Gəncədə 24 yaşlı oğlan qız qaçırmaq üstündə döyülüb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Gəncə şəhər sakini, 2001-ci il təvəllüdlü İbrahim Məmmədov döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
İlkin ehtimallara görə, o evlənmək məqsədilə qaçırdığı qızın yaxınları tərəfindən fiziki təyziqə məruz qalıb. Xəsarət alan şəxsin vəziyyətinin stabil olduğu bildirilir. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu