Kürdəmirdə xəstəxanaya gətirilən azyaşlı dünyasını dəyişib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə axşam saat 8 radələrində qeydə alınıb.
Belə ki, Kürdəmir ərazisindən keçərkən maşında azyaşlı 2023-cü il təvəllüdlü Göygöl sakini Məmmədov Ramal Ramin oğlunun halı pisləşib. Yaxınları onu dərhal Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparıblar.
Xəstəxanada həkimlərin müdaxiləsinə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb və o dünyasını dəyişib.
Fakt araşdırılır.
Bizim.Media, Aran bürosu