Dilqəm Məhərrəmov lisenziyası ləğv olunsa da PLASTİK ƏMƏLİYYAT EDİR?

Dilqəm Məhərrəmov lisenziyası ləğv olunsa da yenə də cərrahi əməliyyat edir. Bu barədə Ajans.az-ın rəsmi tiktok səhifəsində izləyicilər məlumat verib.

Bu hal varsa Dilqəm Məhərrəmov və digər lisenziyası ləğv olunan plastik cərrahları hansı cəza gözləyir? 

Məsələn, Rıjı adlı istifadəçi yazır ki, aprelin 23 ü əməliyyatım var, həkimim Dilqəm Məhərrəmovdur. Kzmva isə bildirir ki, rəfiqəm aprelin 22 si əməliyyat olunacaq. Digər bir izləyici isə yazır ki, Dilqəm Məhərrəmovun sertifikatının müddəti martın 2-si bitsə də aprel ayında Dilqəm Məhərrəmov onu plastik əməliyyat edib. Bu cür şərhlərin sayı çoxdur. 

Bizim.Media xəbər verir ki, “ajans.az” Səhiyyə Nazirliyindən və hüquqşünasdan bu barədə açıqlama alıb.

Səhiyyə Nazirliyindən bildirildi ki, cərrahi xidmətlər göstərən istənilən tibb mərkəzinin fəaliyyəti üçün kosmetoloji iş və plastik cərrahi iş üzrə özəl tibbi xidmət lisenziyası tələb olunur:

‘’Bu tibb müəssisələrində praktiki tibb fəaliyyəti üzrə müvafiq sertifikata malik plastik-cərrahlar, həkim-dermatoloqlar və sertifikat alaraq, ixtisaslaşma keçən digər həkim mütəxəssislər fəaliyyət göstərə bilər. İstənilən pasiyentin kosmetoloq və ya cərrahın sertifikatını tələb etmək hüququ var. 

Lisenziyalı özəl tibb müəssisələrinə nəzarət Analitik Ekspertiza Mərkəzi tərəfindən plan üzrə və plandankənar yoxlamalar şəklində, lisenziyasız müəssisələrə münasibətdə isə əhalinin sağlamlığına birbaşa və ya mühüm təhlükənin olmasına dair konkret faktlar olduqda, həmçinin, müxtəlif qurumlardan daxil olan müraciətlər əsasında plandankənar yoxlamalar şəklində aparılır.

Lakin hər hansı bir fəaliyyət subyektində plandankənar (növbədənkənar) yoxlamanın həyata keçirilməsi üçün yoxlamaların vahid məlumat reyestrindən müvafiq icazə alınmalıdır. 
 

Nəzarət tədbirləri zamanı nöqsanlar aşkar olunduqda qanunvericilikdə nəzərdə tutulan inzibati tənbeh tədbirləri (inzibati cərimə) görülür. Təkrar aşkar edildikdə təkrar inzibati tənbeh və əlavə tədbirlər həyata keçirilir.


Konkret olaraq bu hallara görə İnzibati Xətalar Məcəlləsinin 210.1.-ci maddəsində Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə, 215.1.-ci maddəsində tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə, 215.4-cü maddəsinə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə nəzərdə tutulub’’.

Məsələ ilə bağlı danışan vəkil Elşad İsayev isə deyib ki, lisenziya tələb olunan sahədə lisenziyasız fəaliyyətin inzibati xəta yoxsa cinayət məsuliyyəti yaratması vurulmuş zərər və ya gəlir həcminə bağlıdır:

‘’İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə görə, lisenziyasız və ya şərtləri pozmaqla sahibkarlıq fəaliyyəti nəticəsində vurulan ziyana (və ya əldə olunan gəlirə) görə iki-dörd misli miqdarında cərimə nəzərdə tutulur. Bu Məcəllənin 398-ci maddəsində nəzərdə tutulmuş əməllər xeyli məbləğdə (əlli min manatdan artıq) ziyan vurduqda və ya həmin məbləğdə gəlir əldə etməklə törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur.
 

192.1-ci bəndə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması ilə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olma fiziki, hüquqi şəxslərə, yaxud dövlətə xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə cəzalandırılır.


Başqa sözlə desək, əgər qeyd olunan əməllər nəticəsində 50.000 manatadək ziyan vurular yaxud bu miqdarda gəlir əldə edilərsə, həmin əməllər inzibati xəta, 50.000 manatdan yuxarı miqdarda ziyan vurulması, gəlir əldə edilməsi ilə nəticələnərsə, cinayət tərkibi yaradır''.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Buraxılış imtahanında maksimum bal toplamış şagirdlərin SİYAHISI

Buraxılış imtahanında maksimum bal toplamış şagirdlərin SİYAHISI

SON DƏQİQƏ! Aprelin 5-də keçirilmiş buraxılış imtahanının nəticələri AÇIQLANDI

SON DƏQİQƏ! Aprelin 5-də keçirilmiş buraxılış imtahanının nəticələri AÇIQLANDI

Ceyhun Bayramovla Əraqçi arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

Ceyhun Bayramovla Əraqçi arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

Bilal Əliyev Bakını TƏRK ETDİ – ÖZƏL

Bilal Əliyev Bakını TƏRK ETDİ – ÖZƏL

Hikmət Hacıyev: “Avropa Parlamentinin qərarlarının Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur”

Hikmət Hacıyev: “Avropa Parlamentinin qərarlarının Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur”

Mehriban Əliyeva İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışı ilə bağlı VİDEO PAYLAŞDI

Mehriban Əliyeva İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışı ilə bağlı VİDEO PAYLAŞDI

Heydər Əliyevlə xanımının yeni FOTOLARI

Heydər Əliyevlə xanımının yeni FOTOLARI

Tofiq Əsgərov yüksək vəzifəyə TƏYİN OLUNDU

Tofiq Əsgərov yüksək vəzifəyə TƏYİN OLUNDU

Diplomatlar Xankəndidə Qarabağ Universitetinin klinikasında – FOTO

Diplomatlar Xankəndidə Qarabağ Universitetinin klinikasında – FOTO

Sadiq Axundov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Sadiq Axundov yüksək vəzifəyə TƏYİN EDİLDİ

“Azeronline”a yeni Baş müdir təyin edilir

“Azeronline”a yeni Baş müdir təyin edilir

Nərimanovda geniş seçim: hazır və tikintisi davam edən mənzillər - “City Garden Narimanov”

Nərimanovda geniş seçim: hazır və tikintisi davam edən mənzillər - “City Garden Narimanov”

Şəhriyar Əliyevlə bağlı QƏRAR VERİLDİ

Şəhriyar Əliyevlə bağlı QƏRAR VERİLDİ

Prezident və ailəsi İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında – FOTO

Prezident və ailəsi İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında – FOTO

Xaricdən avtomobil gətirmək istəyənlərə XƏBƏRDARLIQ – Bu halda maşınınızdan OLACAQSINIZ!

Xaricdən avtomobil gətirmək istəyənlərə XƏBƏRDARLIQ – Bu halda maşınınızdan OLACAQSINIZ!

Mərkəzi Bankın valyuta ehtiyatları ARTIB

Mərkəzi Bankın valyuta ehtiyatları ARTIB

Azərsun Holding inklüziv cəmiyyətin təşviqinə dəstəyini davam etdirir - FOTO

Azərsun Holding inklüziv cəmiyyətin təşviqinə dəstəyini davam etdirir - FOTO

Bankların adından kiberdələduzluq: Saxlanılanlar var – VİDEO

Bankların adından kiberdələduzluq: Saxlanılanlar var – VİDEO

Azərbaycan-Rusiya sərhədində yük avtomobillərinin uzun növbəsi YARANDI - FOTO

Azərbaycan-Rusiya sərhədində yük avtomobillərinin uzun növbəsi YARANDI - FOTO

Okampo: “Mən pulları Rusiyada yaşayan ermənilərdən almışam” – VİDEO

Okampo: “Mən pulları Rusiyada yaşayan ermənilərdən almışam” – VİDEO

Ev alıb kirayə verən çox qazanır, yoxsa pulunu banka yatıran?

Ev alıb kirayə verən çox qazanır, yoxsa pulunu banka yatıran?

Sevdiyi qızı qaçırdığına görə hakim qarşısına çıxarıldı

Sevdiyi qızı qaçırdığına görə hakim qarşısına çıxarıldı

Kosmetoloq buxaqdan qurtulmağın yollarını AÇIQLADI

Kosmetoloq buxaqdan qurtulmağın yollarını AÇIQLADI

5 yaşadək uşaq ölümləri ilə bağlı QORXUNC RƏQƏMLƏR – Əsas səbəblər BƏLLİ OLDU

5 yaşadək uşaq ölümləri ilə bağlı QORXUNC RƏQƏMLƏR – Əsas səbəblər BƏLLİ OLDU

End of content

No more pages to load

RADİO