İmişlidə tutulan 14 nəfər MƏHKƏMƏ QARŞISINDA

İmişlidəki hadisələrə görə tutulan 14 nəfərin cinayət işləri üzrə məhkəmə prosesi başlayır.

Bizim.Media xəbər verir ki, cinayət işi baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilib.
 

Xatırladaq ki, yanvarın 18-də İmişlidə Dövlət Yol Polisi avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol qəzası baş verib. Belə ki, ərazidə xidmət aparan yol polisi avtomobilinin qarşısına qəflətən digər avtomobil çıxıb və qəza nəticəsində yol kənarında olan 3 məktəbli dünyasını dəyişib.


İstintaqla müəyyən olunub ki, İmişli rayon sakini, 2008-ci il təvəllüdlü Bəylər Bayramlı qohumuna məxsus olan avtomobili qanunsuz ələ keçirməklə qaçıraraq, sürücülük hüququ olmadan idarə edib yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan iki şəxsin ölümünə, bir şəxsin isə sağlamlığına ağır zərər vurulmasına səbəb olub. Daha sonra qəzada xəsarət alan uşaqlardan biri də Bakıda müalicə olunduğu klinikada vəfat edib.

Həmçinin ittihama görə o, idarə etdiyi avtomobili qəzanın baş verdiyi yerdə saxlayaraq hadisə yerindən qaçıb.

Bəylər Bayramlı Cinayət Məcəlləsinin 185.1 (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirmə), 263-1.4 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində həbs qətimkan tədbiri seçilib.

Hadisədən sonra qəzaya səbəb olan avtomobili idarə edən şəxs, eləcə də qəzaya düşən Yol Patrul Xidməti avtomobilinə zərər vuraraq hadisə yerində hüquq pozuntusu törətməyə cəhd göstərən şəxslər saxlanılıblar.
 

Məhkəmənin qərarı ilə saxlanılan 14 nəfər (Bayramlı Bəylər, Babayev Rasif, Cabbarlı Anar, Usublu Vüqar, Səfərov Şamil, İbrahimov Elman, Bağırov Abbas, Məmmədov Taleh, Tağıyev Raqib, Məmmədov Qoşqar, Əliyev Sənan, Əzimov Elxan, Quliyev Ruslan, Rzayev Rahib) barələrində həbs qətimkan tədbiri seçilib.


Qəzaya düşən Yol Patrul Xidməti avtomobilinə zərər vuraraq hadisə yerində hüquq pozuntusu törətməyə cəhd göstərən şəxslərə Cinayət Məcəlləsinin 221.2.1. (Xuliqanlıq - bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

TəhsilPlus kartları bütün müəllimlərə nə vaxt veriləcək? – Rəsmi AÇIQLAMA

TəhsilPlus kartları bütün müəllimlərə nə vaxt veriləcək? – Rəsmi AÇIQLAMA

Kirayədə yaşayanlara 300 manat CƏRİMƏ

Kirayədə yaşayanlara 300 manat CƏRİMƏ

Sürücülərin DİQQƏTİNƏ – Bu saat 10.00-dan 16.00-dək...

Sürücülərin DİQQƏTİNƏ – Bu saat 10.00-dan 16.00-dək...

BİZİM TƏQVİM:1 mayda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:1 mayda baş vermiş tarixi hadisələr

“Qarabağ”la oyun suyumuzu çıxardı...

“Qarabağ”la oyun suyumuzu çıxardı...

İsrailin Livana hücumları davam edir: Ölənlər var

İsrailin Livana hücumları davam edir: Ölənlər var

May ayının maqnit qasırğası PROQNOZU: Ayın ortalarından sonra...

May ayının maqnit qasırğası PROQNOZU: Ayın ortalarından sonra...

Telefona çox baxmaq uşaqlarda erkən cinsi yetkinliyə yol açır

Telefona çox baxmaq uşaqlarda erkən cinsi yetkinliyə yol açır

Karyeram sona yaxınlaşır - Ronaldo

Karyeram sona yaxınlaşır - Ronaldo

Azərbaycanda toylarla bağlı ciddi dəyişiklik edilir? - AÇIQLAMA

Azərbaycanda toylarla bağlı ciddi dəyişiklik edilir? - AÇIQLAMA

ABŞ Avropanın daha iki ölkəsindən hərbi kontingentini ÇIXARIR

ABŞ Avropanın daha iki ölkəsindən hərbi kontingentini ÇIXARIR

Cəlilabadda iki “Jiquli” toqquşdu: 6 nəfər xəsarət aldı

Cəlilabadda iki “Jiquli” toqquşdu: 6 nəfər xəsarət aldı

Yalançı BÜRCLƏRİN reytinqi: Həqiqəti ən çox kim gizlədir?

Yalançı BÜRCLƏRİN reytinqi: Həqiqəti ən çox kim gizlədir?

İranın ABŞ-da keçiriləcək dünya çempionatında iştirakı TƏSDİQLƏNDİ

İranın ABŞ-da keçiriləcək dünya çempionatında iştirakı TƏSDİQLƏNDİ

Gediş haqqına görə kartlardan əlavə ödəniş çıxılır? - "BakıKart"dan AÇIQLAMA - VİDEO

Gediş haqqına görə kartlardan əlavə ödəniş çıxılır? - "BakıKart"dan AÇIQLAMA - VİDEO

Ağac aşdı, Gəndob-Yalama yolu BAĞLANDI - FOTO

Ağac aşdı, Gəndob-Yalama yolu BAĞLANDI - FOTO

Əməkdar artist QƏZƏBLƏNDİ: ""Vağzalı”nın səslənməyini istəməyənlər azərbaycanlı deyil” - VİDEO

Əməkdar artist QƏZƏBLƏNDİ: ""Vağzalı”nın səslənməyini istəməyənlər azərbaycanlı deyil” - VİDEO

ABŞ Rusiyanı İTTİHAM ETDİ: İrana kömək edirsən...

ABŞ Rusiyanı İTTİHAM ETDİ: İrana kömək edirsən...

Prezident: "Göstərdilər ki, onlar Avropada birincidirlər" - FOTO

Prezident: "Göstərdilər ki, onlar Avropada birincidirlər" - FOTO

Hamiləlik və doğum müavinətlərində YENİLİK: Sabahdan qüvvəyə minir

Hamiləlik və doğum müavinətlərində YENİLİK: Sabahdan qüvvəyə minir

“Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək” - Paşinyan

“Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək” - Paşinyan

Qazaxıstan "Bayraktar" dronlarının istehsalı ilə bağlı BƏYANAT YAYDI

Qazaxıstan "Bayraktar" dronlarının istehsalı ilə bağlı BƏYANAT YAYDI

Böyük Britaniyada terror təhlükəsi səviyyəsi artırıldı

Böyük Britaniyada terror təhlükəsi səviyyəsi artırıldı

Heyli Biber "Time" jurnalının siması olub - FOTO

Heyli Biber "Time" jurnalının siması olub - FOTO

End of content

No more pages to load

RADİO