Məhkumların məktəbində 63 min manat mənimsəyən DİREKTOR: "Pulu müalicəmə xərclədim"

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2 saylı xüsusi əyani-qiyabi tam orta məktəbinin sabiq direktoru Əmrah Səfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bizim.Media "Teleqraf"a istinadən xəbər verir ki, Əmrah Səfərov 63 min 636 manat məbləğində mənimsəmədə ittiham olunub.

İş üzrə zərərçəkmiş qismində Bakı Şəhəri üzrə Təhsil İdarəsi tanınıb.

Qeyd edək ki, xüsusi məktəbdə yetkinlik yaşına çatmayan məhkumlar təhsil alırlar.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə ifadə verən Əmrah Səfərov ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

O, ifadəsində göstərib ki, müəllimlik fəaliyyəti ilə məşğul olub məktəb direktoru vəzifəsində çalışıb:

"Cəzaçəkmə müəssisəsində məhbus şagirdlərə dərs vermişəm. Həmin şagirdlərin yaşı 25-dən çox olub. Ailəliyəm, 3 qız övladım var. Cəzaçəkmə müəssisəsində 20 faiz əlavə maaş verildiyinə görə müəllimlik fəaliyyətinı həmin müəssisədə davam etdirmişəm".

Təqsirləndirilən şəxsin sözlərinə görə, 1996-cı ildən ona onkoloji xəstəlik diaqnozu qoyulub və həmin il əməliyyat olunub:

"Müalicəmi davam etdirə bilmədiyim üçün bu cinayət hadisəsini törətdim. Müəllimlərin bəziləri maaşlarının az olduğu üçün dərsə gəlmək istəmirdilər. Lakin dərslərə görə əməkhaqqı almaq istədiklərini bildirirdilər. Bəzi müəllimlər arabir dərsə gəlirdilər. Onların işə gəlmə-getmə cədvəlini mən doldururdum, maaşı isə özləri alırdılar. Aldıqları maaşın bir qismini də mənə verirdilər.

Törətdiyim cinayət əməlindən peşmanam. 2019-cu ildə böyrəyimdən əməliyyat olunmuşam. Lakin müalicələr effekt vermədi. Cinayət yolu ilə əldə etdiyim pulları müalicəm üçün xərcləmişəm".

Məhkəmənin hökmü ilə Əmrah Səfərovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 5 il 6 ay müddətinə şərti cəza verilib. O, 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilib.

Vurulmuş ziyanın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus mənzil və 1999-cu il buraxılışı olan "Mercedes-Benz" markalı avtomobilə xüsusi müsadirə tətbiq edilib və dövlət nəfinə alınması qərara alınıb.

Xüsusi müsadirənin təmin tədbiri kimi Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən mənzil və dövlət qeydiyyat nişanlı "Mercedes-Benz" markalı avtomobil üzərinə həbs qoyulub.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Həmçinin təqsirləndirilən şəxsə məxsus mənzilə və avtomobilə tətbiq edilmiş xüsusi müsadirənin, həmin əmlakların üzərinə qoyulmuş həbsin ləğv edilməsinə dair qərar qəbul olunmasını xahiş edilib.

Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, təqsirləndirilən şəxs ittihamı qəbul etmir, nə istintaqda, nə də məhkəmə zalında ona etibar edilən hər hansı əmlakı talamayıb, heç kim bunu sübut edə bilməyib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Əmrah Səfərovun şikayəti qismən təmin edilib. Hökmdən Nərimanov rayonunda yerləşən mənzilə və "Mercedes-Benz" markalı avtomobilə xüsusi müsadirənin tətbiq edilməsi, üzərinə həbs qoyulması ilə bağlı müddəalar çıxarılıb.

Bu qərardan narazı qalan dövlət ittihamçısı Ali Məhkəməyə müraciət edib. Dövlət ittihamını müdafiə edən prokuror əmlakların üzərinə həbs qoyulmasını tələb edib.

Hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilib və iş yenidən araşdırılması üçün apellyasiya instansiyası mərhələsinə qaytarılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Quzu əti niyə fərqli qiymətlərə satılır? - VİDEO

Quzu əti niyə fərqli qiymətlərə satılır? - VİDEO

Bu il hansı universitetdə neçə tələbə fərqlənmə diplomu alıb? – RƏQƏMLƏR

Bu il hansı universitetdə neçə tələbə fərqlənmə diplomu alıb? – RƏQƏMLƏR

Yayda bunu heç vaxt etməyin - İstidə ətrin əsas təhlükəsi

Yayda bunu heç vaxt etməyin - İstidə ətrin əsas təhlükəsi

Ronaldo və Messinin şəfərinə qızıl örtüklü telefon: “Əfsanələr” kolleksiyası - VİDEO

Ronaldo və Messinin şəfərinə qızıl örtüklü telefon: “Əfsanələr” kolleksiyası - VİDEO

Niyə köhnə mesajları təkrar oxuyuruq? - Səbəbi

Niyə köhnə mesajları təkrar oxuyuruq? - Səbəbi

Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub

Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub

Neymar DÇ-2026-dan sonra 23 milyon dollara YAXTA ALDI

Neymar DÇ-2026-dan sonra 23 milyon dollara YAXTA ALDI

Ağlayan uşağı sakitləşdirən "sehrli" söz

Ağlayan uşağı sakitləşdirən "sehrli" söz

İsrailin xarici işlər naziri İngiltərə millisinin azarkeşlərini ƏLƏ SALDI

İsrailin xarici işlər naziri İngiltərə millisinin azarkeşlərini ƏLƏ SALDI

Biləsuvarda ağır yol qəzası: Ölən var

Biləsuvarda ağır yol qəzası: Ölən var

Qusarda böyük toplantı: 30-dan çox media qurumunun təmsilçiləri və din xadimləri iştirak etdilər - FOTO

Qusarda böyük toplantı: 30-dan çox media qurumunun təmsilçiləri və din xadimləri iştirak etdilər - FOTO

Qırıcılar insanların 5 metrliyindən keçdi – VİDEO

Qırıcılar insanların 5 metrliyindən keçdi – VİDEO

Avqust ayının qeyri-iş günləri - TƏQVİM

Avqust ayının qeyri-iş günləri - TƏQVİM

“Temu” Azərbaycanda bağlanır? - AÇIQLAMA

“Temu” Azərbaycanda bağlanır? - AÇIQLAMA

ABŞ İrana qarşı yeni zərbələr dalğasına başladı - FOTO

ABŞ İrana qarşı yeni zərbələr dalğasına başladı - FOTO

Hərbi xidmətdən yeni qayıdan gənc dənizdə batdı – TƏFƏRRÜAT - VİDEO

Hərbi xidmətdən yeni qayıdan gənc dənizdə batdı – TƏFƏRRÜAT - VİDEO

Nazilə Səfərli Suraxanıdakı tıxacdan şikayətləndi – FOTO

Nazilə Səfərli Suraxanıdakı tıxacdan şikayətləndi – FOTO

Sabah Bakının iki böyük rayonunda qaz olmayacaq

Sabah Bakının iki böyük rayonunda qaz olmayacaq

Nikaraqua İtaliya ilə diplomatik əlaqələri kəsdiyini ELAN ETDİ

Nikaraqua İtaliya ilə diplomatik əlaqələri kəsdiyini ELAN ETDİ

Ağ Ev: İran ABŞ ilə razılaşma əldə etmək istəyir

Ağ Ev: İran ABŞ ilə razılaşma əldə etmək istəyir

Ronaldo DÇ-2026-da antirekorda imza atıb

Ronaldo DÇ-2026-da antirekorda imza atıb

Zelenski Hakan Fidanı ordenlə təltif etdi – FOTO/VİDEO

Zelenski Hakan Fidanı ordenlə təltif etdi – FOTO/VİDEO

Tramp DÇ-2026-nın Final oyununu stadiondan İZLƏYƏCƏK

Tramp DÇ-2026-nın Final oyununu stadiondan İZLƏYƏCƏK

Bakıda qadın plastik qabla DÖYÜLDÜ

Bakıda qadın plastik qabla DÖYÜLDÜ

End of content

No more pages to load

RADİO