Orduxan da prokurorluğa ÇAĞIRILDI - Barəsində həbs qərarı var - VİDEO

Xaricdə yaşayan bloger Orduxan Bəbirov (Teymurxan) Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə İctimai Televiziya məlumat yayıb.

Məlumatda qeyd edilib ki, təqsirləndirilən şəxs Bəbirov Orduxan Teymurxan oğlu şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 16 may 2025-ci il tarixdə, saat 12:00-da Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 21-ci Dağlıq küçəsi, 3105-ci məhəllə ünvanında yerləşən Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin inzibati binasına gəlməlidir.

Bildirilib ki, 202006049 nömrəli cinayət işi üzrə Bəbirov Orduxan Teymurxan oğlunun Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə 07 sentyabr 2020-ci il tarixli qərar qəbul edilib.

Həmin qərara əsasən, onun 19 aprel 2019-cu il tarixdən 07 avqust 2019-cu il tarixədək olan müddətdə qabaqcadan əlbir olduğu, o cümlədən qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə məhkum olunmuş şəxslərlə birlikdə “Youtube” və “Facebook” sosial media hesablarında yerləşdirdiyi videoçarxlarda Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn, habelə hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal şəkildə tabe olmamaqla və zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlar etməyə qəsdən açıq çağırışlar etməsinə və bu cür məzmunlu materialları yaymasına əsaslı şübhələr müəyyən edilib.


Bəbirov Orduxan Teymurxan oğlu istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyindən ona ittiham elan edilməsi mümkün olmadığı üçün 07 sentyabr 2020-ci il tarixli qərarla barəsində axtarış elan edilib və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 

Orduxan Bəbirova izah edilir ki, ibtidai istintaqda şəxsən iştirak etmək, özünün seçimi əsasında müdafiəçi vasitəsilə təmsil olunmaq və digər prosessual hüquqlara malikdir. Müdafiəçidən istifadə etmək istədiyi halda, müdafiəçi barədə məlumatları cinayət prosesini həyata keçirən orqana göndərməlidir.


Cinayət-Prosessual Məcəllənin 54-2.1.7-ci və 467-13.3-cü maddələrinin tələblərinə əsasən, təqsirləndirilən şəxs Orduxan Bəbirova xəbərdarlıq edilir ki, çağırışa gəlmədiyi halda Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada barəsində qiyabi icraat açıla bilər və barəsində qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər.

Qeyd edək ki, daha əvvəl Baş Prokurorluq Qurban Məmmədov, Tural Sadıqlı, Orxan Ağayev, Süleyman Süleymanlı, Elşad Abdullayev və digərlərinin İstintaq İdarəsinə çağırılması barədə də məlumat yayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Röyanın geyimi müzakirə yaratdı - VİDEO

Röyanın geyimi müzakirə yaratdı - VİDEO

Milli Yaşıl Taksonomiya təsdiq edildi - QƏRAR

Milli Yaşıl Taksonomiya təsdiq edildi - QƏRAR

İsmayıllıda 4 kəndin rayonla əlaqəsi kəsildi - SƏBƏB- FOTO

İsmayıllıda 4 kəndin rayonla əlaqəsi kəsildi - SƏBƏB- FOTO

Naqil qırıldı, mal-qara tələf oldu – YARDIMLIDA

Naqil qırıldı, mal-qara tələf oldu – YARDIMLIDA

Bakıda marketdə İNSİDENT: müştəri kassiri döydü

Bakıda marketdə İNSİDENT: müştəri kassiri döydü

İdmançılarımızın may ayı üçün REYTİNQİ: Həsrət Cəfərov liderdir

İdmançılarımızın may ayı üçün REYTİNQİ: Həsrət Cəfərov liderdir

Ramin Qurbana nazirlikdə yüksək vəzifə VERİLDİ

Ramin Qurbana nazirlikdə yüksək vəzifə VERİLDİ

DOST Agentliyində işləmək istəyənlərin NƏZƏRİNƏ: VAKANSİYA var

DOST Agentliyində işləmək istəyənlərin NƏZƏRİNƏ: VAKANSİYA var

Sumqayıtda bayrağa hörmətsizlik edən ŞƏXS SAXLANILDI - FOTO

Sumqayıtda bayrağa hörmətsizlik edən ŞƏXS SAXLANILDI - FOTO

Bakıda 257 nömrəli məktəbdə nə baş verir? - Polis hərəkətə keçdi

Bakıda 257 nömrəli məktəbdə nə baş verir? - Polis hərəkətə keçdi

Prezidentin gəlini sərgidən paylaşım etdi - FOTOLAR

Prezidentin gəlini sərgidən paylaşım etdi - FOTOLAR

İşğal dövründə itkin düşənlərin taleyi ilə bağlı AÇIQLAMA

İşğal dövründə itkin düşənlərin taleyi ilə bağlı AÇIQLAMA

Xarici diplomatlar Şuşa qalasını ziyarət ediblər - FOTO

Xarici diplomatlar Şuşa qalasını ziyarət ediblər - FOTO

Bakıda avtobus sürücüsü sərnişinə evlilik təklif etdi – VİDEO

Bakıda avtobus sürücüsü sərnişinə evlilik təklif etdi – VİDEO

Kəmaləddin Heydərov Naxçıvan FHN-də xidməti müşavirə keçirdi -FOTO-VİDEO

Kəmaləddin Heydərov Naxçıvan FHN-də xidməti müşavirə keçirdi -FOTO-VİDEO

DİQQƏT! 30 avtobus marşrutunun hərəkəti DƏYİŞDİRİLİR

DİQQƏT! 30 avtobus marşrutunun hərəkəti DƏYİŞDİRİLİR

Ənvər Ənvərli federasiyaya prezident seçildi - FOTO

Ənvər Ənvərli federasiyaya prezident seçildi - FOTO

Bu marşrutun avtobusları YENİLƏNİR

Bu marşrutun avtobusları YENİLƏNİR

Mükəmməl qayğanaq bişirməyin sirri: Sadə bir hiylə hər şeyi dəyişdirir

Mükəmməl qayğanaq bişirməyin sirri: Sadə bir hiylə hər şeyi dəyişdirir

Səxavət Məmmədzadə xəstəxanaya direktor TƏYİN EDİLDİ

Səxavət Məmmədzadə xəstəxanaya direktor TƏYİN EDİLDİ

Avropadakı gizli şəbəkənin MALİYYƏ XƏRİTƏSİ – Okamponun kampaniyasında Vardanyan-Karapetyan İZİ

Avropadakı gizli şəbəkənin MALİYYƏ XƏRİTƏSİ – Okamponun kampaniyasında Vardanyan-Karapetyan İZİ

Bakının mərkəzində QAYDA POZUNTUSU: Maşını nizamsız park edib getdi - VİDEO

Bakının mərkəzində QAYDA POZUNTUSU: Maşını nizamsız park edib getdi - VİDEO

Qusarda yeni şahmat məktəbi AÇILDI – FOTO/VİDEO

Qusarda yeni şahmat məktəbi AÇILDI – FOTO/VİDEO

Buraxılış imtahanında maksimum bal toplamış şagirdlərin SİYAHISI

Buraxılış imtahanında maksimum bal toplamış şagirdlərin SİYAHISI

End of content

No more pages to load

RADİO