Yevlaxda zirzəmidə kişi meyiti tapıldı.
Bizim.Media-nın yerli bürosunun verdiyi məlumata görə hadisə rayonun Varvara kəndində yerləşən zirzəmilərdən birində baş verib. 1984 -cü il təvəllüdlü Elməddin Bahadurov zirzəmidə işləyən zaman dünyasını dəyişib.
İlkin ehtimala görə, mərhumun spirtli içkidən zəhərləndiyi ehtimal olunur.
Hadisə ilə bağlı Yevlax rayon Prokurorluğunda araşdırma aparılır.
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu