Yetkinlik yaşına çatmayan övladını oğurluğa cəlb edən şəxsə AĞIR CƏZA

Azərbaycan Respublikasının Ali Məhkəməsi vahid məhkəmə təcrübəsini müəyyən edən daha bir qərar qəbul edib.

Bizim.Media xəbər verir ki, işin hallarına görə, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan oğlunu cinayətkar fəaliyyətə cəlb edib, tamah niyyəti ilə özgənin əmlakını vahid niyyətlə gizli olaraq qəsdən talama məqsədilə, rayon ərazisində vətəndaşın istifadədə olmayan balıqartırma gölünün ərazisindən açıq sahədən bir neçə dəfəyə 2 600 manat dəyərində elektrik naqilini, 1 560 manat dəyərində işıq dirəyini, 300 manat dəyərində ikilaylı bir ədəd dəmir qapını, 210 manat dəyərində 7 ədəd işıq lampasını və 300 manat dəyərində 15 ədəd su axınını tənzimləyən dəmir qapağı gizli olaraq talayıb zərər çəkmiş şəxsə ümumilikdə 4 970 manat məbləğində maddi ziyan vurublar.

Birinci instansiya məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən şəxs CM-in 170.1 (on səkkiz yaşına çatmış şəxs tərəfindən yetkinlik yaşına çatmayanı aldatma, vədlər vermə hədə-qorxu vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etmə) və 177.2.1-ci (oğurluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 2 il 3 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Həmin hökmlə, həmçinin digər təqsirləndirilən şəxs olan övladı CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək bir il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.
 

Hökmdən verilmiş apellyasiya protestinə və müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan apellyasiya instansiyası məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti qismən təmin edilərək hökm apellyasiya protestinə münasibətdə, məhkum edilmiş şəxsin cəzaçəkmə müddətinin başlanğıcının hesablanması ilə bağlı hissədə və hökmün nəticə hissəsində qeyd edilən məhkum olunmuş şəxsin ad, soyad və ata adı ilə bağlı hissədə dəyişdirilib, qalan hissələrdə isə dəyişdirilmədən saxlanılıb. Daha sonra iş üzrə Ali Məhkəməyə kassasiya protesti ilə şikayət verilib.


Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə, işə mahiyyəti üzrə baxmış məhkəmələr məhkumun yetkinlik yaşına çatmayan şəxsi cinayətkar fəaliyyətə cəlb edərək, eyni zamanda, onunla qabaqcadan əlbir olmuş bir qrup şəxs halında oğurluq cinayətini törətməsi haqda ibtidai araşdırma orqanının gəldiyi nəticə ilə razılaşmış, lakin, ibtidai araşdırma orqanından fərqli olaraq məhkəmələrin iş üzrə gəldikləri qənaət ondan ibarət olub ki, məhkum cinayətkar fəaliyyətə cəlb etdiyi şəxsi (iş üzrə digər məhkum edilmiş şəxs) tərbiyə etmək vəzifəsini daşımadığına görə o, CM-in 170.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyekti hesab edilə bilməz, buna görə də o, CM-in 170.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır.
 

Cinayət qanununun normasında yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsini daşıyan şəxslərə kimlərin aid olması konkret olaraq göstərilməsə də, məhkəmə kollegiyası digər qanunvericilik aktlarının tələblərindən çıxış edərək və məsələyə təkcə ailə qanunvericiliyinin və digər qanunvericilik aktlarının deyil, həm də cinayət qanununun normasının tələbləri baxımından yanaşaraq hesab edib ki, belə şəxslərə ilk növbədə yetkinlik yaşına çatmayanın valideynləri, daha sonra onun qəyyumları və himayədarları, təhsil müəssisələrinin, uşaq evlərinin müəllimləri, tərbiyəçiləri, qanunvericilikdə nəzərdə tutulmuş qaydada uşağı övladlığa götürmüş şəxslər, habelə normativ və qeyri-normativ hüquqi aktlarla, məhkəmə qərarları ilə üzərilərinə uşağı tərbiyə etmək vəzifəsi qoyulmuş digər şəxslər aiddirlər.


Bununla belə, uşağı tərbiyə etmək vəzifəsi üzərilərinə qoyulmamış onun yaxın qohumları və qohumluq əlaqələri olan şəxslər (babalar, nənələr, bacı və qardaşlar və s.), uşağı övladlığa götürməmiş ögey valideynlər və digər şəxslər həm CM-in 170.2-ci maddəsinin, həm də digər qanunvericilik aktlarının tələblərinə və mənasına görə göstərilən maddədə nəzərdə tutulmuş cinayətin subyekti hesab edilə bilməzlər.

Məhkəmə kollegiyası belə qənaətə gəlib ki, işə mahiyyəti üzrə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri məhkumun CM-in 170.2-ci maddəsinin subyekti olmaması, yəni onun yetkinlik yaşına çatmayan övladını tərbiyə etmək vəzifəsini daşımaması barədə nəticəyə gələrkən, bunun əksini təsdiq edən sübutlara lazımi qaydada qiymət verməyib, öz nəticələrini isə qəbul etdikləri yekun məhkəmə aktlarında kifayət qədər əsaslandırmayıblar.
 

Məhkəmə kollegiyası vurğulayıb ki, məhkumun təqsirli bilindiyi oğurluq cinayətini törədənədək onun himayəsində olan uşaqları, o cümlədən övladını tərbiyə etmək vəzifəsindən azad olunmasına əsas olan hər hansı hal müəyyən edilməyib və məhkəmələr bu halı da təsdiq edən sübutları əldə etməyərək yekun məhkəmə aktlarında belə sübutlara əsaslanıblar. Məhkəmə kollegiyasının qənaətinə görə, məhkumun törətdiyi yetkinlik yaşına çatmayan şəxsi cinayətkar fəaliyyətə cəlb etmə cinayət əməlinin qanuna müvafiq qaydada düzgün tövsif edilməsi üçün belə sübutların da əldə edilərək araşdırılması zəruri olub.


Çünki hər hansı əsasla şəxsin cinayət törətməyə sövq etdiyi yetkinlik yaşına çatmayan şəxsi tərbiyə etmək vəzifəsindən azad olunması və ya məhrum edilməsi müəyyən edildikdə onun CM-in 170.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyekti hesab edilməsi və onun bu maddə ilə cinayət məsuliyyətinə cəlb edilərək təqsirli bilinməsi istisna olunur.

Şərh olunanlara əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlib ki, birinci instansiya məhkəməsinin məhkumun cinayətkar fəaliyyətə cəlb etdiyi övladını tərbiyə etmək vəzifəsini daşımaması, buna görə onun əməlinin CM-in 170.1-ci maddəsi ilə tövsif edilməsi haqqında hökmü ilə razılaşarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən pozuntuya yol verilib və buna görə də həmin qərar ləğv edilməklə cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu 4 BÜRCÜ sevgi və pulda uğur gözləyir

Bu 4 BÜRCÜ sevgi və pulda uğur gözləyir

Ana və qızı eyni anda məzun oldular: "Mən onun qədər çox oxumamışam" - VİDEO

Ana və qızı eyni anda məzun oldular: "Mən onun qədər çox oxumamışam" - VİDEO

Quzu əti niyə fərqli qiymətlərə satılır? - VİDEO

Quzu əti niyə fərqli qiymətlərə satılır? - VİDEO

Bu il hansı universitetdə neçə tələbə fərqlənmə diplomu alıb? – RƏQƏMLƏR

Bu il hansı universitetdə neçə tələbə fərqlənmə diplomu alıb? – RƏQƏMLƏR

Yayda bunu heç vaxt etməyin - İstidə ətrin əsas təhlükəsi

Yayda bunu heç vaxt etməyin - İstidə ətrin əsas təhlükəsi

Ronaldo və Messinin şəfərinə qızıl örtüklü telefon: “Əfsanələr” kolleksiyası - VİDEO

Ronaldo və Messinin şəfərinə qızıl örtüklü telefon: “Əfsanələr” kolleksiyası - VİDEO

Niyə köhnə mesajları təkrar oxuyuruq? - Səbəbi

Niyə köhnə mesajları təkrar oxuyuruq? - Səbəbi

Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub

Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub

Neymar DÇ-2026-dan sonra 23 milyon dollara YAXTA ALDI

Neymar DÇ-2026-dan sonra 23 milyon dollara YAXTA ALDI

Ağlayan uşağı sakitləşdirən "sehrli" söz

Ağlayan uşağı sakitləşdirən "sehrli" söz

İsrailin xarici işlər naziri İngiltərə millisinin azarkeşlərini ƏLƏ SALDI

İsrailin xarici işlər naziri İngiltərə millisinin azarkeşlərini ƏLƏ SALDI

Biləsuvarda ağır yol qəzası: Ölən var

Biləsuvarda ağır yol qəzası: Ölən var

Qusarda böyük toplantı: 30-dan çox media qurumunun təmsilçiləri və din xadimləri iştirak etdilər - FOTO

Qusarda böyük toplantı: 30-dan çox media qurumunun təmsilçiləri və din xadimləri iştirak etdilər - FOTO

Qırıcılar insanların 5 metrliyindən keçdi – VİDEO

Qırıcılar insanların 5 metrliyindən keçdi – VİDEO

Avqust ayının qeyri-iş günləri - TƏQVİM

Avqust ayının qeyri-iş günləri - TƏQVİM

“Temu” Azərbaycanda bağlanır? - AÇIQLAMA

“Temu” Azərbaycanda bağlanır? - AÇIQLAMA

ABŞ İrana qarşı yeni zərbələr dalğasına başladı - FOTO

ABŞ İrana qarşı yeni zərbələr dalğasına başladı - FOTO

Hərbi xidmətdən yeni qayıdan gənc dənizdə batdı – TƏFƏRRÜAT - VİDEO

Hərbi xidmətdən yeni qayıdan gənc dənizdə batdı – TƏFƏRRÜAT - VİDEO

Nazilə Səfərli Suraxanıdakı tıxacdan şikayətləndi – FOTO

Nazilə Səfərli Suraxanıdakı tıxacdan şikayətləndi – FOTO

Sabah Bakının iki böyük rayonunda qaz olmayacaq

Sabah Bakının iki böyük rayonunda qaz olmayacaq

Nikaraqua İtaliya ilə diplomatik əlaqələri kəsdiyini ELAN ETDİ

Nikaraqua İtaliya ilə diplomatik əlaqələri kəsdiyini ELAN ETDİ

Ağ Ev: İran ABŞ ilə razılaşma əldə etmək istəyir

Ağ Ev: İran ABŞ ilə razılaşma əldə etmək istəyir

Ronaldo DÇ-2026-da antirekorda imza atıb

Ronaldo DÇ-2026-da antirekorda imza atıb

Zelenski Hakan Fidanı ordenlə təltif etdi – FOTO/VİDEO

Zelenski Hakan Fidanı ordenlə təltif etdi – FOTO/VİDEO

End of content

No more pages to load

RADİO