Cəlilabad Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin sabiq əməkdaşı, mayor Fəxri Hidayət oğlu Abbasov uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, F. Abbasov bir müddət əvvəl Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Dövlət Yanğından Nəzarət Xidmətində baş inspektor vəzifəsində çalışıb.
O, qaraciyər sirrozundan əziyyət çəkdiyinə görə bir müddət əvvəl xidmətdən uzaqlaşmışdı.

Sabutay, Bizim.Media, Cənub bürosu