Kibercinayətkar şəbəkənin məhkəməsinda ŞOK DETALLAR açıqlandı

Dövlət və ictimai xadimlərin adından saxta müraciətlər hazırlamaqda təqsirləndirilən kibercinayətkar şəbəkənin üzvləri Sərdar Niftalıyev və Rafiq Zöhrabovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
 

Daha sonra zərərçəkən Aysel Məmmədova ifadə verərək bildirib ki, sosial şəbəkədən “Angelina” adlı hesabdan iş təklifi alıb: “Mənə onlayn platformada alış-veriş təklifi etdilər. Teleqramda qrup yaratmışdılar. Kart hesabı göndərdilər və mən həmin hesaba ayrılıqda 1000, 1000 və 800 manat göndərdim. Dedilər ki, bu pulla məhsul alacaqlar.


Bundan sonra onlar mənimlə gec-gec əlaqə saxlamağa başladılar. Onda aldadıldığımı anladım və banka müraciət etdim. Polisə şikayət etməyimi məsləhət gördülər və mən də polisə şikayət etdim”.

Digər zərərçəkən Şaban Novruzlu deyib ki, ona iş təklifi Votsap tətbiqindən göndərilib:

"Mənə yazmışdılar ki, onlayn satışla məşğul olsam, pul qazana bilərəm. Daha sonra adıma hesab yaratdılar. Hər məhsul satıldıqca hesabıma onun faizi ilə bağlı məlumat daxil olurdu. Mən bu işi onlara inandığım üçün etmişdim. Hesabımdan pul çıxarmaq istəyəndə Bella adlı xanım mənə dedi ki, hesabımda 1000 manat olduqda çıxarış edə bilərəm. Ümumilikdə, 5 müxtəlif karta 11600 manatdan çox pul atmışam.

Mənə vəd edilən qazanc 18500 manatdan çox idi. Bellaya pulla bağlı yazanda gec və əlaqəsiz cavab verməsi məni şübhələndirdi. Aldadıldığımı o zaman anladım”.

Proses mayın 1-də davam etdiriləcək.

Qeyd edək ki, DTX-nin yaydığı məlumata görə, kibercinayət yolu ilə Azərbaycan Respublikası Prezidentinin, digər dövlət və ictimai xadimlərin adından süni intellekt proqramları - “deepfake” texnologiyaları vasitəsilə saxta videomüraciətlərin hazırlanması, bu yolla müxtəlif sosial şəbəkələrdə Dövlət Neft Şirkəti, “Kapital Bank”, “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən iri məbləğlərdə qazanc vədi verən saxta elanlar yaymaqla vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi faktları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 272.2.1, 272.2.2, 273-2-ci və 178.3.1 maddələri ilə cinayət işi başlanılmışdır.

Cinayət işi üzrə kompleks araşdırmalar aparılaraq kibercinayətlərin törədildiyi ölkələr müəyyən edilmiş, həmin dövlətlərin aidiyyəti orqanları ilə operativ prosessual əməkdaşlıq çərçivəsində beynəlxalq kibercinayətkar şəbəkə ifşa olunmuş, qeyd olunan cinayət əməllərinin qarşısı alınmışdır.
 

Müəyyənləşdirilib ki, kibercinayətkarların yaratdıqları saytlara istinadən internetin Azərbaycan seqmentinin istifadəçilərinə təqdim edilən çoxsaylı saxta elanlarda vətəndaşlar müxtəlif investisiya layihələrinə pul vəsaiti yatırmağa dəvət edilib, köçürülmüş vəsaitlərin müntəzəm olaraq əhəmiyyətli dərəcədə artması görüntüsü yaradılıb, vəd edilmiş investisiya qazancının zərərçəkmiş şəxslərin bank kartlarına köçürülməsi adı altında, habelə kibercinayət yolu ilə sonuncuların kart məlumatları əldə edilərək həmin kartlardakı pul vəsaitləri ələ keçirilib.


Azərbaycanın və digər ölkələrin vətəndaşlarının külli miqdarda pul vəsaitlərini analoji cinayət əməlləri ilə ələ keçirmiş beynəlxalq kibercinayətkar qruplaşmanın üzvləri Ukrayna ərazisində yerli hüquq-mühafizə orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş, transmilli mütəşəkkil dəstənin cinayət əməllərinin törədilməsində iştirak etmiş Azərbaycan Respublikasının vətəndaşları - 1998-ci il təvəllüdlü Zöhrabov Rafiq Mahir oğlu və 1979-cu il təvəllüdlü Niftalıyev Sərdar Əlixan oğlu Azərbaycanda cinayət məsuliyyətinə cəlb olunub, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

İbtidai istintaqın yekununda hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 178.3.1 (Dələduzluq - mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 193-1.3.1-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma - mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham elan edilib. (APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Röyanın geyimi müzakirə yaratdı - VİDEO

Röyanın geyimi müzakirə yaratdı - VİDEO

Milli Yaşıl Taksonomiya təsdiq edildi - QƏRAR

Milli Yaşıl Taksonomiya təsdiq edildi - QƏRAR

İsmayıllıda 4 kəndin rayonla əlaqəsi kəsildi - SƏBƏB- FOTO

İsmayıllıda 4 kəndin rayonla əlaqəsi kəsildi - SƏBƏB- FOTO

Naqil qırıldı, mal-qara tələf oldu – YARDIMLIDA

Naqil qırıldı, mal-qara tələf oldu – YARDIMLIDA

Bakıda marketdə İNSİDENT: müştəri kassiri döydü

Bakıda marketdə İNSİDENT: müştəri kassiri döydü

İdmançılarımızın may ayı üçün REYTİNQİ: Həsrət Cəfərov liderdir

İdmançılarımızın may ayı üçün REYTİNQİ: Həsrət Cəfərov liderdir

Ramin Qurbana nazirlikdə yüksək vəzifə VERİLDİ

Ramin Qurbana nazirlikdə yüksək vəzifə VERİLDİ

DOST Agentliyində işləmək istəyənlərin NƏZƏRİNƏ: VAKANSİYA var

DOST Agentliyində işləmək istəyənlərin NƏZƏRİNƏ: VAKANSİYA var

Sumqayıtda bayrağa hörmətsizlik edən ŞƏXS SAXLANILDI - FOTO

Sumqayıtda bayrağa hörmətsizlik edən ŞƏXS SAXLANILDI - FOTO

Bakıda 257 nömrəli məktəbdə nə baş verir? - Polis hərəkətə keçdi

Bakıda 257 nömrəli məktəbdə nə baş verir? - Polis hərəkətə keçdi

Prezidentin gəlini sərgidən paylaşım etdi - FOTOLAR

Prezidentin gəlini sərgidən paylaşım etdi - FOTOLAR

İşğal dövründə itkin düşənlərin taleyi ilə bağlı AÇIQLAMA

İşğal dövründə itkin düşənlərin taleyi ilə bağlı AÇIQLAMA

Xarici diplomatlar Şuşa qalasını ziyarət ediblər - FOTO

Xarici diplomatlar Şuşa qalasını ziyarət ediblər - FOTO

Bakıda avtobus sürücüsü sərnişinə evlilik təklif etdi – VİDEO

Bakıda avtobus sürücüsü sərnişinə evlilik təklif etdi – VİDEO

Kəmaləddin Heydərov Naxçıvan FHN-də xidməti müşavirə keçirdi -FOTO-VİDEO

Kəmaləddin Heydərov Naxçıvan FHN-də xidməti müşavirə keçirdi -FOTO-VİDEO

DİQQƏT! 30 avtobus marşrutunun hərəkəti DƏYİŞDİRİLİR

DİQQƏT! 30 avtobus marşrutunun hərəkəti DƏYİŞDİRİLİR

Ənvər Ənvərli federasiyaya prezident seçildi - FOTO

Ənvər Ənvərli federasiyaya prezident seçildi - FOTO

Bu marşrutun avtobusları YENİLƏNİR

Bu marşrutun avtobusları YENİLƏNİR

Mükəmməl qayğanaq bişirməyin sirri: Sadə bir hiylə hər şeyi dəyişdirir

Mükəmməl qayğanaq bişirməyin sirri: Sadə bir hiylə hər şeyi dəyişdirir

Səxavət Məmmədzadə xəstəxanaya direktor TƏYİN EDİLDİ

Səxavət Məmmədzadə xəstəxanaya direktor TƏYİN EDİLDİ

Avropadakı gizli şəbəkənin MALİYYƏ XƏRİTƏSİ – Okamponun kampaniyasında Vardanyan-Karapetyan İZİ

Avropadakı gizli şəbəkənin MALİYYƏ XƏRİTƏSİ – Okamponun kampaniyasında Vardanyan-Karapetyan İZİ

Bakının mərkəzində QAYDA POZUNTUSU: Maşını nizamsız park edib getdi - VİDEO

Bakının mərkəzində QAYDA POZUNTUSU: Maşını nizamsız park edib getdi - VİDEO

Qusarda yeni şahmat məktəbi AÇILDI – FOTO/VİDEO

Qusarda yeni şahmat məktəbi AÇILDI – FOTO/VİDEO

Buraxılış imtahanında maksimum bal toplamış şagirdlərin SİYAHISI

Buraxılış imtahanında maksimum bal toplamış şagirdlərin SİYAHISI

End of content

No more pages to load

RADİO