Qubanın Xaltan kəndinə gedən yol artıq bir neçə gündür bağlıdır.
Bizim.Media xəbər verir ki, üç gün əvvəl yağan qar yolda nəqliyyat vasitələrini iflic vəziyyətinə salıb.
Xaltan-Muçu yolunda 150 metrlik sahədə qar uçqunu yaranıb. Əraziyə yol təsərrüfatı işçilərinin cəlb olunacağı deyilir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal Bürosu