Generallar “Samur” postunu yoxladı -FOTOLAR

Əlaqədar qurumların rəhbərləri "Samur" gömrük-sərhəd buraxılış məntəqəsində mövcud vəziyyətlə tanış olublar.xa0

xa0

Moderator.azxa0xəbər verir ki noyabrın 2-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Dövlət Sərhəd Xidmətinin rəisi, general polkovnik Elçin Quliyev və Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov "Samur" gömrük-sərhəd buraxılış məntəqəsində mövcud vəziyyət və xidməti fəaliyyətin təşkili ilə tanış olublar.



Azərbaycan Prezidenti İlham Əliyevin dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd və gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi barədə verdiyi tapşırıqların icra vəziyyəti və bu istiqamətdə görülmüş tədbirlərin səmərəliyinin qiymətləndirilməsi məqsədilə dövlət sərhədindən keçən şəxslərlə söhbətlər edilib, ölkəyə gələn və ölkədən gedən şəxslər və nəqliyyat vasitələri üzərində sərhəd və gömrük nəzarətinin effektivliyinin daha da artırılması və yoxlama müddətlərinin maksimal azaldılması məsələləri nəzərdən keçirilib.


Bu məqsədlə sərhəd nəzarəti və gömrük orqanlarının vəzifəli şəxslərinin iştirakı ilə keçirilmiş xidməti müşavirədə Prezident İlham Əliyevin ölkəmizin turizm imkanlarının genişləndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi və dövlət qurumları tərəfindən Azərbaycan vətəndaşlarının mənafelərinin qorunması ilə bağlı tapşırıq və göstərişlərinin icra vəziyyətilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Bununla yanaşı, gömrük-sərhəd buraxılış məntəqəsində yeni xidmətlərin tətbiqinə dair iki layihəyə baxılıb. CIP və Fast Track (sürətli ödənişli keçid) xidmətlərilə bağlı olan bu layihələrin hazırlanmasına start verilib. Bu layihələrə əsasən, biznes təmsilçiləri və işgüzar şəxslərə gömrük-sərhəd buraxılış məntəqəsində növbədənkənar xidmətlərin göstərilməsi nəzərdə tutulur.
Daha sonra"Samur" gömrük-sərhəd buraxılış məntəqəsində elektron növbə sisteminin tətbiqi ilə bağlı infrastruktura baxış keçirilib. Bu sistemin tətbiq olunması hesabına isə gömrük-sərhəd keçid məntəqələrində sıxlıqların aradan qaldırılması nəzərdə tutulur. Belə ki, qabaqcadan "onlayn" növbə tutmaq vətəndaşların və nəqliyyat vasitələrinin sərhəd-buraxılış məntəqələrindən keçidini asanlaşdırmağa yardım edir.



Səfər çərçivəsində adıçəkilən qurumların rəhbərləri "Samur" gömrük-sərhəd buraxılış məntəqəsində Dövlət Miqrasiya Xidməti tərəfindən vətəndaşlara müvafiq xidmətlərin göstərilməsi, o cümlədən miqrasiya qanunvericiliyinin pozulması ilə əlaqədar hallarda dövlət sərhədindən keçən şəxslərin artıq vaxt itkisinə məruz qalmadan miqrasiya orqanlarına müraciət edə bilmələri üçün yaradılmış şəraitlədətanış olublar. Bu tədbirin Azərbaycan vətəndaşları və əcnəbilərin sərhədkeçmə prosedurları ilə əlaqədar məmnunluq səviyyəsinin yüksəldilməsinə yönəlmiş ciddi addım olması qeyd edilib.



Daha sonra Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasovun iştirakı ilə "Samur" gömrük-sərhəd buraxılış məntəqəsinin qarşısında abadlaşdırılma işlərinin aparılması və vətəndaşlar üçün daha əlverişli şəraitin yaradılması məsələləri müzakirə olunub, Azərbaycan Respublikası və Rusiya Federasiyası hökumətləri arasında imzalanmış sazişə uyğun olaraq "Samur" çayı üzərində yeni körpünün inşası ilə əlaqədar görülən işlərə baxış keçirilib.

xa0

xa0


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xarici turistlər Azərbaycana axışır - VİDEO

Xarici turistlər Azərbaycana axışır - VİDEO

Qalmaqallı kafe sakinləri ayağa qaldırdı - VİDEO

Qalmaqallı kafe sakinləri ayağa qaldırdı - VİDEO

Primoryedə akula "təhlükəsi": Qubernator turistləri sakitləşdirdi - VİDEO

Primoryedə akula "təhlükəsi": Qubernator turistləri sakitləşdirdi - VİDEO

Rusiyada sığınlar şəhərlərə axışır - VİDEO

Rusiyada sığınlar şəhərlərə axışır - VİDEO

Sabahın havası bu insanlar üçün əlverişlidir

Sabahın havası bu insanlar üçün əlverişlidir

Putin növbəti dəfə "Hər şey nəzarət altındadır" dedi - VİDEO

Putin növbəti dəfə "Hər şey nəzarət altındadır" dedi - VİDEO

"Aramco" şirkətinin helikopteri qəzaya uğrayıb: Həlak olanlar var

"Aramco" şirkətinin helikopteri qəzaya uğrayıb: Həlak olanlar var

Faciəvi şəkildə ölən Nəsimi tələbə imiş

Faciəvi şəkildə ölən Nəsimi tələbə imiş

Bakıda avtoxuliqanlıq edən motosikletçi cərimələndi

Bakıda avtoxuliqanlıq edən motosikletçi cərimələndi

Lerikdə minik avtomobili dərəyə yuvarlandı: 4 nəfər xəsarət aldı - FOTO

Lerikdə minik avtomobili dərəyə yuvarlandı: 4 nəfər xəsarət aldı - FOTO

Rusiya vətəndaşları hazırda hansı ciddi problemlərlə üz-üzə qalıb?

Rusiya vətəndaşları hazırda hansı ciddi problemlərlə üz-üzə qalıb?

Tramp kommunizmi ABŞ-ın 250 illik tarixinin ən böyük təhlükəsi adlandırdı

Tramp kommunizmi ABŞ-ın 250 illik tarixinin ən böyük təhlükəsi adlandırdı

ABŞ siyasi sığınacaq qəbulunu faktiki olaraq dayandırır

ABŞ siyasi sığınacaq qəbulunu faktiki olaraq dayandırır

SON DƏQİQƏ: Türkiyədə zəlzələ oldu

SON DƏQİQƏ: Türkiyədə zəlzələ oldu

Rusiyada sürücülər növbələrdə gözyaşı tökür - VİDEO

Rusiyada sürücülər növbələrdə gözyaşı tökür - VİDEO

ABŞ Ukrayna təcrübəsindən istifadə edərək ucuz raketlər istehsal edəcək

ABŞ Ukrayna təcrübəsindən istifadə edərək ucuz raketlər istehsal edəcək

DÇ-2026: Bu gün 1/16 final mərhələsinə start verilir

DÇ-2026: Bu gün 1/16 final mərhələsinə start verilir

Fransada təyyarə qəzaya uğradı: 11 ölü var

Fransada təyyarə qəzaya uğradı: 11 ölü var

Bukinqem sarayı Britaniya krallarının iqamətgahı statusunu itirə bilər

Bukinqem sarayı Britaniya krallarının iqamətgahı statusunu itirə bilər

Peru vətəndaşları "işə düzəlmə" adı altında Rusiya ordusuna cəlb edilir

Peru vətəndaşları "işə düzəlmə" adı altında Rusiya ordusuna cəlb edilir

Türkiyədə genişmiqyaslı əməliyyat: 409 nəfər TUTULDU - VİDEO

Türkiyədə genişmiqyaslı əməliyyat: 409 nəfər TUTULDU - VİDEO

Ukraynada Milli Panteon YARADILACAQ - Qanun layihəsini Radaya təqdim edildi

Ukraynada Milli Panteon YARADILACAQ - Qanun layihəsini Radaya təqdim edildi

Anomal istilər gəlirləri azaldır və yoxsulluq riskini artırır - ARAŞDIRMA

Anomal istilər gəlirləri azaldır və yoxsulluq riskini artırır - ARAŞDIRMA

Bu videooyunlar tənhalıq hissi ilə mübarizəyə kömək edir?

Bu videooyunlar tənhalıq hissi ilə mübarizəyə kömək edir?

End of content

No more pages to load

RADİO