Qubanın dağ kəndlərinə gedən yolların qarla örtülməsi rayonun təhsil sahəsinə də öz mənfi təsirini göstərib.
Bizim.Media-nın yerli bürosunun Quba-Xaçmaz Regional Elm və Təhsil İdarəsindən əldə etdiyi məlumata görə, Xınalıq və Xaltan ərazilərində yerləşən məktəblərin 60 şagirdi Dövlət İmtahan Mərkəzinin (DİM) 9 illik təhsil bazası üzrə keçirdiyi buraxılış imtahanına qatıla bilməyəcək.
Qeyd edək ki, Xaltan və Xınalıq istiqamətindəki yollar artıq 4 cü gündür bağlıdır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu