Gəndab-Yalama yolunun Xaçmazın Müzəffəroba kəndindən keçən hissəsində 3 avtomobil toqquşub.
Bizim.Media-nın şimal bürosu xəbər verir ki, qəza nəticəsində nəqliyyat vasitələrində olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətlərilə Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Zəncirvari qəzanın başvermə səbəbləri araşdırılır.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu