Quba-Alpan-Susay yolunda qəza baş verib.
Bizim.Media xəbər verir ki, Susay kənd sakini Bəyaz Ədilov idarə etdiyi "VAZ-21010" markalı avtomaşını aşırıb.
Nəticədə sürücünün oğlu Nahid yerindəcə ölüb, 3 nəfər isə ağır xəsarət alıb.
Faktı Quba polis şöbəsi araşdırır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu