Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzi fəaliyyətə başladı – FOTO

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvləri ilə görüş keçirilib.

Bizim.Media xəbər verir ki, Konfederasiya sədri Sahib Məmmədov ölkəmizdəki demokratik mühitin həmkarlar ittifaqlarının səmərəli fəaliyyətinə və əmək hüquqlarının effektiv müdafiəsinə açdığı geniş imkanlardan danışıb, dövlətimizin bu sahəyə diqqət və qayğısını vurğulayıb.

Bildirilib ki, ittifaq üzvlərinin əmək, sosial və iqtisadi hüquqlarının müdafiəsi, qabaqcıl beynəlxalq standartlara uyğun sağlam və təhlükəsiz iş şəraitinin yaradılması istiqamətində kompleks addımlar atılır, müalicə və istirahətinin səmərəli təşkili məqsədilə sanatoriya-kurort müəssisələrinin fəaliyyəti davamlı olaraq təkmilləşdirilir.
 

AHİK-də aparılan struktur və kadr islahatlarından, qadınların və gənclərin həmkarlar ittifaqları sistemində rolunun artırılması istiqamətində görülən işlərdən danışan Konfederasiya sədri yeni layihələr, o cümlədən “AHİK könüllüləri”, “Layiqli Əmək Səfirləri”, “AHİK Plus”, “Həmkardan həmkara qayğı ilə”, “Sağlamlığa doğru qaç” layihələri barədə deputatlara məlumat verib.


Vurğulanıb ki, yollayışların vahid mərkəzdən verilməsi üçün “Kurort” Turizm İnformasiya Mərkəzi yaradılıb, hazırda prosesin tam rəqəmsallaşdırılması işləri aparılır.

Görüşdə Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti və həmkarlar ittifaqı sisteminin inkişafına verəcəyi töhfələrdən də bəhs olunub.

Sonra AHİK-in fəaliyyəti, eləcə də “Layiqli Əmək Səfirləri”, “Həmkardan həmkara qayğı ilə”, "AHİK Plus" layihələrindən bəhs edən videomateriallar nümayiş olunub.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Konfederasiya tərəfindən həyata keçirilən islahatları və yenilikləri yüksək qiymətləndirib, əmək münasibətlərinin tənzimlənməsi, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafında həmkarlar ittifaqlarının xüsusi rolunu qeyd edib. Musa Quliyev sosial sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı görülən işləri diqqətə çatdırıb, eləcə də AHİK-lə əlaqələrin inkişafının əmək hüquqlarının qorunmasında önəmini vurğulayıb.

Görüşdən sonra Milli Məclisin üzvləri AHİK-də vətəndaşların qəbulu üçün yaradılmış şəraitlə, həmçinin Çağrı Mərkəzi ilə tanış olublar.

Ardınca dövlət qurumları nümayəndələrinin və deputatların iştirakı ilə AHİK tərəfindən yeni yaradılan Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzinin açılışı olub.

Bununla əlaqədar keçirilən tədbirdə Konfederasiya sədri Sahib Məmmədov Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzinin vəzifələri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.

Bildirilib ki, Mərkəzdə əmək müfəttişləri tərəfindən ittifaq üzvlərinin müraciətləri cavablandırılacaq, əmək münasibətlərində qarşılaşdıqları hüquqi məsələlərlə bağlı onlara yardım göstəriləcək, maarifləndirmə işləri aparılacaq.

Tədbirdə çıxış edən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli və deputat Ziyad Səmədzadə Konfederasiya tərəfindən həyata keçirilən layihələrin, tətbiq olunan yeniliklərin önəmini vurğulayıb, görülən işlərin dövlətimizin sosial siyasətinə əhəmiyyətli töhfə olduğunu qeyd edib, Mərkəzin fəaliyyətinə uğurlar arzulayıblar.

Sonra Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzinə baxış keçirilib. İştirakçılar həmçinin eyni məkanda yerləşən “Kurort” Turizm İnformasiya Mərkəzinin fəaliyyəti ilə də tanış olublar.






















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bəzi rayonlara yağış yağıb, güclü külək əsib – FAKTİKİ HAVA

Bəzi rayonlara yağış yağıb, güclü külək əsib – FAKTİKİ HAVA

Hibrid avtomobil almaq istəyənlərin DİQQƏTİNƏ

Hibrid avtomobil almaq istəyənlərin DİQQƏTİNƏ

Oğuzhan Uğur SAXLANILDI

Oğuzhan Uğur SAXLANILDI

Netanyahunun ABŞ-a səfəri TƏXİRƏ SALINDI

Netanyahunun ABŞ-a səfəri TƏXİRƏ SALINDI

Sürücü bəzi hallarda qarşıdakı avtomobili sağdan ötə bilər - Qanun nə deyir? – VİDEO

Sürücü bəzi hallarda qarşıdakı avtomobili sağdan ötə bilər - Qanun nə deyir? – VİDEO

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

İki gün sonra yeni sahibi bəlli olacaq - Dəyəri 1 milyondan bahadır

İki gün sonra yeni sahibi bəlli olacaq - Dəyəri 1 milyondan bahadır

Azərbaycan UEFA reytinqində liderdir! -Əla başlanğıc…

Azərbaycan UEFA reytinqində liderdir! -Əla başlanğıc…

Aşpazlar badımcanı qızartmazdan əvvəl bunu edir: Acılıq yox olur

Aşpazlar badımcanı qızartmazdan əvvəl bunu edir: Acılıq yox olur

DİQQƏT! Bakının iki rayonunda qaz olmayacaq

DİQQƏT! Bakının iki rayonunda qaz olmayacaq

Suda bitən ÖMÜRLƏR - Bu yayın 21 FACİƏSİ – ARAŞDIRMA

Suda bitən ÖMÜRLƏR - Bu yayın 21 FACİƏSİ – ARAŞDIRMA

“Bu ölkəyə səfər etməyin” - ABŞ səfirliyindən xəbərdarlıq

“Bu ölkəyə səfər etməyin” - ABŞ səfirliyindən xəbərdarlıq

Bakının dörd rayonunda işıq kəsiləcək – ÜNVANLAR

Bakının dörd rayonunda işıq kəsiləcək – ÜNVANLAR

Bu sevgi mahnısı bütün zamanların əsl məşhur hitinə çevrildi (VİDEO)

Bu sevgi mahnısı bütün zamanların əsl məşhur hitinə çevrildi (VİDEO)

İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı

İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı

İrandan SƏRT CAVAB – Dörd ölkədəki ABŞ bazaları hədəf alındı – VİDEO

İrandan SƏRT CAVAB – Dörd ölkədəki ABŞ bazaları hədəf alındı – VİDEO

Məktəblərdə böyük dəyişiklik elan edildi: sentyabrdan başlayır – Detallar

Məktəblərdə böyük dəyişiklik elan edildi: sentyabrdan başlayır – Detallar

ABŞ-dan İrana AĞIR ZƏRBƏLƏR – Strateji obyektlər belə vuruldu – VİDEO

ABŞ-dan İrana AĞIR ZƏRBƏLƏR – Strateji obyektlər belə vuruldu – VİDEO

“Qarabağ” darmadağınla növbəti mərhələyə yüksəldi – VİDEO

“Qarabağ” darmadağınla növbəti mərhələyə yüksəldi – VİDEO

BİZİM TƏQVİM: 17 iyulda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 17 iyulda baş vermiş tarixi hadisələr

Bu 4 BÜRCÜ sevgi və pulda uğur gözləyir

Bu 4 BÜRCÜ sevgi və pulda uğur gözləyir

Ana və qızı eyni anda məzun oldular: "Mən onun qədər çox oxumamışam" - VİDEO

Ana və qızı eyni anda məzun oldular: "Mən onun qədər çox oxumamışam" - VİDEO

Quzu əti niyə fərqli qiymətlərə satılır? - VİDEO

Quzu əti niyə fərqli qiymətlərə satılır? - VİDEO

Bu il hansı universitetdə neçə tələbə fərqlənmə diplomu alıb? – RƏQƏMLƏR

Bu il hansı universitetdə neçə tələbə fərqlənmə diplomu alıb? – RƏQƏMLƏR

End of content

No more pages to load

RADİO