Bakıda aptekdə ölüm hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə Nizami rayonu Qara Qarayev prospektində yerləşən aptekdə baş verib.
Bakı şəhər sakini 1961-ci il təvəllüdlü Zenfira Məmmədova aptekə daxil olub və az sonra vəfat edib. Onun ürək çatışmazlığından öldüyü bildirilib.
Faktla bağlı araşdırma aparılır. (“Qafqazinfo”)
Bizim.Media