Növbə STOMATOLOQLARDA – İndi də onların sənədləri YOXLANILIR

0:00
0:00

Bildiyiniz kimi,  bəzi plastik cərrahların lisenziyalarının ləğv olunması prosesi davam edir. Elə aprelin 17-də “Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin siyahısı” tərtib edildi.

Bu prosesdən sonra belə bir təftişin sadəcə plastik cərrahlar üzrə yox, digər bir neçə ixtisasla bağlı da aparılmasının vacibliyini vurğulayanlar oldu. Həmin diqqətçəkən ixtisaslardan biri də stomatoloqlardır.

Xatırladaq ki, plastik cərrahların icazəsinin yoxlanılması məqsədilə Səhiyyə Nazirliyinin, Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradıldı.

Bəs belə bir komissiya stomatoloqların yoxlanılması məqsədilə də yaradıla bilər? Ümumiyyətlə, stomatoloqların sənədlərinin yoxlanılması prosesi nə yerdədir?

Məsələylə bağlı Səhiyyə Nazirliyindən Bizim.Media-ya açıqlama verilib.

Nazirliyin Mətbuat Xidmətinin əməkdaşı Elvin Hacıyevin sözlərinə görə hazırda Azərbaycanda stomatoloqların sənədlərinin yoxlanması ilə bağlı olaraq yeni bir komissiyanın yaradıldığına dair məlumat yoxdur.

“Qeyd edək ki, 2025-ci ilin yanvar-mart ayları ərzində stomatoloji xidmət göstərən 20 özəl tibb müəssisəsində yoxlama keçirilib. Bu yoxlamalar nəticəsində 8 müəssisədə nöqsanlar aşkar edilib. Aşkar edilən nöqsanlara görə protokol tərtib olunub”.

Məlumatda bildirilir ki, aparılan yoxlamalar zamanı lisenziyası ləğv edilən klinika olmayıb.

“Bununla belə, diplomu olmayan və ya saxta diplomla fəaliyyət göstərən stomatoloqların aşkarlanması istiqamətində yoxlamalar davam etdirilir.


Diplomsuz və ya diplomu təsdiq edilməyən stomatoloqların fəaliyyət göstərməsi ilə bağlı vətəndaş şikayətləri əsasında və ya belə hallar mediada geniş işıqlandırıldıqda, insanların həyat və sağlamlığına mühüm təhlükə yarada biləcək fakta əsaslanan hallarda Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi aidiyyəti sahibkarlıq subyektlərində qanunvericiliklə müəyyən olunan qaydada plandankənar yoxlamalar keçirir. Bu yoxlamalar zamanı aşkar edilən qanunsuz tibbi praktiki fəaliyyət faktları inzibati qaydada tənbeh olunur.

Vətəndaşlara bir daha xatırladırıq ki, özəl tibb müəssisələrində və aptek təşkilatlarında üzləşdikləri hər hansı problemlə bağlı AEM-in “bir pəncərə” sistemi, “qaynar xətt”i (012 596 05 20), [email protected] elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsi ilə bizə müraciət edə bilərlər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlamanın keçirilməsi barədə qərar qəbul edilir”, -deyə verilən açıqlamada qeyd olunub.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu 4 BÜRCÜ sevgi və pulda uğur gözləyir

Bu 4 BÜRCÜ sevgi və pulda uğur gözləyir

Ana və qızı eyni anda məzun oldular: "Mən onun qədər çox oxumamışam" - VİDEO

Ana və qızı eyni anda məzun oldular: "Mən onun qədər çox oxumamışam" - VİDEO

Quzu əti niyə fərqli qiymətlərə satılır? - VİDEO

Quzu əti niyə fərqli qiymətlərə satılır? - VİDEO

Bu il hansı universitetdə neçə tələbə fərqlənmə diplomu alıb? – RƏQƏMLƏR

Bu il hansı universitetdə neçə tələbə fərqlənmə diplomu alıb? – RƏQƏMLƏR

Yayda bunu heç vaxt etməyin - İstidə ətrin əsas təhlükəsi

Yayda bunu heç vaxt etməyin - İstidə ətrin əsas təhlükəsi

Ronaldo və Messinin şəfərinə qızıl örtüklü telefon: “Əfsanələr” kolleksiyası - VİDEO

Ronaldo və Messinin şəfərinə qızıl örtüklü telefon: “Əfsanələr” kolleksiyası - VİDEO

Niyə köhnə mesajları təkrar oxuyuruq? - Səbəbi

Niyə köhnə mesajları təkrar oxuyuruq? - Səbəbi

Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub

Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub

Neymar DÇ-2026-dan sonra 23 milyon dollara YAXTA ALDI

Neymar DÇ-2026-dan sonra 23 milyon dollara YAXTA ALDI

Ağlayan uşağı sakitləşdirən "sehrli" söz

Ağlayan uşağı sakitləşdirən "sehrli" söz

İsrailin xarici işlər naziri İngiltərə millisinin azarkeşlərini ƏLƏ SALDI

İsrailin xarici işlər naziri İngiltərə millisinin azarkeşlərini ƏLƏ SALDI

Biləsuvarda ağır yol qəzası: Ölən var

Biləsuvarda ağır yol qəzası: Ölən var

Qusarda böyük toplantı: 30-dan çox media qurumunun təmsilçiləri və din xadimləri iştirak etdilər - FOTO

Qusarda böyük toplantı: 30-dan çox media qurumunun təmsilçiləri və din xadimləri iştirak etdilər - FOTO

Qırıcılar insanların 5 metrliyindən keçdi – VİDEO

Qırıcılar insanların 5 metrliyindən keçdi – VİDEO

Avqust ayının qeyri-iş günləri - TƏQVİM

Avqust ayının qeyri-iş günləri - TƏQVİM

“Temu” Azərbaycanda bağlanır? - AÇIQLAMA

“Temu” Azərbaycanda bağlanır? - AÇIQLAMA

ABŞ İrana qarşı yeni zərbələr dalğasına başladı - FOTO

ABŞ İrana qarşı yeni zərbələr dalğasına başladı - FOTO

Hərbi xidmətdən yeni qayıdan gənc dənizdə batdı – TƏFƏRRÜAT - VİDEO

Hərbi xidmətdən yeni qayıdan gənc dənizdə batdı – TƏFƏRRÜAT - VİDEO

Nazilə Səfərli Suraxanıdakı tıxacdan şikayətləndi – FOTO

Nazilə Səfərli Suraxanıdakı tıxacdan şikayətləndi – FOTO

Sabah Bakının iki böyük rayonunda qaz olmayacaq

Sabah Bakının iki böyük rayonunda qaz olmayacaq

Nikaraqua İtaliya ilə diplomatik əlaqələri kəsdiyini ELAN ETDİ

Nikaraqua İtaliya ilə diplomatik əlaqələri kəsdiyini ELAN ETDİ

Ağ Ev: İran ABŞ ilə razılaşma əldə etmək istəyir

Ağ Ev: İran ABŞ ilə razılaşma əldə etmək istəyir

Ronaldo DÇ-2026-da antirekorda imza atıb

Ronaldo DÇ-2026-da antirekorda imza atıb

Zelenski Hakan Fidanı ordenlə təltif etdi – FOTO/VİDEO

Zelenski Hakan Fidanı ordenlə təltif etdi – FOTO/VİDEO

End of content

No more pages to load

RADİO