Orxan Fikrətoğludan sonra ARKA-ya kim RƏHBƏRLİK EDƏCƏK?

Dünən Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktorunun səlahiyyətlərini müvəqqəti icra edən Əməkdar incəsənət xadimi, yazıçı, publisist Orxan Fikrətoğlu (Orxan Sadıqov) tutduğu vəzifədən azad edilərək mədəniyyət nazirinə müşavir təyin edildi.

Bizim.Media xəbər verir ki, bu təyinat mədəniyyət kluarlarında agentliyin yeni rəhbərinin kim olacağı yöndə müzakirələrə səbəb olub. Kino ictimaiyyəti bu görəvin kimə həvalə olunacağı ilə bağlı müxtəlif fikirlər səsləndirirlər.
 

Sözügedən məsələ ilə bağlı biz də tanınmış kino xadimlərinin fikirlərini öyrəndik.


Xalq artisti Rasim Balayev hazırda başsız qalan agentliyin yeni rəhbərinin kim olacağına dair fikir söyləməyə çətinlik çəkdiyini dedi:

“Bu agentlik nazirliyin tabeliyindədir və onu nazirlik idarə edir. Ona görə də bu vəzifəyə kimin təyin olunacağını yalnız onlar bilir. Biz qarışa bilmirik. Kadr məsələsinə onlar baxırlar. Onlar bizim fikrimizlə oturub-durmurlar ki... Ona görə heç nə deyə bilmərəm.

"Bəs, orda kimi görmək istəyərdiniz” sualına isə Xalq artisti belə cavab verdi:

“Çətin sualdır vallah, cavab verməyə çətinlik çəkirəm. Həm kinonu bilsin, həm bu sənətə məhəbbəti olsun, başı çıxsın, obyektiv olsun.. Mən belə adam bilmirəm. Ətrafımda belə adam yoxdur. Burda peşəkarlıq da şərtdir. Amma əsas obyektiv insan, rejissorlar arasında düzgün bölgü apara bilən kadr olmalıdır. Mən belə bir adam təsəvvür eləmirəm. Bəlkə də var, amma tanımıram. Qabaq tanıyırdım, artıq onlar həyatda yoxdur”.

Rejissor Elxan Cəfərov da sözügedən təyinatla bağlı ad çəkə bilmədi:

“Bu barədə heç bir fikrim yoxdur. Çünki mənim də profilim yaradıcı olduğu üçün məmur işi, məmur yerdəyişməsi haqda fikir bildirə bilməyəcəm. Ümumiyyətlə bu, mənim kompetensiyama aid deyil. Amma  ümid edirəm, təyin olunacaq insan kinonu bilən biri olacaq. Kim olur-olsun, biz o insana kömək etməliyik. Çünki hamımız kinonun inkişafını, irəliləməsini istəyirik”.

Rejissorun fikrincə, önəmli olan həmin vəzifəyə gətirilən şəxsin səriştəli olmasıdır:

“İndi bizim nazirimiz ixtisasca hüquqşünasdır, amma mədəniyyət sahəsində kifayət qədər müsbət işlər görür. Yeni işlərə imza atır, can yandırır. Ona görə də kim təyin olunur-olunsun, əsas o insan Azərbaycanı, Azərbaycan kinosunu sevsin. O qədər belə adamlar var ki... ARKA-ya rəhbər ola bilər və ixtisasından asılı olmayaraq, yaxşı işlər görə bilər.

Həmişə belə məsələlərdən danışanda yadıma "qatı bakılı" dediyimiz, Bakını qurub-yaradan Əliş Ləmbəranski düşür. O adamın Bakıya aidiyyatı yox idi, əyalətdən gəlmişdi. Amma Bakını elə qaldırdı ki... Biz bu gün "Bakı mədəniyyəti" deyəndə Ləmbəranskinin adını kənarda qoya bilmirik. O mənada mən çox ümidliyəm.

Mən yaradıcılıq nöqteyi-nəzərindən çox ad deyə bilərəm. Deyərəm ki, filankəs yaradıcı adamdır. Amma orada söhbət təkcə yaradıcı prosesdən getmir. Təşkilati məsələlərdən baş çıxaran, infrastrukturda əməyi, təcrübəsi olan biri olmalıdır. Bəlkə də yaradıcılıqdan daha çox məmur kimi işləyəcək insan olmalıdır”.

Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu 4 BÜRCÜ sevgi və pulda uğur gözləyir

Bu 4 BÜRCÜ sevgi və pulda uğur gözləyir

Ana və qızı eyni anda məzun oldular: "Mən onun qədər çox oxumamışam" - VİDEO

Ana və qızı eyni anda məzun oldular: "Mən onun qədər çox oxumamışam" - VİDEO

Quzu əti niyə fərqli qiymətlərə satılır? - VİDEO

Quzu əti niyə fərqli qiymətlərə satılır? - VİDEO

Bu il hansı universitetdə neçə tələbə fərqlənmə diplomu alıb? – RƏQƏMLƏR

Bu il hansı universitetdə neçə tələbə fərqlənmə diplomu alıb? – RƏQƏMLƏR

Yayda bunu heç vaxt etməyin - İstidə ətrin əsas təhlükəsi

Yayda bunu heç vaxt etməyin - İstidə ətrin əsas təhlükəsi

Ronaldo və Messinin şəfərinə qızıl örtüklü telefon: “Əfsanələr” kolleksiyası - VİDEO

Ronaldo və Messinin şəfərinə qızıl örtüklü telefon: “Əfsanələr” kolleksiyası - VİDEO

Niyə köhnə mesajları təkrar oxuyuruq? - Səbəbi

Niyə köhnə mesajları təkrar oxuyuruq? - Səbəbi

Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub

Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub

Neymar DÇ-2026-dan sonra 23 milyon dollara YAXTA ALDI

Neymar DÇ-2026-dan sonra 23 milyon dollara YAXTA ALDI

Ağlayan uşağı sakitləşdirən "sehrli" söz

Ağlayan uşağı sakitləşdirən "sehrli" söz

İsrailin xarici işlər naziri İngiltərə millisinin azarkeşlərini ƏLƏ SALDI

İsrailin xarici işlər naziri İngiltərə millisinin azarkeşlərini ƏLƏ SALDI

Biləsuvarda ağır yol qəzası: Ölən var

Biləsuvarda ağır yol qəzası: Ölən var

Qusarda böyük toplantı: 30-dan çox media qurumunun təmsilçiləri və din xadimləri iştirak etdilər - FOTO

Qusarda böyük toplantı: 30-dan çox media qurumunun təmsilçiləri və din xadimləri iştirak etdilər - FOTO

Qırıcılar insanların 5 metrliyindən keçdi – VİDEO

Qırıcılar insanların 5 metrliyindən keçdi – VİDEO

Avqust ayının qeyri-iş günləri - TƏQVİM

Avqust ayının qeyri-iş günləri - TƏQVİM

“Temu” Azərbaycanda bağlanır? - AÇIQLAMA

“Temu” Azərbaycanda bağlanır? - AÇIQLAMA

ABŞ İrana qarşı yeni zərbələr dalğasına başladı - FOTO

ABŞ İrana qarşı yeni zərbələr dalğasına başladı - FOTO

Hərbi xidmətdən yeni qayıdan gənc dənizdə batdı – TƏFƏRRÜAT - VİDEO

Hərbi xidmətdən yeni qayıdan gənc dənizdə batdı – TƏFƏRRÜAT - VİDEO

Nazilə Səfərli Suraxanıdakı tıxacdan şikayətləndi – FOTO

Nazilə Səfərli Suraxanıdakı tıxacdan şikayətləndi – FOTO

Sabah Bakının iki böyük rayonunda qaz olmayacaq

Sabah Bakının iki böyük rayonunda qaz olmayacaq

Nikaraqua İtaliya ilə diplomatik əlaqələri kəsdiyini ELAN ETDİ

Nikaraqua İtaliya ilə diplomatik əlaqələri kəsdiyini ELAN ETDİ

Ağ Ev: İran ABŞ ilə razılaşma əldə etmək istəyir

Ağ Ev: İran ABŞ ilə razılaşma əldə etmək istəyir

Ronaldo DÇ-2026-da antirekorda imza atıb

Ronaldo DÇ-2026-da antirekorda imza atıb

Zelenski Hakan Fidanı ordenlə təltif etdi – FOTO/VİDEO

Zelenski Hakan Fidanı ordenlə təltif etdi – FOTO/VİDEO

End of content

No more pages to load

RADİO