972 mina sahəsi xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır

Ermənistanın işğalından azad edilən Azərbaycan ərazilərində mina terroru davam edir. Son günlər baş vermiş silsilə mina və sursat partlayışlarında bir nəfər həlak olub, 4 nəfər yaralanıb.

Eyni zamanda hazırkı dövrə qədər mina partlayışları nəticəsində 392 nəfər xəsarət alıb və ya ölüb. Sözsüz ki, ərazilərdə mina partlayışlarına görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür. Rəsmi İrəvan isə 972 mina sahəsi xəritəsini Azərbaycana təhvil verdiyini və onlarda daha yaxşı, daha dəqiq xəritələrin olmadığını iddia edir. Bununla yanaşı, Emənistanın Milli Təhlükəsizlik Xidməti keçmiş erməni hərbçilər arasında sorğu keçirərək, Qarabağ ərazisində minalanmış sahələrlə bağlı məlumatlar toplamağa çalışır. Həmin məlumatlar əsasında 8 sənəd hazırlanıb və həmin sənədlərin Azərbaycana təhvil veriləcəyi vurğulanır.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı Teleqraf-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov mina xəritələri ətrafında erməni tərəfinin manipuliyasiya cəhdlərinə diqqət çəkib.

O qeyd edib ki, hər ötən gün Ermənistan hakimiyyəti ordusunun necə rəzil durumda olduğunu sübut edir:

“Rəsmi İrəvan tərəfindən səslənən faktlar bunun bariz nümunəsidir. Keçmiş erməni hərbiçilərindən basdırılmış minaların yerini soruşmaq mövzusu müqayisəsi olmayan absurd yanaşmadır. Olmadığın ərazidən yeni mina xəritəsi tərtib etmək dünya praktikasında olmayan hadisədir. Əslində bu fakt Ermənistan ordusunun elmi-nəzəri cəhətdən hansı vəziyyətdə olduğunu göstərir. Mina xəritəsi tək Azərbaycana lazım deyil. Erməni silahlı qüvvələrinin ərazidə olduğu dövrdə irəliyə-geriyə çəkilərkən məhz mina xəritələrinə uyğun hərəkət edib”.



Hərbi ekspertin fikrincə, Ermənistan əslində indi özünü sülhpərvər göstərməyə çalışır:

“Bakıda keçirilən məhkəmədə hərbi canilər etiraf edirlər ki, vaxtilə azərbaycanlıları Xankəndidən çıxmağa onlar məcbur ediblər. Əvvəllər isə bunu təkzib edirdilər. Reallıq isə odur ki, erməni tərəfi növbəti dəfə digər prosesləri yubatmaq üçün fərqli manevrlər edirlər. Aprelin 15-də Azərbaycanın eksklav kəndləri olan Qazaxın 3, Naxçıvanın 1 kəndi boşaldılmalı idi. Qarşı tərəf növbəti dəfə məsələni yubatdı. Bu da sözsüz ki, narahatlıq yaradır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərsun Holding inklüziv cəmiyyətin təşviqinə dəstəyini davam etdirir - FOTO

Azərsun Holding inklüziv cəmiyyətin təşviqinə dəstəyini davam etdirir - FOTO

Bankların adından kiberdələduzluq: Saxlanılanlar var – VİDEO

Bankların adından kiberdələduzluq: Saxlanılanlar var – VİDEO

Azərbaycan-Rusiya sərhədində yük avtomobillərinin uzun növbəsi YARANDI

Azərbaycan-Rusiya sərhədində yük avtomobillərinin uzun növbəsi YARANDI

Okampo: “Mən pulları Rusiyada yaşayan ermənilərdən almışam” – VİDEO

Okampo: “Mən pulları Rusiyada yaşayan ermənilərdən almışam” – VİDEO

Ev alıb kirayə verən çox qazanır, yoxsa pulunu banka yatıran?

Ev alıb kirayə verən çox qazanır, yoxsa pulunu banka yatıran?

Sevdiyi qızı qaçırdığına görə hakim qarşısına çıxarıldı

Sevdiyi qızı qaçırdığına görə hakim qarşısına çıxarıldı

Kosmetoloq buxaqdan qurtulmağın yollarını AÇIQLADI

Kosmetoloq buxaqdan qurtulmağın yollarını AÇIQLADI

5 yaşadək uşaq ölümləri ilə bağlı QORXUNC RƏQƏMLƏR – Əsas səbəblər BƏLLİ OLDU

5 yaşadək uşaq ölümləri ilə bağlı QORXUNC RƏQƏMLƏR – Əsas səbəblər BƏLLİ OLDU

Azad edilmiş ərazilərdə nə qədər mina aşkarlanıb?

Azad edilmiş ərazilərdə nə qədər mina aşkarlanıb?

Diplomatlar Qarabağ Universitetinin gənc müəllimi ilə bir arada – VİDEO

Diplomatlar Qarabağ Universitetinin gənc müəllimi ilə bir arada – VİDEO

“Bookline” bitən layihə yox, yenidən səhifələnən kitabdır…

“Bookline” bitən layihə yox, yenidən səhifələnən kitabdır…

Maştağadakı ruhi dispanserdən xəstələrin qaçması dezinformasiyadır - RƏSMİ

Maştağadakı ruhi dispanserdən xəstələrin qaçması dezinformasiyadır - RƏSMİ

Ana və bacısını qətlə yetirən Kainat cəzadan azad EDİLDİ

Ana və bacısını qətlə yetirən Kainat cəzadan azad EDİLDİ

Hikmət Hacıyevdən Ermənistanla sülh prosesi ilə bağlı AÇIQLAMA

Hikmət Hacıyevdən Ermənistanla sülh prosesi ilə bağlı AÇIQLAMA

Diplomatik korpusun nümayəndələri Qarabağ Universitetində - FOTO/VİDEO

Diplomatik korpusun nümayəndələri Qarabağ Universitetində - FOTO/VİDEO

Mina terroru, illərdir gözü yolda qalan İTKİN AİLƏLƏRİ... – Ermənistanın gizlətməyə çalışdığı HƏQİQƏTLƏR

Mina terroru, illərdir gözü yolda qalan İTKİN AİLƏLƏRİ... – Ermənistanın gizlətməyə çalışdığı HƏQİQƏTLƏR

Paytaxtda zəncirvari qəza – VİDEO

Paytaxtda zəncirvari qəza – VİDEO

“İmişli” İdris İnqilablı ilə müqavilə BAĞLADI

“İmişli” İdris İnqilablı ilə müqavilə BAĞLADI

Göygöldə qanunsuz tikili söküldü – FOTO/VİDEO

Göygöldə qanunsuz tikili söküldü – FOTO/VİDEO

Bankların “qara siyahı”sından necə çıxmaq olar?

Bankların “qara siyahı”sından necə çıxmaq olar?

Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim DÜNYASINI DƏYİŞDİ

Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim DÜNYASINI DƏYİŞDİ

Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı – FOTO

Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı – FOTO

Bakıda beynəlxalq Gənclər Forumunun iştirakçıları fləşmob keçirib - FOTO

Bakıda beynəlxalq Gənclər Forumunun iştirakçıları fləşmob keçirib - FOTO

İcraçı direktor: “Son 3 ildə BTQ 35-dən çox beynəlxalq tədbirə təşkilatçılıq edib”

İcraçı direktor: “Son 3 ildə BTQ 35-dən çox beynəlxalq tədbirə təşkilatçılıq edib”

End of content

No more pages to load

RADİO