Məşhur aparıcının saxta pasportları üzə çıxdı: 130-dan çox ölkəyə... – FOTO

Rusiyanın “Birinci Kanal” telekanalının xəbər aparıcısı Yekaterina Andreevanın ölkə vətəndaşlığından əlavə Monteneqro və Honduras pasportlarına da malik olduğu üzə çıxıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Korrupsiyaya Qarşı Mübarizə Fondunun yeni araşdırmasında deyilir.

Bu sənədlər sayəsində, məlum olub ki, Rusiya televiziyasının əsas simalarından biri ölkənin Ukraynaya geniş miqyaslı hərbi əməliyyatından sonra da sanksiyalara baxmayaraq dünyanı maneəsiz gəzməyə davam edir.

Monteneqronun pasportu ona 130-dan çox ölkəyə, o cümlədən Avropa İttifaqına vizasız giriş imkanı verir.

O, həmçinin NATO ölkələrinə səfər edir. Xüsusilə, müharibə başlayandan sonra aparıcı Finlandiya, Norveç, Monteneqro və digər Avropa ölkələrinə səfər edib.
 

Aparıcının uzun illərdir ki, Monteneqronun kurort şəhəri Sveti Stefandan fotolar paylaşması diqqətdən yayınmayıb. 


Andreevanın Monteneqro pasportu hələ 2015-ci ildə rusiyalı müxalifət lideri Aleksey Navalnı bu barədə danışanda məlum olub. 

FBK-nın araşdırmasına görə, Andreeva Monteneqro vətəndaşlığını 2011-ci ildə "ölkəyə xüsusi xidmətlərinə görə" alıb. Bu, adətən Monteneqro üçün əhəmiyyətli peşə və statusa malik şəxslərə verilən fəxri vətəndaşlıqdır.

Navalnının tərəfdaşlarının indi aşkar etdiyi kimi, Andreevanın həmçinin Honduras pasportu da var. 

İddialara görə, o, bu pasportu 2005-ci ildə sənədləşdirib. Bunu təsdiqləmək üçün müstəntiqlər Andreevanın Hondurasdan olan vəkilə verdiyi etibarnaməni dərc ediblər və bu etibarnamədə onun şəxsi məlumatları və həmin ölkə üçün pasport nömrəsi göstərilib.

Korrupsiyaya Qarşı Mübarizə Fondunun məlumatına görə, Andreevaya Honduras vətəndaşlığını almağa onun Monteneqro, Serbiya və Honduras pasportuna sahib olan əri Dusko Peroviç kömək edib.
 

Qeyd edək ki, Yekaterina Andreeva 1998-ci ildən “Birinci Kanal”ın əsas xəbər proqramı olan “Vremya”nın daimi aparıcısıdır. BBC-nin məlumatına görə, 2009-cu ildə “Birinci Kanal”ın baş direktoru Konstantin Ernst Andreevanı işdən çıxarmaq qərarına gəlib. Lakin məlumat Rusiya Prezidenti Vladimir Putinə çatdıqdan sonra qərara yenidən baxılıb.


2018-ci ildə isə Andreeva müvəqqəti olaraq efirdən uzaqlaşdırılıb. Rəsmi səbəb kimi yeni studiyanın işə salınması ilə bağlı texniki çətinliklər göstərilib.

Bununla belə, BBC mənbələrinin qeyd etdiyi kimi , bunun arxasında daha dərin problemlər, o cümlədən aparıcı ilə Konstantin Ernst arasındakı çətin münasibətlər dayanırdı. Buna baxmayaraq, Andreeva tezliklə "Vremya" proqramının efirinə qayıdıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ceyhun Bayramov və Lavrov nələri müzakirə etdi? - DETALLAR AÇIQLANDI

Ceyhun Bayramov və Lavrov nələri müzakirə etdi? - DETALLAR AÇIQLANDI

Azərbaycan və Rusiya XİN-ləri arasında Məsləhətləşmələr Planı İMZALANDI

Azərbaycan və Rusiya XİN-ləri arasında Məsləhətləşmələr Planı İMZALANDI

"Bütün məsələlər tam həll olundu" — Rəsmi Moskvadan AZAL təyyarəsi ilə bağlı açıqlama

"Bütün məsələlər tam həll olundu" — Rəsmi Moskvadan AZAL təyyarəsi ilə bağlı açıqlama

Sükan arxasında yuxulayan sürücü ağır qəza törətdi – Ölənlər var – VİDEO

Sükan arxasında yuxulayan sürücü ağır qəza törətdi – Ölənlər var – VİDEO

Starmeri o əvəz edəcək – FOTO/VİDEO

Starmeri o əvəz edəcək – FOTO/VİDEO

Günay Malikqızı vəzifəsindən ayrıldı

Günay Malikqızı vəzifəsindən ayrıldı

Mutant yenot görünüşü ilə hər kəsi təəccübləndirdi – VİDEO

Mutant yenot görünüşü ilə hər kəsi təəccübləndirdi – VİDEO

Bu il elmi dərəcə alan qadınların sayı kişilərdən xeyli çox olub - STATİSTİKA

Bu il elmi dərəcə alan qadınların sayı kişilərdən xeyli çox olub - STATİSTİKA

Vüsalə "İncə səhər"dən getdi – VİDEO

Vüsalə "İncə səhər"dən getdi – VİDEO

Masazır sakinlərinə ŞAD XƏBƏR – Yeni avtobus xəttə buraxılır

Masazır sakinlərinə ŞAD XƏBƏR – Yeni avtobus xəttə buraxılır

Yeni binalarla bağlı SƏRT TƏLƏB – Parklanma problemi tarixə qovuşur...

Yeni binalarla bağlı SƏRT TƏLƏB – Parklanma problemi tarixə qovuşur...

Aytəkin Alxaslı TƏLTİF olundu – FOTO

Aytəkin Alxaslı TƏLTİF olundu – FOTO

Rusiya İran güllərinə MƏHDUDİYYƏT qoydu - Ermənistana görə...

Rusiya İran güllərinə MƏHDUDİYYƏT qoydu - Ermənistana görə...

Lavrovdan Azərbaycan-Rusiya münasibətləri ilə bağlı AÇIQLAMA – VİDEO

Lavrovdan Azərbaycan-Rusiya münasibətləri ilə bağlı AÇIQLAMA – VİDEO

Ceyhun Bayramov: “Azərbaycan və Rusiya ikitərəfli münasibətlərdə müsbət bir tendensiya formalaşdırıblar”

Ceyhun Bayramov: “Azərbaycan və Rusiya ikitərəfli münasibətlərdə müsbət bir tendensiya formalaşdırıblar”

İsmayıllıda güclü yanğın – VİDEO

İsmayıllıda güclü yanğın – VİDEO

Moskvada "ağcaqanad fırtınası" XƏBƏRDARLIĞI

Moskvada "ağcaqanad fırtınası" XƏBƏRDARLIĞI

Bakıdakı məktəblərdən birinin binası sökülərək yenidən tikiləcək - FOTO

Bakıdakı məktəblərdən birinin binası sökülərək yenidən tikiləcək - FOTO

Tərkibində təhlükəli maddə olan arıqlama məhsulları yenə SATIŞDA – ARAŞDIRMA

Tərkibində təhlükəli maddə olan arıqlama məhsulları yenə SATIŞDA – ARAŞDIRMA

Zarafat etmək istəyirdi, dostunun həyatına son qoydu – VİDEO

Zarafat etmək istəyirdi, dostunun həyatına son qoydu – VİDEO

Xalq artistinin qızı 3 ildə 100 dəfə CƏRİMƏLƏNDİ

Xalq artistinin qızı 3 ildə 100 dəfə CƏRİMƏLƏNDİ

Dünyanın ən xoşbəxt insanı: Xoşbəxtliyin sirri bu 2 sözdə gizlidir

Dünyanın ən xoşbəxt insanı: Xoşbəxtliyin sirri bu 2 sözdə gizlidir

Ceyhun Bayramov Moskvada "Naməlum əsgər" məzarını ziyarət etdi - FOTO

Ceyhun Bayramov Moskvada "Naməlum əsgər" məzarını ziyarət etdi - FOTO

Seda Sayan qadınlara SƏSLƏNDİ: “Ərinizin subay dostunu evə buraxmayın”

Seda Sayan qadınlara SƏSLƏNDİ: “Ərinizin subay dostunu evə buraxmayın”

End of content

No more pages to load

RADİO