1 milyon itirən eks-məmur oğlu dindirildi - “Mənimlə görüşəcəyi gün həbs olundu” - FOTO

“Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğlu Babək Məmmədzadə 1 milyon 300 min dollarının ələ keçirilməsi ilə bağlı məhkəmədə ifadə verib.

Bizim.Media xəbər verir ki, Babək Məmmədzadə Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib.

Bu iş üzrə 33 yaşlı birjaçı Nizami Alışan mühakimə edilir. İttihama görə, Nizami Babək və digər iki nəfərin investisiya saytındakı 4 milyon manatını ələ keçirib.
 

Babək Məmmədzadə ifadəsində deyib ki, ixtisasca diplomatdır. Xeyli vaxtdır Türkiyədə yaşayır, orada tikinti işi üzrə sahibkardır. Nizami ilə 20 ildən çoxdur tanışdır, orta məktəbdə bir sinifdə oxuyublar. Zərərçəkmiş Nizaminin birja işlərində bacarıqlı olduğunu etiraf edib, bu səbəbdən onunla iş görüb: “2021-ci ilin əvvəlindən birlikdə işləməyə başladıq. Dedi ki, yaxşı fürsətlər var, pul qoy, pul götür. Mən də razılaşdım. Əvcəlcə 100 min qoydum. Bir neçə aya 1 milyon 300 min manat etdi. Amma o pulu götürə bilmədim. 2023-cü ilin əvvəlində artıq şübhələnməyə başladım.


Bundan sonra bir müddət də müxtəlif bəhanələrlə məni aldatdı. Gah saxta elektron poçt ünvanları göndərdi, gah dedi pulu başqa şirkətə köçürüb. Məcbur qalıb şikayət etdim. Mənimlə görüşəcəyi gün də onu həbs etdilər. Nizami sinif yoldaşım idi, ağlımın ucundan keçməzdi ki, məni aldadar”.

Fotoda: Məhəmməd Məmmədov



Hakim Vüqar Quliyev zərərçəkmişdən investisiya şirkətinə qoyduğu pulları necə qazandığını soruşub, həmin pulun onda olub-olmamasını dəqiqləşdirmək istəyib. Zərərçəkmiş isə həmin pulları dostlarından götürdüyünü, şəxsi avtomobilində Nizamiyə verdiyini deyib.

Təqsirləndirilən şəxsin vəkili Samir İsayev isə Babəkdən müvəkkili ilə hansı şərtlə razılaşdığını soruşub.

“Demişdi aylıq qazancın yarısı sənin olacaq. Düzdür, əvvəl təklif etdi ki, istəyirsənsə, daha yüksək faizlə riskli yatırım edək. Amma mən razılaşmadım. Dedim ki, az olsun, amma riskə atmayaq”, - deyə o cavab verib.

Fotoda: Nizami Alışan


Zərərçəkmişdən sonra təqsirləndirilən şəxs bu epizod üzrə sərbəst ifadə verməyə başlayıb. Nizami sinif yoldaşının dediklərini qəbul etməyib, Babəkin pullarını qaytardığını bildirib:

“Babək deyirdi ki, mənə maksimum qazanc ver. Mən onun özünün qoyduğu pulun hamısını qaytarmışam. O isə daha çox pul istəyirdi. Mən dələduz deyiləm. Babək ali təhsilli insandır.

Amma hər bir ağıllı insan bilir ki, investisiyada risk var. Birjaya heç kim 100 faiz zəmanət verə bilməz. O özü də bunu bilir. Babəklə Zeynal Usubov və Yadigar İsrafilov tanış idilər. Onları da mənimlə Babək tanış etmişdi”

Növbəti iclasda müttəhim digər epizodlar üzrə də ifadə verəcək.

Qeyd edək ki, bu cinayət işi üzrə Nərimanov rayon prokurorunun sabiq müavini Zeynal Usubov və Yadigar İsrafilov da zərər çəkib. Z.Usubov artıq məhkəmədə dindirilib.

Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu, müğənni Elariz Məmmədoğlunun isə kürəkənidir. (“Qafqazinfo”)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Donub qalmaq zəiflik deyil - Maraqlı fakt

Donub qalmaq zəiflik deyil - Maraqlı fakt

Daha bir serial final edir

Daha bir serial final edir

Trampa qarşı sui-qəsd cəhdinin ANBAAN VİDEOSU

Trampa qarşı sui-qəsd cəhdinin ANBAAN VİDEOSU

Saat 10:00-dan 12:00-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

Saat 10:00-dan 12:00-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Əmək qabiliyyətini itirənlərə verilən müavinətlə bağlı YENİLİK

Əmək qabiliyyətini itirənlərə verilən müavinətlə bağlı YENİLİK

Eynulla Fətullayev “haqqın.az”ı satdı

Eynulla Fətullayev “haqqın.az”ı satdı

Tikintiyə başlamaq istəyənlərə ŞAD XƏBƏR

Tikintiyə başlamaq istəyənlərə ŞAD XƏBƏR

Goranboyda AĞIR QƏZA – Ölən və yaralananlar var – FOTO

Goranboyda AĞIR QƏZA – Ölən və yaralananlar var – FOTO

Şafak Sezerin son halı gündəm oldu: "Botoksun dozası qaçıb" - FOTO

Şafak Sezerin son halı gündəm oldu: "Botoksun dozası qaçıb" - FOTO

“Həmin ölkələri dərhal tərk edin!” - Xəbərdarlıq

“Həmin ölkələri dərhal tərk edin!” - Xəbərdarlıq

Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər – Müzakirələr başladı

Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər – Müzakirələr başladı

Təqaüdçülərin NƏZƏRİNƏ: Pensiyalar bütün ölkə üzrə eyni vaxtda ödənilə bilər

Təqaüdçülərin NƏZƏRİNƏ: Pensiyalar bütün ölkə üzrə eyni vaxtda ödənilə bilər

Qəzaya uğrayan AZAL təyyarəsinin yekun hesabatı ilə bağlı RƏSMİ AÇIQLAMA

Qəzaya uğrayan AZAL təyyarəsinin yekun hesabatı ilə bağlı RƏSMİ AÇIQLAMA

Türkiyədə qalan azərbaycanlılar üçün üzücü xəbər

Türkiyədə qalan azərbaycanlılar üçün üzücü xəbər

TəhsilPlus kartları bütün müəllimlərə nə vaxt veriləcək? – Rəsmi AÇIQLAMA

TəhsilPlus kartları bütün müəllimlərə nə vaxt veriləcək? – Rəsmi AÇIQLAMA

Kirayədə yaşayanlara 300 manat CƏRİMƏ

Kirayədə yaşayanlara 300 manat CƏRİMƏ

Sürücülərin DİQQƏTİNƏ – Bu gün saat 10.00-dan 16.00-dək...

Sürücülərin DİQQƏTİNƏ – Bu gün saat 10.00-dan 16.00-dək...

BİZİM TƏQVİM:1 mayda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:1 mayda baş vermiş tarixi hadisələr

“Qarabağ”la oyun suyumuzu çıxardı...

“Qarabağ”la oyun suyumuzu çıxardı...

İsrailin Livana hücumları davam edir: Ölənlər var

İsrailin Livana hücumları davam edir: Ölənlər var

May ayının maqnit qasırğası PROQNOZU: Ayın ortalarından sonra...

May ayının maqnit qasırğası PROQNOZU: Ayın ortalarından sonra...

Telefona çox baxmaq uşaqlarda erkən cinsi yetkinliyə yol açır

Telefona çox baxmaq uşaqlarda erkən cinsi yetkinliyə yol açır

Karyeram sona yaxınlaşır - Ronaldo

Karyeram sona yaxınlaşır - Ronaldo

End of content

No more pages to load

RADİO