İsfəndiyarın oğlu niyə həbs olunub? - TƏFƏRRÜAT

Xəbər verdiyimiz kimi, Şərurlu İsfəndiyar ləqəbli tikinti maqnatı İsfəndiyar Axundovun oğlu Şahin Axundov həbs edilib.

Bizim.Media xəbər verir ki, musavat.com həbsin səbəblərini araşdırıb. Məlum olub ki, Şahin Axundov əvvəllər də həbs həyatı yaşayıb. Şahin Axundovun adı 20 il öncə böyük bir qalmaqalın mərkəzi fiquru olaraq gündəmə gəlmişdi.

O zaman Şahin Axundov Türkiyə səfirliyinin önündə Anar İsmayılovun avtomobilini gülləbarana tutmuşdu. Həmin vaxt Prezident İlham Əliyevin məsələyə qarışması ilə Şahin Axundov həbs olundu, 5 il cəza çəkdikdən sonra azadlığa çıxdı. Lakin Şahin Axundovun cəzasını elə azadlıqda çəkdiyinə dair informasiyalar da var idi. Yəni kimlərsə "Şərurlu İsfəndiyar"ın xahişlərini yerə salmamışdı.

Baş verən qalmaqaldan sonra İsfəndiyar Axundov oğlu Şahin Axundovu Türkiyəyə göndərib, uzun illər orada yaşayıb.

Lakin orada da tikinti maqnatının oğlu dinc dayanmayıb, adı ən müxtəlif qalmaqallara qarışıb.

Hətta onun bu yaxınlarda Bakıya gəlməsi, psixoloji durumunda gərginlik yaranması, onu xəstəxanalardan birinə yerləşdirilməsi xəbəri də vardı. Bildirilirdi ki, Şahin Axundov ciddi nəzarət altında müalicə olunur.

İsfəndiyar Axundovun oğlunu Türkiyə göndərməsi xəbəri Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə proseslərindən birində də səsləndirilmişdi. 2021-ci ildə mühakimə olunan "Zaminbank"ın keçmiş sədri Nadir İsmayılov İsfəndiyar Axundovla bağlı ifadə verərkən bu haqda danışmışdı.

Nadir İsmayılov məhkəmədə İsfəndiyar Axundovu aldatması barədə ikincinin iddialarına münasibət bildirərkən bu mövzuya da toxunmuşdu:

"Mən onu aldatmamışam. İsfəndiyar Axundov düzgün danışmır. Onlar birinci dəfə 5 milyon götürdülər. İkinci dəfə də qalan 5 milyona iki "Lamborghini", iki "Ferrari" aldılar. 300 min də qudası Məhərrəmə verdi. Birinci xanımından olan oğlu üçün Türkiyəyə pul göndərdi. Danışır, amma hamısını demir".

Musavat.com-un əməkdaşı məsələ ilə bağlı İsfəndiyar Axundovla əlaqə saxlayıb. İsfəndiyar Axundov oğlu ilə bağlı sualı dinlədikdən sonra "oğlum xaricdə deyil, xəstə də deyil, kim nə istəyir yazır" deyib.

Xatırladaq ki, Şərurlu İsfəndiyarın adı övladları ilə bağlı dəfələrlə mətbuatın gündəminə gəlib. Tikinti maqnatının digər oğlu Allahverdi Axundov 650 min manata "Lamborghini" alması ilə gündəmə gəlmişdi. O zaman Şərurlu İsfəndiyar əvvəlcə xəbəri təkzib elədi.

"Bu, yalandır, uydurmadır, mənim oğlumun elə maşını yoxdur" deyən tikinti maqnatı danılmaz faktla üzləşdi. Sən demə, Allahverdi Axundov artıq sosial şəbəkələrdə bahalı avtomobilinin fotosunu "My new car" (Mənim yeni avtomobilim) qeydi ilə paylaşıbmış.

İsfəndiyar Axundovun bu fakta reaksiyası belə oldu: "Hə, nə olsun? Mənim vertolyotum da var. Bunun kimə nə aidiyyəti var? Həmin maşın oğlumundur. Mənim oğlum neyləyib? Şəhərdə vertolyot sürməyib ki... Maşın sürüb də. Başqa nə iş görüb?".

Lakin Allahverdi Axundov təkcə 650 minlik "Lamborghini"yə sahib deyil. Onun sosial şəbəkələrdə paylaşdığı fotolardan görünür ki, kifayət qədər dəbdəbəli həyat yaşayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ceyhun Bayramov Moskvada "Naməlum əsgər" məzarını ziyarət etdi - FOTO

Ceyhun Bayramov Moskvada "Naməlum əsgər" məzarını ziyarət etdi - FOTO

Seda Sayan qadınlara SƏSLƏNDİ: “Ərinizin subay dostunu evə buraxmayın”

Seda Sayan qadınlara SƏSLƏNDİ: “Ərinizin subay dostunu evə buraxmayın”

Azərbaycanın döyüş təyyarələri havaya qaldırıldı – FOTO

Azərbaycanın döyüş təyyarələri havaya qaldırıldı – FOTO

Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatının bilet satışı BAŞLADI

Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatının bilet satışı BAŞLADI

6 ayda 2500 müraciət – Qadınlar, yoxsa kişilər daha çox kömək istəyir?

6 ayda 2500 müraciət – Qadınlar, yoxsa kişilər daha çox kömək istəyir?

Şuşadan sonra dəyişən baxış bucağı

Şuşadan sonra dəyişən baxış bucağı

ADY 6 ayda 905 min tondan çox qida məhsulları daşıyıb

ADY 6 ayda 905 min tondan çox qida məhsulları daşıyıb

Bakıda kişi zivədən asılmış şalvarı belə oğurladı – VİDEO

Bakıda kişi zivədən asılmış şalvarı belə oğurladı – VİDEO

Ceyhun Bayramov və Lavrov arasında görüş başladı – FOTO

Ceyhun Bayramov və Lavrov arasında görüş başladı – FOTO

Nazirlər Kabinetində əhalinin siyahıyaalınmasına dair iclas – Nələr müzakirə olundu? – YENİLƏNİB - FOTO

Nazirlər Kabinetində əhalinin siyahıyaalınmasına dair iclas – Nələr müzakirə olundu? – YENİLƏNİB - FOTO

Konfrans iştirakçıları Qubanın dini ziyarətgahlarında – FOTO

Konfrans iştirakçıları Qubanın dini ziyarətgahlarında – FOTO

Vaqif Nəbiyev vəfat etdi – FOTO

Vaqif Nəbiyev vəfat etdi – FOTO

Dövlət qulluğu imtahanında uğur qazananların NƏZƏRİNƏ!

Dövlət qulluğu imtahanında uğur qazananların NƏZƏRİNƏ!

“Yalançı sahibkar"lara XƏBƏRDARLIQ: Cərimələnəcəksiniz!

“Yalançı sahibkar"lara XƏBƏRDARLIQ: Cərimələnəcəksiniz!

Sabah 38 dərəcə isti olacaq – PROQNOZ

Sabah 38 dərəcə isti olacaq – PROQNOZ

Şuşanın sədası, Ağ Evin əks-sədası

Şuşanın sədası, Ağ Evin əks-sədası

“Süleyman Çakır”: “Ölə bilmədim, ölə bilmirəm” – FOTO

“Süleyman Çakır”: “Ölə bilmədim, ölə bilmirəm” – FOTO

Ramazan Nəbiyevə yüksək VƏZİFƏ VERİLDİ

Ramazan Nəbiyevə yüksək VƏZİFƏ VERİLDİ

"Koroğlu"dan "Sea Breeze"ə ekspres marşrutu fəaliyyətə BAŞLAYIR – QİYMƏTİ AÇIQLANDI

"Koroğlu"dan "Sea Breeze"ə ekspres marşrutu fəaliyyətə BAŞLAYIR – QİYMƏTİ AÇIQLANDI

İsti havada rahat yatmağın yolları

İsti havada rahat yatmağın yolları

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağının rəngləri ilə işıqlandırıldı –FOTO

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağının rəngləri ilə işıqlandırıldı –FOTO

Tıxac üstünə TIXAC – Bakının əsas yollarında təmir niyə pik saatlarda APARILIR?

Tıxac üstünə TIXAC – Bakının əsas yollarında təmir niyə pik saatlarda APARILIR?

Samir Şərifova yeni vəzifə VERİLDİ

Samir Şərifova yeni vəzifə VERİLDİ

ACI XƏBƏR:Nəriman Həsənzadənin vəziyyəti...

ACI XƏBƏR:Nəriman Həsənzadənin vəziyyəti...

End of content

No more pages to load

RADİO