Gömrük sərhədini keçən sərnişinlər arasında hüquqpozmaya meyilli insanların sayı az deyil.
Bizim.Media xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin rəis müavini Güloğlan Muradlı jurnalistlər üçün təşkil edilən "Rəqəmsal gömrük və media" adlı seminarda deyib.
O bildirib ki, ötən il 1200-dən çox cinayət olmaqla, 35 mindən çox hüquq pozma faktı aşkarlanıb:
"Həmin şəxslər müvafiq məsuliyyətə cəlb olunublar. Digər hüquq pozmalar büdcəyə ödənilməli olan hüquq pozmalarına aiddir. Ona görə də gömrük orqanlarının qarşısına ticarəti asanlaşdırmaqla yanaşı digər tərəfdən təhlükəsizlik məsələsi qoyulub.
Günay Şahmar, Bizim.Media