Dövlət İmtahan Mərkəzi (DİM) "Abituriyent" jurnalının 2-ci nömrəsini çap edib.
Bizim.Media xəbər verir ki, jurnalın bu nömrəsində 2024-cü ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları, qəbul imtahanlarında istifadə olunmuş bəzi test tapşırıqlarının izahı və tövsiyələr Azərbaycan və rus dillərində dərc edilib.
Builki qəbul prosesində abituriyenlər ixtisas seçərkən məhz ötən il formalaşmış keçid ballarından istifadə edirlər.
Jurnaldakı məlumatın əlçatanlığı ödənişdən sonra mümkündür.

Bizim.Media