Bu şirkət məşhur müğənniləri gətirmək adı ilə pul mənimsəyib? – FOTO

“CAS GROUP” MMC şirkəti xarici müğənnilərin Azərbaycanda konsertini təşkil etmək adı ilə bizim və bir çox fiziki şəxslərin pulunu mənimsəyib”.

Bizim.Media xəbər verir ki, bu şikayətlə “qafqazinfo.az”a “AVIA RISE” MMC turizm şirkəti tərəfindən müraciət daxil olub. 

Şirkət nümayəndəsinin iddiasına görə,“CAS GROUP” MMC populyar xarici müğənnilərin Bakıda və digər ölkələrdə konsertini təşkil etmək adı altında onlara 21 min 888 manat məbləğində ziyan vurub: 

“CAS GROUP” MMC-nin nümayəndəsi kimi bizimlə bütün danışıqları Fatimə İmanzadə adlı şəxs aparıb. O, şirkətin təsisçisi və direktoru Amil Hacıyevin adından ölkəmizdə konsertini təşkil edəcəkləri əcnəbi müğənnilərin aviabilet xərclərinin alınması və qonaqlama xidmətinin göstərilməsi üçün bizim turizm şirkəti ilə müqavilə bağlayıb. Onlar bizə 57 min manatın 35 min manatını ödəsə də, 2024-cü ilin iyun ayından məbləğin 21 min 888 manatını ödəməkdən boyun qaçırırlar.

“AVIA RISE” MMC-nin müraciətində bildirilib ki, sözügedən şirkət tərəfindən bir çox digər fiziki şəxsin də pulu mənimsənilib: 

“Onlar populyar rus və türk müğənnilərin ölkəmizdə konsertinin təşkilatçılığı adı altında daha iki fiziki şəxsi də aldadaraq onlarla bağladıqları investor müqaviləsini kobud şəkildə pozublar. “CAS GROUP” MMC ümumi olaraq hüquqi və fiziki şəxsləri aldadaraq onlara  210 min manat zərər vurub. Fatimə İmanzadə müqavilə bağladığı şəxsləri aldadaraq konsertin təşkilindən əldə edəcəyi puldan onların borcunu ödəyəcəyinə və əlavə qazanc əldə edəcəklərinə inandırıb.

Amma sonra onun yalan vəd verdiyi, adlarını çəkdiyi bəzi müğənnilərin, ümumiyyətlə, ölkəmizdə konsertini təşkil etmədiyi məlum olub. Belə ki, 2024-cü ilin iyunun 7-də Türkiyənin tanınmış sənətçisi  Sefonun konserti “Elektra Hall” konsert zalında (indiki adi ile Jolly&Joker) baş  tutsa da, borc verənlərə heç bir vəsait ödənilməyib. Eyni plan üzrə ötən ilin iyulun 14-də “Elektra Hall”da rus sənətçisi GUF-un konsertini təşkil etsələr də, konsert adı altında borc alınan şəxslərin pulu geri verilməyib”.

Şikayətdə bir çox konsertlərin təşkilində də eyni halların yaşandığı bildirilir: 

“Ötən il oktyabrın 29-da türk sənətçisi MURDA-nın Özbəkistanın paytaxtında yerləşən “Sport Kompleks Unusadab”da konsertini keçirəcəklərinə dair müqavilə bağlayıb, investordan bu məqsədlə pul alsalar da, konserti təşkil etməyiblər. Müğənni ilə əlaqə saxladıqda bildirildi ki, təşkilatçı Fatimə və Amil tərəfindən onlara konsert üçün heç bir məbləğ ödənilməyib. Bir ilə yaxındır ki, Fatimə İmanzadə konsert təşkilatçılığı üçün pul aldıqları hüquqi və fiziki şəxslərə müxtəlif bəhanələr gətirərək məsuliyyəti öz üzərindən atır, maliyyə məsələlərinə Amil Hacıyevin məsul olduğunu söyləyir”.

Qeyd edilib ki, şirkətlərin ikitərəfli müqavilələri olduğu üçün onların bu əməli dələduzluq kimi qiymətləndirilməyib: 

“Bundan sonra biz məhkəməyə müraciət etməli olduq. Fatimə İmanzadə və Amil Hacıyev barədə məhkəməyə şikayət etsək də, indi də onlar başqa şəxslərin adına şirkət təsis edərək konsert təşil etməkdə davam edirlər.

Hətta Fatimə İmanzadə mayın 11-də CAKAL&EBO adlı, iyunun 8-də isə BLOK 3 adlı türk sənətçilərinin Bakıda konsertlərinin təşkili ilə bağlı öz sosial şəbəkə hesablarında paylaşımlar edir. Onların bu qanunazidd əməllərinin qarşısı alınmasa, qurbanların sayı daha da artacaq”. 

İddialarda adı keçən tərəf Fatimə İmanzadə ilə əlaqə saxladıq. Şirkətin əməkdaşı olduğu deyilən qadın bildirdi ki, o, “CAS Group” MMC-nin nə təsisçisi, nə direktoru, nə də əməkdaşıdır: 

“Mənim hər hansı şəxslə borc və ya investisiya müqaviləm olmayıb. Şikayət edən şəxslər kimi mən də ittiham olunan adamla sadəcə müəyyən müddət iş görmüşəm, lakin bu məsələlərlə heç bir bağlantım yoxdur. Hətta heç bir rəsmi hüququ prosedurlarda da yer almamışam. İttiham olunan tərəf sadəcə “CAS Group” MMC-dir. Onun təsisçisi isə Amil Hacıyevdir”. 

Amil Hacıyevin mövqeyini öyrənmək cəhdlərimiz isə nəticəsiz qaldı. Çünki “CAS GROUP” MMC şirkətinin adına heç bir sosial platforma və ya rəsmi sayt mövcud deyil. A.Hacıyevə məxsus olduğu deyilən sosial şəbəkə hesabına göndərdiyimiz suallarımız isə cavablandırılmadı. 

GUF

u200b

SEFO

MURDA

CAKAL&EBO

BLOK 3


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ceyhun Bayramov və Lavrov nələri müzakirə etdi? - DETALLAR AÇIQLANDI

Ceyhun Bayramov və Lavrov nələri müzakirə etdi? - DETALLAR AÇIQLANDI

Azərbaycan və Rusiya XİN-ləri arasında Məsləhətləşmələr Planı İMZALANDI

Azərbaycan və Rusiya XİN-ləri arasında Məsləhətləşmələr Planı İMZALANDI

"Bütün məsələlər tam həll olundu" — Rəsmi Moskvadan AZAL təyyarəsi ilə bağlı açıqlama

"Bütün məsələlər tam həll olundu" — Rəsmi Moskvadan AZAL təyyarəsi ilə bağlı açıqlama

Sükan arxasında yuxulayan sürücü ağır qəza törətdi – Ölənlər var – VİDEO

Sükan arxasında yuxulayan sürücü ağır qəza törətdi – Ölənlər var – VİDEO

Starmeri o əvəz edəcək – FOTO/VİDEO

Starmeri o əvəz edəcək – FOTO/VİDEO

Günay Malikqızı vəzifəsindən ayrıldı

Günay Malikqızı vəzifəsindən ayrıldı

Mutant yenot görünüşü ilə hər kəsi təəccübləndirdi – VİDEO

Mutant yenot görünüşü ilə hər kəsi təəccübləndirdi – VİDEO

Bu il elmi dərəcə alan qadınların sayı kişilərdən xeyli çox olub - STATİSTİKA

Bu il elmi dərəcə alan qadınların sayı kişilərdən xeyli çox olub - STATİSTİKA

Vüsalə "İncə səhər"dən getdi – VİDEO

Vüsalə "İncə səhər"dən getdi – VİDEO

Masazır sakinlərinə ŞAD XƏBƏR – Yeni avtobus xəttə buraxılır

Masazır sakinlərinə ŞAD XƏBƏR – Yeni avtobus xəttə buraxılır

Yeni binalarla bağlı SƏRT TƏLƏB – Parklanma problemi tarixə qovuşur...

Yeni binalarla bağlı SƏRT TƏLƏB – Parklanma problemi tarixə qovuşur...

Aytəkin Alxaslı TƏLTİF olundu – FOTO

Aytəkin Alxaslı TƏLTİF olundu – FOTO

Rusiya İran güllərinə MƏHDUDİYYƏT qoydu - Ermənistana görə...

Rusiya İran güllərinə MƏHDUDİYYƏT qoydu - Ermənistana görə...

Lavrovdan Azərbaycan-Rusiya münasibətləri ilə bağlı AÇIQLAMA – VİDEO

Lavrovdan Azərbaycan-Rusiya münasibətləri ilə bağlı AÇIQLAMA – VİDEO

Ceyhun Bayramov: “Azərbaycan və Rusiya ikitərəfli münasibətlərdə müsbət bir tendensiya formalaşdırıblar”

Ceyhun Bayramov: “Azərbaycan və Rusiya ikitərəfli münasibətlərdə müsbət bir tendensiya formalaşdırıblar”

İsmayıllıda güclü yanğın – VİDEO

İsmayıllıda güclü yanğın – VİDEO

Moskvada "ağcaqanad fırtınası" XƏBƏRDARLIĞI

Moskvada "ağcaqanad fırtınası" XƏBƏRDARLIĞI

Bakıdakı məktəblərdən birinin binası sökülərək yenidən tikiləcək - FOTO

Bakıdakı məktəblərdən birinin binası sökülərək yenidən tikiləcək - FOTO

Tərkibində təhlükəli maddə olan arıqlama məhsulları yenə SATIŞDA – ARAŞDIRMA

Tərkibində təhlükəli maddə olan arıqlama məhsulları yenə SATIŞDA – ARAŞDIRMA

Zarafat etmək istəyirdi, dostunun həyatına son qoydu – VİDEO

Zarafat etmək istəyirdi, dostunun həyatına son qoydu – VİDEO

Xalq artistinin qızı 3 ildə 100 dəfə CƏRİMƏLƏNDİ

Xalq artistinin qızı 3 ildə 100 dəfə CƏRİMƏLƏNDİ

Dünyanın ən xoşbəxt insanı: Xoşbəxtliyin sirri bu 2 sözdə gizlidir

Dünyanın ən xoşbəxt insanı: Xoşbəxtliyin sirri bu 2 sözdə gizlidir

Ceyhun Bayramov Moskvada "Naməlum əsgər" məzarını ziyarət etdi - FOTO

Ceyhun Bayramov Moskvada "Naməlum əsgər" məzarını ziyarət etdi - FOTO

Seda Sayan qadınlara SƏSLƏNDİ: “Ərinizin subay dostunu evə buraxmayın”

Seda Sayan qadınlara SƏSLƏNDİ: “Ərinizin subay dostunu evə buraxmayın”

End of content

No more pages to load

RADİO