“Heç kəsə gözünün qabağında övlad itkisini görməyi arzulamıram" - İlyas İsmayılov

Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu, iş adamı Etimad İsmayılovun dəfn olunmasından 40 gün keçir. Bu ilin 19 sentyabrında Türkiyəninxa0İstanbul şəhərindəki ofisində qətlə yetirilən Etimad İsmayılov sentyabrın 21-də Nardaran qəbiristanlığında dəfn edilib.


Moderator.az xəbər verir ki, mərhumun atası İlyas İsmayılovxa0Modern.az-a açıqlamasında deyib ki, cinayəti törədənin işini Türkiyənin hüquq-mühafizə orqanlarıxa0 araşdırır:

“Tam olaraq işin içində deyiləm. Amma bilirəm ki, iş Türkiyədə araşdırılır. Ətraflı olaraq proseslərin məzmunundan xəbərim yoxdur. Təkcə Etimadın atası kimi yox, həm də vicdanlı vətəndaş kimi demək istəyirəm ki, Etimad qatilə borclu olmayıb. Əksinə, dəfələrlə qarşı tərəfə borcunun geri qaytarılması üçün müraciət edib. Məgər kişi kişidən borcunu istəyəndə qarşılıq olaraq onu öldürməlidir?! Bunu heç cür qəbul edə bilmirəm”.

İlyas İsmayılov 40 gün ərzində oğul itkisinin acısına alışa bilmədiyini də söyləyib.

“Əhvalımı soruşursunuz. Necə rahat və əminliklə deyim ki, “yaxşıyam”. Heç kəsə gözünün qabağında övlad itkisini görməyi arzulamıram. Ağırdır... Çox xa0ağırdır... Etimadın qətlindən sonra heç nəyə ürəkdən sevinə bilmirəm. Biz ictimai insanlarıq. Göz önündəyik. Elə bilirlər ki, itkini də tez unuduruq. Bilin ki, heç nə göründüyü kimi deyil. İnsanları nələrə görəsə ittiham etməyin!”.

Hadisə ilə bağlı istintaq davam etdirilir.

İş adamıxa0 Etimad İsmayılov sentyabrın 19-da başından 2, ürəyindən 1 güllə yarası alaraq dünyasını dəyişib. Hadisəni törədən azərbaycanlı iş adamı Gözəl Dəmirov xa0həbs edilib.

E.İsmayılov tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşı, Ədalət Partiyası sədrinin birinci müavini idi.

Gözəl Dəmirov isə 90-cı illərin əvvəllərində Azərbaycan Daxili İşlər Nazirliyində idarə rəisi olub, istefada olan polis polkovnikdir.

Hər iki şəxsin biznes sektorunda şərikli işləri olub. Qanlı mübahisə də şərikli işlə bağlı olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Starmer 2028-ci ildə NATO-nun baş katibliyinə namizəd olacaq?

Starmer 2028-ci ildə NATO-nun baş katibliyinə namizəd olacaq?

Putin: "Rusiya ordusunun Sumıya çatmasına 10,5 km qalıb" - FOTO

Putin: "Rusiya ordusunun Sumıya çatmasına 10,5 km qalıb" - FOTO

Moskva regionunda yanacaq böhranı dərinləşir - Sərt limitlər tətbiq olunur - FOTO

Moskva regionunda yanacaq böhranı dərinləşir - Sərt limitlər tətbiq olunur - FOTO

Bazardüzündə sıldırımdan yıxılan alpinist belə xilas edildi - VİDEO

Bazardüzündə sıldırımdan yıxılan alpinist belə xilas edildi - VİDEO

Fars News: “İran üçün atom bombası əldə etmək zərurətə çevrilib”

Fars News: “İran üçün atom bombası əldə etmək zərurətə çevrilib”

ABŞ-da meşə yanğını: 3 yanğınsöndürən həlak oldu, 2-si yaralandı - VİDEO

ABŞ-da meşə yanğını: 3 yanğınsöndürən həlak oldu, 2-si yaralandı - VİDEO

Sumqayıtda minik avtomobili restorana çırpıldı - FOTO

Sumqayıtda minik avtomobili restorana çırpıldı - FOTO

Çin temperaturu 100 milyon dərəcə selsidən çox olan GÜNƏŞ YARADIR - FOTO

Çin temperaturu 100 milyon dərəcə selsidən çox olan GÜNƏŞ YARADIR - FOTO

Rusiyanın iri neft emalı zavodunda güclü yanğın - ANBAAN VİDEO

Rusiyanın iri neft emalı zavodunda güclü yanğın - ANBAAN VİDEO

İsrailin maliyyə naziri: "Qərb sahilinə 1 milyon yəhudi köçkünü gətirmək istəyirik" - VİDEO

İsrailin maliyyə naziri: "Qərb sahilinə 1 milyon yəhudi köçkünü gətirmək istəyirik" - VİDEO

Rusiyada benzin növbəsində dava: Kişi qadınları döydü - VİDEO

Rusiyada benzin növbəsində dava: Kişi qadınları döydü - VİDEO

Dmitri Medvedev "Vahid Rusiya"nın seçki siyahısına salınmadı

Dmitri Medvedev "Vahid Rusiya"nın seçki siyahısına salınmadı

Rusiya dövlət televiziyasında Azərbaycana qarşı təxribat: "Rossiya-1" rəhbərliyi hara baxır? - VİDEO

Rusiya dövlət televiziyasında Azərbaycana qarşı təxribat: "Rossiya-1" rəhbərliyi hara baxır? - VİDEO

Levandovski ABŞ-ın "Çınikaqo Fayr" klubuna keçəcək

Levandovski ABŞ-ın "Çınikaqo Fayr" klubuna keçəcək

Türkiyə XİN İsrailin qondarma “erməni soyqırımı”nı tanımaq qərarını kəskin pislədi - FOTO

Türkiyə XİN İsrailin qondarma “erməni soyqırımı”nı tanımaq qərarını kəskin pislədi - FOTO

"Sabah" "Ferentsvaroş"la heç-heçə etdi

"Sabah" "Ferentsvaroş"la heç-heçə etdi

Dmitri Medvedev Putinin çıxışı zamanı yuxuya getdi - VİDEO

Dmitri Medvedev Putinin çıxışı zamanı yuxuya getdi - VİDEO

İran deputatı: "Casus Xameneinin yanında idi" - FOTO

İran deputatı: "Casus Xameneinin yanında idi" - FOTO

Xarkovda sənaye zonasına dron zərbəsi endirildi - VİDEO

Xarkovda sənaye zonasına dron zərbəsi endirildi - VİDEO

İran ətrafında gərginliyin artması Tehran-Vaşinqton danışıqlarını təxirə salıb

İran ətrafında gərginliyin artması Tehran-Vaşinqton danışıqlarını təxirə salıb

Çində güclü zəlzələ oldu

Çində güclü zəlzələ oldu

Şair Məmməd İsmayılın qəbirüstü abidəsi ucaldıldı - FOTO

Şair Məmməd İsmayılın qəbirüstü abidəsi ucaldıldı - FOTO

“Heç nə təsir etmir, əhvalım pisdir” – Ofeliya Sənani

“Heç nə təsir etmir, əhvalım pisdir” – Ofeliya Sənani

Babək rayonunda ağır qəza: 3 nəfər xəsarət aldı

Babək rayonunda ağır qəza: 3 nəfər xəsarət aldı

End of content

No more pages to load

RADİO