Goranboyda 50 yaşlı qadını it dişləyib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Goranboy şəhərinin Nizami küçəsində qeydə alınıb.
Sahibsiz küçə iti səki ilə evinə gedən 1975-ci il təvəllüdlü Alimə Qarayevaya hücum edib.
Nəticədə 50 yaşlı qadın müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, quduzluq əlehinə zərdab vurulub. Hazırda yaralının vəziyyətinin stabil olduğu bildirilir.
Qeyd edək ki, sahibsiz küçə itləri Goranboy rayonu ərazisində vətəndaşlara 4-5 dəfə hücum edib, onlara xəsarət yetirib.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu