Xaçmazın Niyazabad kəndində 15 yaşlı yeniyetmənin bataqlıqda boğulmasının təfərrüatları məlum olub.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, gecə saatlarında yeniyetmə at belində mal-qara otaran zaman bataqlığa yıxılıb. At xilas olub, 15 yaşlı məktəbli isə bataqlıqdan çıxa bilməyib və boğularaq ölüb.
Faktı Xaçmaz rayon prokurorluğu araşdırır.
09:32
Xaçmazın Niyazabad kəndində bədbəxt hadisə baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, 15 yaşlı Elçin Bağırov kəndin yaxınlığındakı bataqlığa düşüb.
Hadisə ilə bağlı FHN-nin ŞimalRegional Mərkəzinə müaciət edilib, axtarışlara başlanılıb.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu