DTX-nin həbs etdiyi haker məlumatları bu qiymətə satırmış... - Yeni FAKTLAR

“ZeroMap” MMC-nin yerli və xarici şirkətlərə kiberhücumlar təşkil etmə ittihamı ilə həbs edilmiş icraçı direktoru Tural Əliyevin məhkəmə araşdırması davam edir.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, Yasamal Rayon Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxs vəkilin və hakimin suallarını cavablandırıb.

İstintaq zamanı Turalın evindən götürülən noutbukda ziyanverici proqramlara qanunsuz daxil olduğu, həmçinin kiberhücumlar təşkil etdiyi təsdiq edilib. O, həmçinin məsafədən gizli danışıqların qanunsuz əldə edilməsi üçün zəruri tədbirlər görüb.

Aşkar edilmiş fayllar arasında fişinq kodlar da var. Bundan əlavə Tural ABŞ, İsrail və başqa ölkələrin şirkətlərinin serverlərinə daxil olmaqla bağlı teleqramda danışıqlar aparıb.

Təqsirləndirilən şəxs bütün bunları xarici şirkətlərdə nüfuz qazanması, həmçinin işlədiyi yerdə özünü sübut etməsi üçün etdiyini deyir:

“Mənim maddi gəlir əldə etmək məqsədim olmayıb. Xarici şirkətlərə özümü göstərmək üçün edirdim. Azərbaycandakı fəaliyyətimi isə dövlət üçün etmişəm. Hazırladığım proqramı istifadə etmək üçün dövlətə təqdim etmək niyyətində idim”.

Turan ifadəsində qeyd edib ki, zərərverici proqramları “İdrak” şirkətinin prezidenti, “Zeromap” MMC-nin təsisçisi Hikmət Abdullayevin razılığı ilə hazırlayıb. 

O, həmçinin kibercinayətkar qruplarla əlaqə saxlayaraq ABŞ-dəki şirkətlərdən birinin məlumatlarını əldə edərək 500 dollara, Argentinadakı şirkətin məlumatlarını isə 350 dollara satıb.

Təqsirləndirilən şəxs bu epizod üzrə özünü belə müdafiə etməyə çalışıb ki, xarici şirkətlərin təhlükəsizliyini yoxlamaq üçün belə addım atıb.

Məhkəməyə sədrlik edən hakim Rəşad Cavadzadə müttəhimin dediklərini başadüşülən hesab etməyib:

“Sənə nə düşüb ki, gedib Amerika şirkətinin təhlükəsizliyini yoxlayırdın? Camaatın məlumatlarını alıb başqasına satmısan. Belə güclü ekspert idinsə, xarici şirkətlərdən biri ilə müqavilə bağlayıb, sonra onları yoxlayardın. Deyirsən, bunu guya dövlət üçün etmisən. Dövlətə bunun nə xeyri var?! Əksinə ziyanı var. Xarici ölkələr müraciət edirlər ki, sizin vətəndaş bizim şirkətə kibermüdaxilə edir”.

Qeyd edək ki, Tural Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Ona Cinayət Məcəlləsinin 271.2.1 (kompüter sisteminə qanunsuz daxil olma), 272.2.1 (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) və 273-1.1-ci (kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi) maddələri ilə ittiham verilib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ceyhun Bayramov və Lavrov nələri müzakirə etdi? - DETALLAR AÇIQLANDI

Ceyhun Bayramov və Lavrov nələri müzakirə etdi? - DETALLAR AÇIQLANDI

Azərbaycan və Rusiya XİN-ləri arasında Məsləhətləşmələr Planı İMZALANDI

Azərbaycan və Rusiya XİN-ləri arasında Məsləhətləşmələr Planı İMZALANDI

"Bütün məsələlər tam həll olundu" — Rəsmi Moskvadan AZAL təyyarəsi ilə bağlı açıqlama

"Bütün məsələlər tam həll olundu" — Rəsmi Moskvadan AZAL təyyarəsi ilə bağlı açıqlama

Sükan arxasında yuxulayan sürücü ağır qəza törətdi – Ölənlər var – VİDEO

Sükan arxasında yuxulayan sürücü ağır qəza törətdi – Ölənlər var – VİDEO

Starmeri o əvəz edəcək – FOTO/VİDEO

Starmeri o əvəz edəcək – FOTO/VİDEO

Günay Malikqızı vəzifəsindən ayrıldı

Günay Malikqızı vəzifəsindən ayrıldı

Mutant yenot görünüşü ilə hər kəsi təəccübləndirdi – VİDEO

Mutant yenot görünüşü ilə hər kəsi təəccübləndirdi – VİDEO

Bu il elmi dərəcə alan qadınların sayı kişilərdən xeyli çox olub - STATİSTİKA

Bu il elmi dərəcə alan qadınların sayı kişilərdən xeyli çox olub - STATİSTİKA

Vüsalə "İncə səhər"dən getdi – VİDEO

Vüsalə "İncə səhər"dən getdi – VİDEO

Masazır sakinlərinə ŞAD XƏBƏR – Yeni avtobus xəttə buraxılır

Masazır sakinlərinə ŞAD XƏBƏR – Yeni avtobus xəttə buraxılır

Yeni binalarla bağlı SƏRT TƏLƏB – Parklanma problemi tarixə qovuşur...

Yeni binalarla bağlı SƏRT TƏLƏB – Parklanma problemi tarixə qovuşur...

Aytəkin Alxaslı TƏLTİF olundu – FOTO

Aytəkin Alxaslı TƏLTİF olundu – FOTO

Rusiya İran güllərinə MƏHDUDİYYƏT qoydu - Ermənistana görə...

Rusiya İran güllərinə MƏHDUDİYYƏT qoydu - Ermənistana görə...

Lavrovdan Azərbaycan-Rusiya münasibətləri ilə bağlı AÇIQLAMA – VİDEO

Lavrovdan Azərbaycan-Rusiya münasibətləri ilə bağlı AÇIQLAMA – VİDEO

Ceyhun Bayramov: “Azərbaycan və Rusiya ikitərəfli münasibətlərdə müsbət bir tendensiya formalaşdırıblar”

Ceyhun Bayramov: “Azərbaycan və Rusiya ikitərəfli münasibətlərdə müsbət bir tendensiya formalaşdırıblar”

İsmayıllıda güclü yanğın – VİDEO

İsmayıllıda güclü yanğın – VİDEO

Moskvada "ağcaqanad fırtınası" XƏBƏRDARLIĞI

Moskvada "ağcaqanad fırtınası" XƏBƏRDARLIĞI

Bakıdakı məktəblərdən birinin binası sökülərək yenidən tikiləcək - FOTO

Bakıdakı məktəblərdən birinin binası sökülərək yenidən tikiləcək - FOTO

Tərkibində təhlükəli maddə olan arıqlama məhsulları yenə SATIŞDA – ARAŞDIRMA

Tərkibində təhlükəli maddə olan arıqlama məhsulları yenə SATIŞDA – ARAŞDIRMA

Zarafat etmək istəyirdi, dostunun həyatına son qoydu – VİDEO

Zarafat etmək istəyirdi, dostunun həyatına son qoydu – VİDEO

Xalq artistinin qızı 3 ildə 100 dəfə CƏRİMƏLƏNDİ

Xalq artistinin qızı 3 ildə 100 dəfə CƏRİMƏLƏNDİ

Dünyanın ən xoşbəxt insanı: Xoşbəxtliyin sirri bu 2 sözdə gizlidir

Dünyanın ən xoşbəxt insanı: Xoşbəxtliyin sirri bu 2 sözdə gizlidir

Ceyhun Bayramov Moskvada "Naməlum əsgər" məzarını ziyarət etdi - FOTO

Ceyhun Bayramov Moskvada "Naməlum əsgər" məzarını ziyarət etdi - FOTO

Seda Sayan qadınlara SƏSLƏNDİ: “Ərinizin subay dostunu evə buraxmayın”

Seda Sayan qadınlara SƏSLƏNDİ: “Ərinizin subay dostunu evə buraxmayın”

End of content

No more pages to load

RADİO