Qubanın yolu bağlanan İkinci Nügədi kəndində sahibsiz it 3 nəfərə hücum edib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, məktəbdən qayıdan birinci sinif şagirdini it dişləyib. Bunu görən iki qadın məktəbliyə kömək etmək istəyib.
Bu zaman sahibsiz heyvan qadınları da dişləyib. Xəsarət alan hər 3 şəxs Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara quduzluq əleyhinə müalicə təyin edilib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu