ilə görüş keçirilib.

Bizim.Media xəbər verir ki, görüşün əsas məqsədi gəncləri kosmos sahəsində maarifləndirmək, onların bu sahəyə marağını artırmaq və gələcəkdə karyera seçimlərinə istiqamət vermək olub.

Tədbirdə çıxış edən Alper Gezeravcı Azərbaycanın keçdiyi inkişaf yolunu yüksək qiymətləndirib. O bildirib ki, Azərbaycan qısa zaman ərzində bölgənin önəmli ölkələrindən birinə çevrilib və kosmos sahəsində də nüfuz qazanmaqdadır.

Kosmonavt 2023-cü ildə Azərbaycanda uğurla təşkil olunmuş Beynəlxalq Astronavtika Konqresini (“IAC-2023”) xatırladıb və deyib ki, beynəlxalq səviyyəli bu cür təşəbbüslər ölkənin elm və texnologiya sahəsində artan nüfuzunun bariz göstəricisidir.

Türkiyədə kosmik liman layihəsi üzərində iş getdiyini bildirən Alper Gezeravcı qeyd edib:

“Kosmosla bağlı hədəflərimizə çatmaq, planlarımızı müəyyənləşdirdiyimiz tarixdə həyata keçirmək üçün bu layihənin icrasına başlamışıq. Kosmik liman ekvator xətti yaxınlığında yerləşəcək.

Layihənin həyata keçirilməsi üçün çox böyük iş görülüb. Hazırda 8 kosmik liman var ki, onların da 6-sı daha çox tanınır. Bu gün maliyyə imkanı, peyk hazır olsa belə, onu orbitə çıxarmaq üçün azı 2-2,5 il növbədə gözləmək lazımdır, təbii ki, işə başqa müdaxilələr olmazsa".
 

Alper Gezeravcı, həmçinin kosmosda keçirdiyi 14 günlük missiya, bu prosesə hazırlıq mərhələləri və şəxsi təəssüratları barədə ətraflı danışıb.


Seminar zamanı Gezeravcı qeyd edib ki, elm və texnologiya sahəsində Türkiyə və Azərbaycanın birgə addımları regionun kosmik potensialının inkişafında mühüm rol oynayır. Bu yol asan deyil, amma istək və səbir olduqda mümkünsüz görünən hədəflərə də çatmaq mümkündür.

Astronavt görüş zamanı gənclərə kosmik həyatın reallıqları, missiyaya hazırlıq mərhələləri, çəkisizlik şəraitində baş verən dəyişikliklər və onun insan psixologiyasına təsiri haqqında ətraflı məlumat verib. O, həmçinin vurğulayıb ki, kosmosa səyahət yalnız texniki və elmi biliklərlə deyil, həm də möhkəm iradə, ruh yüksəkliyi və komanda ruhu ilə mümkündür.

“Hər bir uşaq kosmosa baxaraq xəyal qurur. Əgər bu xəyalı qoruyub saxlayırsınızsa və onun üçün çalışırsınızsa, nə vaxtsa o xəyal reallığa çevrilə bilər”, – deyə Gezeravcı gənclərə müraciət edib.
Görüşün sonunda tədbir iştirakçıları üçün Alper Gezeravcı ilə avtoqraf sessiyası keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Quzu əti niyə fərqli qiymətlərə satılır? - VİDEO

Quzu əti niyə fərqli qiymətlərə satılır? - VİDEO

Bu il hansı universitetdə neçə tələbə fərqlənmə diplomu alıb? – RƏQƏMLƏR

Bu il hansı universitetdə neçə tələbə fərqlənmə diplomu alıb? – RƏQƏMLƏR

Yayda bunu heç vaxt etməyin - İstidə ətrin əsas təhlükəsi

Yayda bunu heç vaxt etməyin - İstidə ətrin əsas təhlükəsi

Ronaldo və Messinin şəfərinə qızıl örtüklü telefon: “Əfsanələr” kolleksiyası - VİDEO

Ronaldo və Messinin şəfərinə qızıl örtüklü telefon: “Əfsanələr” kolleksiyası - VİDEO

Niyə köhnə mesajları təkrar oxuyuruq? - Səbəbi

Niyə köhnə mesajları təkrar oxuyuruq? - Səbəbi

Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub

Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub

Neymar DÇ-2026-dan sonra 23 milyon dollara YAXTA ALDI

Neymar DÇ-2026-dan sonra 23 milyon dollara YAXTA ALDI

Ağlayan uşağı sakitləşdirən "sehrli" söz

Ağlayan uşağı sakitləşdirən "sehrli" söz

İsrailin xarici işlər naziri İngiltərə millisinin azarkeşlərini ƏLƏ SALDI

İsrailin xarici işlər naziri İngiltərə millisinin azarkeşlərini ƏLƏ SALDI

Biləsuvarda ağır yol qəzası: Ölən var

Biləsuvarda ağır yol qəzası: Ölən var

Qusarda böyük toplantı: 30-dan çox media qurumunun təmsilçiləri və din xadimləri iştirak etdilər - FOTO

Qusarda böyük toplantı: 30-dan çox media qurumunun təmsilçiləri və din xadimləri iştirak etdilər - FOTO

Qırıcılar insanların 5 metrliyindən keçdi – VİDEO

Qırıcılar insanların 5 metrliyindən keçdi – VİDEO

Avqust ayının qeyri-iş günləri - TƏQVİM

Avqust ayının qeyri-iş günləri - TƏQVİM

“Temu” Azərbaycanda bağlanır? - AÇIQLAMA

“Temu” Azərbaycanda bağlanır? - AÇIQLAMA

ABŞ İrana qarşı yeni zərbələr dalğasına başladı - FOTO

ABŞ İrana qarşı yeni zərbələr dalğasına başladı - FOTO

Hərbi xidmətdən yeni qayıdan gənc dənizdə batdı – TƏFƏRRÜAT - VİDEO

Hərbi xidmətdən yeni qayıdan gənc dənizdə batdı – TƏFƏRRÜAT - VİDEO

Nazilə Səfərli Suraxanıdakı tıxacdan şikayətləndi – FOTO

Nazilə Səfərli Suraxanıdakı tıxacdan şikayətləndi – FOTO

Sabah Bakının iki böyük rayonunda qaz olmayacaq

Sabah Bakının iki böyük rayonunda qaz olmayacaq

Nikaraqua İtaliya ilə diplomatik əlaqələri kəsdiyini ELAN ETDİ

Nikaraqua İtaliya ilə diplomatik əlaqələri kəsdiyini ELAN ETDİ

Ağ Ev: İran ABŞ ilə razılaşma əldə etmək istəyir

Ağ Ev: İran ABŞ ilə razılaşma əldə etmək istəyir

Ronaldo DÇ-2026-da antirekorda imza atıb

Ronaldo DÇ-2026-da antirekorda imza atıb

Zelenski Hakan Fidanı ordenlə təltif etdi – FOTO/VİDEO

Zelenski Hakan Fidanı ordenlə təltif etdi – FOTO/VİDEO

Tramp DÇ-2026-nın Final oyununu stadiondan İZLƏYƏCƏK

Tramp DÇ-2026-nın Final oyununu stadiondan İZLƏYƏCƏK

Bakıda qadın plastik qabla DÖYÜLDÜ

Bakıda qadın plastik qabla DÖYÜLDÜ

End of content

No more pages to load

RADİO