Oğuzda Pesax bayramı qeyd olundu - FOTO

Ölkəmizdə etnik tərkibi zəngin olan bölgələrdən biri də Oğuz rayonudir. Burada ondan artıq müxtəlif xalqın nümayəndəsi yaşayır. Oğuzda əsrlərdir yaşayan, hər kəslə qaynayıb-qarşan, xeyri-şəri bir olan xalqlardan biri də yəhudilərdir.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu günlər yəhudilər azadlıq və bahar mənasını verən Pesax bayramını qeyd edir.

Əslən yəhudi olan Rasim Mikayılovla Vətən Müharibəsi günlərindən tanışıq. O zaman atası Gümşüd kişi sağ idi və o, Oğuzdan dünyaya səslənib bütün yəhudiləri Azərbaycanın haqq səsinə səs verməyə çağırmışdı. İlk növbədə də nəvəsini Vətəni müdafiyə yola salmışdı.

Rasim müəllimlə budəfəki söhbətimiz də məhz onların - Oğuzda yaşayan yəhudilərin bu elə-obaya bağlılığı ilə başladı.

Müsahibim deyir ki, rayon camaatı ilə o qədər qaynayıb-qarşıblar ki, kimsə onları fəqrləndirə bilmir. Xüsusən el bayramlarında, mərasimlərdə həmişə bir yerdə olurlar:

“Qafqazda yəhudilərin sıx məskunlaşdığı rayonlardan biri Oğuzdur. Quba, Dərbənd və Qroznıdan sonra ən çox məskunlaşma buradadır. Oğuzda iki yəhudi sinaqoqu fəaliyyət göstərir. Onlardan biri 1849-cu ildə, digəri isə 1897-ci ildə tikilib. Biz hazırda olduğumuz sinaqoq isə Ulu Öndər Heydər Əliyevin, o dahi insanın hakimiyyətə gələndən sonra yəhudi xalqına ərmağanıdır. Belə ki, burda 1994-cü ildə təmir-bərpa işləri aparıldı və 60-a yaxın dövlətin nümayəndəsinin iştirakı ilə açılışı edildi. Azərbaycan tolerantlıq diyarı kimi bənzərsizdir”.

Rasim Mikayılov deyir ki, aprel yəhudilərin həyatında bayramlar ayı kimi qeyd olunur. Nisonu, yəni Pasex bayramı da bu ayda keçirilir. Bu məqsədlə rayonda yaşayan icma üzvlərinin bir qismi tarixi sneqoqda bir araya gəlib.

İcma sədri Şirin Şuminov da Oğuz yəhudilərinin hazırda dünyanın bir çox ölkələrində məskunlaşdıqlarını, lakin el mərasimlərində, bayram şənliklərdə bir araya gəldiklərini bildirib.

Bayramın mahiyyətini isə icma sədri belə izah edib:

“Bu bayram keçmişdə də keçirilib, lakin belə qeyd olunmayıb. Bu sinaqoqu sovetlər dövründə anbar kimi istifadə ediblər. Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra bütün xalaqlara münasibət kökündən dəyişdi. Oğuzda iki sinaqoq vardı. Bu ibadət evi əsaslı təmir olunub istifadəmizə verildi. İndi bayram və el mərasimlərini böyük coşqu və sevgi ilə qeyd edirirk”.

Dini mərasim başa çatandan sonra qonağı olduğumuz icma üzvləri bizi digər sinaqoqa dəvət etdlər. Adətdəndir ki, bayram günlərində süfrə açılsın və yəhudilərin dörd əsas neməti ilə bəzəsin.

Digər icma üzvü Abram Abramov bayram süfrəsi üçün hazırlanan nemətləri sadalayır:
“Süfrədə çörək əvəzi “məsət” öndə gəlir. Milli xörəyimiz olan “xoyavuş”un tərkibində soğan, yumurta, ət, şabalıd və digər məhsullar var. Bu isə “xasurut”dur. Meyvə və giləmeyvələrin qarışınğından hazırlanır. Dördüncü nemət isə “məsət”dir, içərisinə kartof qarışığı qoyulur”.
 

Bu arada diqqətimizi İcma rəhbərliyinə verilən “Təşəkkürnamə” cəlb edir. Öyrənirik ki, yəhidi icmasının üzvləri rayonda məscidin bərpasında yaxından iştirak ediblər. Bu səbəbdən də onların zəhməti belə dəyərləndirilib.


Söhbət əsnasında İcma sədri Şirin Şuminov bir məsləni də xüsusi olaraq diqqətimizə çatdırır. Deyir ki, bütün el mərasim və bayramlarında rayonda yaşayan müxtəlif xalqların nümayəndələri bir araya gəlir və onlar bu tədbirləri birlikdə qeyd edirlər. Elə süfrə başında tanış olduğumuz udin Aleksandr Kusiyev, Oğuz sakini Əli Məmmədov da belə şəxslərdəndir.

Söhbət etdiyimiz, fikir və rəyləri ilə maraqlandığımız digər icma üzvləri də Azərbaycanda milli azlıqlara və dini icmalara böyük diqqət və qayğı ilə yanaşıldığını təsdiqləyir. Ölkəmizdə bütün dini konfessiyalar üçün bərabər şərait yaradıldığı, Azərbaycanın, bütün xalqların, o cümlədən, yəhudilərin milli və dini bayramlarını yerli camaatla birlikdə təntənəli şəkildə qeyd edən düyanının ən tolerant ölkələrindən biri olunduğu vurğulanır.

Biz də öz növbəmizdə Oğuz yəhudilərinin Nisonu-Pasex bayramını təbrik edir və məkandan ayrılırıq.

















Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yeni binalarla bağlı SƏRT TƏLƏB – Parklanma problemi tarixə qovuşur...

Yeni binalarla bağlı SƏRT TƏLƏB – Parklanma problemi tarixə qovuşur...

Aytəkin Alxaslı TƏLTİF olundu – FOTO

Aytəkin Alxaslı TƏLTİF olundu – FOTO

Rusiya İran güllərinə MƏHDUDİYYƏT qoydu - Ermənistana görə...

Rusiya İran güllərinə MƏHDUDİYYƏT qoydu - Ermənistana görə...

Lavrovdan Azərbaycan-Rusiya münasibətləri ilə bağlı AÇIQLAMA – VİDEO

Lavrovdan Azərbaycan-Rusiya münasibətləri ilə bağlı AÇIQLAMA – VİDEO

Ceyhun Bayramov: “Azərbaycan və Rusiya ikitərəfli münasibətlərdə müsbət bir tendensiya formalaşdırıblar”

Ceyhun Bayramov: “Azərbaycan və Rusiya ikitərəfli münasibətlərdə müsbət bir tendensiya formalaşdırıblar”

İsmayıllıda güclü yanğın – VİDEO

İsmayıllıda güclü yanğın – VİDEO

Moskvada "ağcaqanad fırtınası" XƏBƏRDARLIĞI

Moskvada "ağcaqanad fırtınası" XƏBƏRDARLIĞI

Bakıdakı məktəblərdən birinin binası sökülərək yenidən tikiləcək - FOTO

Bakıdakı məktəblərdən birinin binası sökülərək yenidən tikiləcək - FOTO

Tərkibində təhlükəli maddə olan arıqlama məhsulları yenə SATIŞDA – ARAŞDIRMA

Tərkibində təhlükəli maddə olan arıqlama məhsulları yenə SATIŞDA – ARAŞDIRMA

Zarafat etmək istəyirdi, dostunun həyatına son qoydu – VİDEO

Zarafat etmək istəyirdi, dostunun həyatına son qoydu – VİDEO

Xalq artistinin qızı 3 ildə 100 dəfə CƏRİMƏLƏNDİ

Xalq artistinin qızı 3 ildə 100 dəfə CƏRİMƏLƏNDİ

Dünyanın ən xoşbəxt insanı: Xoşbəxtliyin sirri bu 2 sözdə gizlidir

Dünyanın ən xoşbəxt insanı: Xoşbəxtliyin sirri bu 2 sözdə gizlidir

Ceyhun Bayramov Moskvada "Naməlum əsgər" məzarını ziyarət etdi - FOTO

Ceyhun Bayramov Moskvada "Naməlum əsgər" məzarını ziyarət etdi - FOTO

Seda Sayan qadınlara SƏSLƏNDİ: “Ərinizin subay dostunu evə buraxmayın”

Seda Sayan qadınlara SƏSLƏNDİ: “Ərinizin subay dostunu evə buraxmayın”

Azərbaycanın döyüş təyyarələri havaya qaldırıldı – FOTO

Azərbaycanın döyüş təyyarələri havaya qaldırıldı – FOTO

Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatının bilet satışı BAŞLADI

Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatının bilet satışı BAŞLADI

6 ayda 2500 müraciət – Qadınlar, yoxsa kişilər daha çox kömək istəyir?

6 ayda 2500 müraciət – Qadınlar, yoxsa kişilər daha çox kömək istəyir?

Şuşadan sonra dəyişən baxış bucağı

Şuşadan sonra dəyişən baxış bucağı

ADY 6 ayda 905 min tondan çox qida məhsulları daşıyıb

ADY 6 ayda 905 min tondan çox qida məhsulları daşıyıb

Bakıda kişi zivədən asılmış şalvarı belə oğurladı – VİDEO

Bakıda kişi zivədən asılmış şalvarı belə oğurladı – VİDEO

Ceyhun Bayramov və Lavrov arasında görüş başladı – FOTO/VİDEO

Ceyhun Bayramov və Lavrov arasında görüş başladı – FOTO/VİDEO

Nazirlər Kabinetində əhalinin siyahıyaalınmasına dair iclas – Nələr müzakirə olundu? – YENİLƏNİB - FOTO

Nazirlər Kabinetində əhalinin siyahıyaalınmasına dair iclas – Nələr müzakirə olundu? – YENİLƏNİB - FOTO

Konfrans iştirakçıları Qubanın dini ziyarətgahlarında – FOTO

Konfrans iştirakçıları Qubanın dini ziyarətgahlarında – FOTO

Vaqif Nəbiyev vəfat etdi – FOTO

Vaqif Nəbiyev vəfat etdi – FOTO

End of content

No more pages to load

RADİO